BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.9326
  • RUB
    2.04
  • TRY
    0.0447
  • GBP
    2.2282
54663

Son zamanlar onlayn ticarətə maraq artıb. İnsanlar almaq istədikləri məhsulu dünyanın istənilən ölkəsindən onlayn qaydada sifariş verib, əldə edirlər. Təkcə geyim yox, mebel, tekstil malları, qab-qaşıq, həmçinin, avtomobili də ölkədən çıxmadan ala bilirlər.

Lakin burada yaranan çətinlik ölkəyə gətirilməsi qadağan olunan məhsulların çatdırılması ilə bağlıdır.

Yəni vətəndaş məlumatlı olmadığı üçün məhsulu sifariş verir, ölkə sərhədində aydın olur ki, sifariş verilən məhsulun ölkəyə gətirilməsi qanunla qadağan olunub.

Belə məhsullardan biri də daha çox səyahət zamanı və velosiped sürərkən istifadə olunan kameralı eynəklərdir. Vətəndaşlar bu məhsulu sifariş etsələr də, sərhəddən buraxılmadığını deyirlər.

Ümumiyyətlə, Azərbaycana gətirilməsi qadağan olunan mallar hansılardır? Kameralı və fanarlı eynəklərin də gətirilməsi qadağandırmı?

Valyuta.az xəbər verir kİ, Dövlət Gömrük Komitəsindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, bu cür əşyalar xüsusi icazə ilə gətirilir:

“Ölkə ərazisinə gətirilən mallara dair qadağa və məhdudiyyətlər “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli 564 nömrəli Qanunu və “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasinin 23 dekabr 2003-cü il tarixli 565 nömrəli Qanunu ilə müəyyən olunur. 

Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 12 sentyabr 2005-ci il tarixli 292 nömrəli Fərmanının 2 nömrəli əlavəsinə əsasən Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin dövriyyədə olmasına Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (rabitə şəbəkələrindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrə münasibətdə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti) tərəfindən verilən xüsusi icazə əsasında yol verilir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Texnologiya nəhəngləri ekranaltı kameralardan imtina edir?

Ağdam rayonunun bu ərazisində fərdi evlər əsaslı təmir olunacaq

“Landmark” Biznes Mərkəzi satıldı - Ofislər bağlandı

“Landmark” Biznes Mərkəzi satıldı - Ofislər bağlandı

Naxçıvan əhalisinin sayı açıqlandı

Naxçıvanda orta aylıq nominal əməkhaqqı 774,5 manat olub

Havaya görə bu sahədə işlər dayandırılmalıdır! - Rəsmi

Sabah səhər yağıntılar tədricən kəsiləcək

Qalmaqallı blogerlə əməkdaşlığın biznesin imicinə təsiri

Fərhad Əhmədovun lüks avtomobillərinə həbs qoyuldu - SİYAHI

Banklar POS-terminallardan ildə 368 milyon qazanır - “Komissiya çox yüksəkdir”

Banklar POS-terminallardan ildə 368 milyon qazanır - “Komissiya çox yüksəkdir”

Ölkədən 50 min dollar çıxaran şirkət cərimələndi

Azərbaycan və Gürcüstan prezidentləri mətbuat bəyanatlarla çıxış edirlər

Azərbaycan və Gürcüstan prezidentlərinin təkbətək görüşü olub

ADY-dən ayrılan department müdirinə yüksək vəzifə verildi

Azərbaycanlıların Türkiyədə mənzil alışı azalıb - Nə qədər alıblar?

DSMF-nin yeni sədri kimdir?

Dövlət Sosial Müdafiə Fonduna yeni sədr təyin olundu

Satış adamı olub-olmadığımızı necə anlayaq? - Test

Makaron istehsalı 2 dəfədən çox artdı

Ziraat Bank-ın Müşahidə Şurasına yeni müstəqil üzv təyin edilib

"PAŞA Bank"ın aktivləri yarım milyard manata yaxın azalıb - Hesabat

"PAŞA Bank"ın aktivləri yarım milyard manata yaxın azalıb - Hesabat

Tələbat çoxdur - Amma istehsalı azalır

Ötən gün vətəndaşların bank kartlarından 32 min manatdan çox pul kiber üsulla oğurlanıb

“Vosmoy” bazarının ətrafında küçə ticarəti yığışdırılıb

Azərbaycanda bütün limanlar bağlandı

Bakıda "Bağırov" körpüsünü su basdı

Neftimizin qiymətində cüzi azalma qeydə alınıb

Azərbaycan dünyada internetin sürətinə görə neçəncidir?

Bakıda kirayə verməklə evin pulunu 20 ilə çıxarmaq olar

Bakıda kirayə verməklə evin pulunu 20 ilə çıxarmaq olar

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin