BAKU Azərbaycan
17.03°C
  • USD
    1.7
  • EUR
    1.9044
  • RUB
    2.125
  • TRY
    0.0438
  • GBP
    2.264
67959

Hakerlər insanların etibar etdiyi süni intellekt xidmətlərini öz məqsədlərinə uyğun manipulyasiya edərək yanlış məlumatlar yaymağa yönləndirə bilir. Üstəlik, bunu yenə süni intellekt vasitəsilə həyata keçirirlər.

Valyuta.az xəbər verir ki, kibercinayətkarların süni intellekti süni intellektə qarşı istifadə etməsi qaçılmaz idi və artıq bu proses başlayıb. Son araşdırmalar göstərir ki, "Google Gemini" kimi güvənli hesab edilən süni intellekt sistemləri "sürətli inyeksiya hücumları" qarşısında gözlənildiyindən daha zəifdir.

Hakerlər bu texnikadan istifadə edərək süni intellekt modellərini manipulyasiya edir və ciddi təhlükəsizlik boşluqları yaradırlar.

Sürətli inyeksiya hücumları nədir?

Sürətli inyeksiya hücumları, böyük dil modellərini (LLM) manipulyasiya etməyin ən təsirli üsullarından biri sayılır. Bu metodda süni intellektin qəbul etdiyi verilərə zərərli təlimatlar əlavə edilir və modelin əsas qaydalarını görməzdən gəlməsi təmin edilir. Bunun nəticəsində süni intellekt:

* məxfi məlumatları sızdıra bilər,
* yalan və yanıltıcı cavablar verə bilər,
* arzuolunmaz digər davranışlar sərgiləyə bilər.

Məsələn, hakerlər saxta veb-sayt yarada və süni intellektə bu saytı etibarlı mənbə kimi tanıtmaq üçün manipulyasiya edə bilər. Belə hallarda, istifadəçilər fərqində olmadan şəxsi və maliyyə məlumatlarını hakerlərə ötürə bilər.

"Fun-Tuning": Yeni nəsil kibertəhlükə

Sürətli inyeksiya hücumlarının uğurlu olması adətən əl ilə aparılan sınaq və səhv metodları tələb edir. Lakin hakerlər artıq "Fun-Tuning" adlı yeni bir texnikadan istifadə edirlər. Bu metod vasitəsilə süni intellekt özü-özünü analiz edərək, milyonlarla fərqli hücum kombinasiya sınaqları keçirir və hətta qapalı sistemlərdə belə boşluqlar tapır.

Bu texnikanın təhlükəli potensialı araşdırmalarda açıq şəkildə ortaya çıxıb:

* "Google Gemini" kimi süni intellekt modellərinə qarşı hücumlardakı uğur nisbəti 82%-ə qədər yüksəlib.
* Ənənəvi hücum üsulları ilə bu nisbət 30%-dən aşağı idi.
* Hakerlər bu metodla süni intellektin məlumat bazasına manipulyasiya olunmuş informasiyalar yerləşdirərək onları "doğru məlumat" kimi qəbul etdirməyə nail olurlar. Üstəlik, bu, əksər hallarda heç bir təhlükəsizlik sistemi tərəfindən aşkar edilmir.

Süni intellekt və hakerlər üçün yeni dövr

Süni intellektin sürətlə inkişaf etməsi hakerlər üçün yeni imkanlar açır. Onlar süni intellektin boşluqlarını yenə süni intellektin köməyi ilə aşkar edərək daha effektli hücumlar həyata keçirə bilirlər. Kibertəhlükəsizlik mütəxəssisləri xəbərdarlıq edirlər ki, süni intellekt dəstəyi ilə həyata keçirilən hücumların artması fonunda istifadəçilər eşitdikləri və gördükləri hər məlumatı tənqidi düşüncə ilə qiymətləndirməlidirlər.

Süni intellektə qarşı yönəlmiş bu yeni hücum üsulları təkcə fərdi təhlükəsizlik problemləri yaratmır, həm də şirkətlərin və təşkilatların məxfi məlumatlarını risk altına atır. Xüsusilə, "Fun-Tuning" kimi texnikaların yayılması, istifadəçilərin süni intellekt xidmətlərinə daha ehtiyatlı yanaşmasını zəruri edir. Artıq verilən məlumatları tənqidi düşüncə ilə süzgəcdən keçirmək, bu yeni dövrdə təhlükəsizliyin əsas şərtinə çevrilib.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İşdə tənqidlə qarşılaşdıqda necə davranmalıyıq?

TEKNOFEST-in AZƏRBAYCANLI fatehləri - Tələbələrimizin uğur hekayəsi

Biləsuvarda işdən çıxarılan müavin direktoru məhkəməyə verdi

Köçkün gənc ABŞ universitetinin siması seçildi – Ayan Hüseynlinin uğur hekayəsi

Köçkün gənc ABŞ universitetinin siması seçildi – Ayan Hüseynlinin uğur hekayəsi

Süni intellektlə sağlamlığınızı izləyə biləcəyiniz 7 pulsuz tətbiq

Tıxaclarda yanacağa qənaət: Ekspertlər nəyi tövsiyə edir?

Yeni Papa taxta çıxdı: Üzüyünün qiyməti göz qamaşdırır

Çin rəsmisi robotların gələcəyi ilə bağlı açıqlama verib

Futbol tarixinin ən yaxşı futbolçuları - TOP-10

İnsan alveri ilə məşğul olanların yeni fırıldağı

Dadlı təhlükə: Dondurmadan zəhərlənmə halları - Nələrə diqqət etməliyik?

Avropanın ən stresli hava limanları - 34,7 min baqaj yoxa çıxıb

Avropanın ən stresli hava limanları - 34,7 min baqaj yoxa çıxıb

Oğurladığı pulla qohumunun təhsil haqqını da ödədi

Marsda həyat başlayır?-İlon Maskdan sensasion PLAN

Bakıda 50 min şagird monitorinqdə iştirak etdi

Dünyanın ən bahalı şorbası - 10 000 dollar

Azərbaycan bu ölkəyə siqaretin ədədini 2 manat 77 qəpiyə satır

Vaqif Şadlinski yüksək vəzifəyə təyin olundu - FOTO

Hotellərimiz niyə boş qalır?

Müəllim vakansiyası adı altında FIRILDAQÇILIQ

Müəllim vakansiyası adı altında FIRILDAQÇILIQ

Daha şanslı olmağın 10 praktik yolu

Qızıl külçə, zinət əşyası və sikkə - İnvestisiya seçimləri arasında hansı daha sərfəlidir?

E-ticarətdə ən çox geri qaytarılan məhsullar

Yunanıstan hökuməti "Adidas"ın dron şousuna görə məhkəməyə müraciət edib - VİDEO

Bazar günü narahatlığı nədir və necə xilas ola bilərik? - SƏHƏR OXUSU

2 milyon manata bağça satılır

Bu ölkə Azərbaycana 15 manatdan mixək satıb

Azərbaycanda taksi istifadəçilərinin sayı bir az da azaldı

Qara dənizdə sərvət tapıldı - Ərdoğan elan etdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin