“McDonald's”ın səhmləri zəhərlənmə hadisələrindən sonra kəskin şəkildə düşdü
McDonald's restoranlar şəbəkəsinin səhmləri təxminən 50 nəfərin çizburgerlər səbəbindən bağırsaq çöpü ilə zəhərlənməsindən sonra xəstəxanaya yerləşdirilməsi xəbərləri fonunda kəskin şəkildə düşüb.
Valyuta.az xəbər verir ki, bu barədə “Business Insider” məlumat yayıb.
Nəşrin verdiyi məlumata görə, səhmlər 9%-dən çox enib.
22 oktyabrda ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi McDonald's fast food restoranlarında 49 nəfərin bağırsaq çöpü ilə zəhərləndiyini açıqlayıb. Bildirilir ki, Koloradoda yaşlı bir şəxs zəhərlənmə nəticəsində vəfat edib.
Zərərçəkmişlərin əksəriyyəti McDonald's-ın "Royal Cheeseburger" hamburgerini yediklərini bildirib. Zəhərlənmə ilə əlaqəli konkret inqrediyent hələ müəyyən edilməyib, lakin tədqiqatçılar bunun doğranmış soğan və mal əti kotletləri ola biləcəyini ehtimal edirlər.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay