BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.8543
  • RUB
    2.0148
  • TRY
    0.0448
  • GBP
    2.22
55109

Tovuz rayonunda bir qrup qadın kooperativ yaradıb, artıq ilk gəlirlərini əldə edib.

Valyuta.az xəbər verir ki, Tovuz Qərb Yenilikləri Kənd Təsərrüfatı İstehsal və İstehlak Kooperativinin sədri Taliya Masimova bildirib.

"Azərbaycanda qadınlar kooperativdə birləşmə ənənəsi yox dərəcəsindədir. Bu kooperativlə artıq qadınların sahibkarlıq ənənələri yaranır. 4 nəfərlə fəaliyyətə başlayan kooperativin artıq 20-dən çox üzvü var", - deyə o qeyd edib.

"Koronavirus (COVID-19) pandemiyasından əvvəl belə bir təcrübə Türkiyədə var idi. Bu ölkənin regionlarından birində qadınların birgə məhsullar istehsal edib satdıqlarını gördüm. Yerli bələdiyyə onlar üçün hətta bina ayırıb. Həmin yer turizm mərkəzi kimi tanınır. Qadınlar orada məhsullarını həm yerli sakinlərə, həm də turistlərə satır, bununla da ölkədə turizmin inkişafına dəstək olurlar”, - deyə T.Masimova əlavə edib.

İxtisasca müəllim olan sədr Tovuzun kənd məktəblərində uşaqların sayının və paralel olaraq onun işinin də azaldığını, buna görə də boş vaxtının çox olduğunu deyib: "Bu çox ailələr Bakıya köçdüyü üçün mənim boş vaxtım çox olurdu. Tədricən məndə ideya yarandı ki, koopeartiv yaradaq və rayonda qalan ailələrə dəstək olaq. Başlanğıc üçün ən yaxşı fikir kartof əkmək idi. Çünki kartof Azərbaycanda buğdadan sonra ikinci strateji məhsuldur. Odur ki, 30 hektar ərazidə kartof əkdik və 300 ton məhsul əldə etdik, elə sahədə də satdıq. İndi isə çalışırıq ki, hər cür məhsul əkək. Bununla yanaşı, kooperativdə birləşən qadınlar onlara lazım olan, ehtiyac duyduqları məhsulları bir-birlərindən alırlar. Yəni, özləri də bir-birlərinə dəstək göstərməyə çalışırlar".

Onun sözlərinə görə, bu müddətdə Kənd Təsərrüfatı Nazirliyi kooperativə "AFAQ" (Aqrar Fəaliyyətli Azərbaycan Qadınları) layihəsi çərçivəsində dəstək göstərib: "Layihə çərçivəsində kooperativ üzvü olan qadınların hər birinə arı ailələri verilib, onlara arı saxlamaqla bağlı təlimlər keçirilib. Bundan başqa, nazirliyin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC “Şəhərdən Kəndə” layihəsi icra edir. Layihənin məqsədi ölkəmizdə aqroturizmin inkişaf etdirilməsi, regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı, eləcə də şəhər sakinləri və xarici turistlər üçün fərqli turizm imkanlar yaradılmasıdır. Bizim kooperativin üzvlərinin də geniş bağları var. Onlar da bu layihəyə qoşulmaq istəyərlər. Ümumiyyətlə, Tovuzun turizm potensialı çox böyükdür. Halbuki, Qərb bölgəsi turizm zonası olaraq tanınmır. Tovuz turizm zonası kimi kəşf edilməyib. Bu layihə həm də rayonun turizm zonası kimi kəşfinə dəstək olardı".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

DGK-nın bu qurumu 132 minə kinoloji xidmət alır

Telefon batareyasını tam boşaltmaq: Doğrudur, yoxsa yanlış?

Bələdiyyə torpaqları hərracda satışa çıxarılır

İki texnologiya nəhəngi birgə istehsala başlayır -Çip sənayesi güclənəcək

Bu universitet 2 milyona tədris korpusunu yeniləyəcək

ChatGPT ilə saxta şəxsiyyət vəsiqəsi yaradıldı - Sistemlər fərqləndirə bilmədi

İnnovasiya və Təchizat Mərkəzi 2 gündə tenderlərinə 125 mln. manatdan çox ayırdı

"Mozilla" "Gmail" və "Microsoft 365"ə rəqib olur

Ayaz Hüseynov İcra başçısının müavini təyin olunub (Foto)

Ayaz Hüseynov İcra başçısının müavini təyin olunub (Foto)

Laçında Qayğı qəsəbəsini abadlaşdıracaq şirkət kimindir?

Tramp Çinə rüşvət təklif etdi

"Zeytun" apteklərinin Tarif Şurasının qərarına əməl etmədiyi müəyyən olunub

İcbari Sığorta Bürosu beynəlxalq mükafatlara layiq görülüb

Baş nazir bu nazirliklərə tapşırıqlar verdi - Foto

Dövlət Agentliyi: “Bazarstore” qida məhsulunu üzərindəki qiymətdən baha satıb

Azərbaycanda bu universitet 521 min manatlıq aviabilet alır

Ramil Qasımov Akademik Opera və Balet Teatrının direktor müavini vəzifəsinə təyin edilib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin