BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
53670

İran və İsrail arasında gözlənilən müharibə səbəbindən dünyanın bir çox aviaşirkətləri Yaxın Şərqə uçuşlarını ya tamamilə ləğv ediblər, ya da uçuş qrafikini dəyişiblər.

Ölkə.az xəbər verir ki, Türkiyənin bir nömrəli hava yolları şirkəti olan "Türk Hava Yolları" (THY) və Almaniyanın "Lufthansa" aviaşirkətinin birgə müəssisəsi olan "SunExpress" Beyruta olan bütün reyslərini ləğv edib.

Yunan aviaşirkəti "Aegean Airlines" avqustun 19-dək Beyrut, Əmman və Tel-Əvivə bütün reyslərini ləğv edib.

Əlcəzairin "Air Algerie" aviaşirkəti Livana və Livandan gələn uçuşları növbəti bildirişə qədər müvəqqəti dayandırıb.

Hindistanda yerləşən "Air India" aviaşirkəti Tel-Əvivə və oradan uçuşlarını növbəti xəbərdarlığa qədər dayandırdığını açıqlayıb.

Fransanın "Air France" aviaşirkəti paytaxt Paris ilə Livanın paytaxtı Beyrut arasında uçuşların dayandırılmasını uzadıb.

"Air France"ın Hollandiya filialı olan KLM oktyabrın 26-dək Təl-Əvivə bütün gediş-dönüş reyslərini ləğv edib.

KLM-in aşağı büdcəli törəmə şirkəti olan "Transavia" aviaşirkəti 2025-ci il martın 31-dək Tel-Əvivə və oradan bütün uçuşları ləğv edib.

Honq-Konqda yerləşən "Cathay Pacific" aviaşirkəti də 27 mart 2025-ci ilə qədər Tel-Əvivə bütün reyslərini ləğv edib.

ABŞ-də yerləşən "Delta Airlines" aviaşirkəti Nyu-York və Tel-Əviv arasında uçuşların dayandırılmasını avqustun 31-dək uzadıb.

Böyük Britaniyanın iqtisadi hava yolu şirkəti "easyJet" 2024-cü ilin aprelində Tel-Əvivə gediş-dönüş reyslərini dayandırıb. Şirkət sözçüsü uçuşların 30 mart 2025-ci ildə bərpa ediləcəyini bildirib.

Finlandiyada yerləşən “Finnair” aviaşirkəti Qətərin paytaxtı Dohaya uçuşları üçün İranın hava məkanından istifadə etməməyə davam edir.

İtaliyanın "ITA Airways" aviaşirkəti rəsmi X hesabında verdiyi açıqlamada Tel-Əvivə və oradan uçuşların dayandırılmasını avqustun 15-dək uzatdığını açıqlayıb.

İsveçrə Hava Yolları və Avstriya Hava Yollarının daxil olduğu Almaniyanın Lufthansa aviaşirkəti İran və İraq hava məkanından istifadə etməmə müddətini uzadıb. Şirkət avqustun 21-dək Tel-Əviv, Tehran, Beyrut, Əmman və İraqın Ərbil şəhərlərinə uçuşları dayandıracağını açıqlayıb.

Avropanın ən böyük büdcəli hava yolu şirkəti "Ryanir" avqustun 26-dək Tel-Əvivə və oradan bütün uçuşları ləğv edib.

İran hava məkanı üzərində uçuşları dayandıran Sinqapur Hava Yolları alternativ marşrutlardan istifadə edir.

Çikaqoda yerləşən ABŞ aviaşirkəti "United Airlines" iyulun 31-dən təhlükəsizlik səbəbi ilə Nyuark, Nyu-Cersi və Tel-Əviv arasında gündəlik uçuşları dayandırıb.

İspaniyanın aşağı büdcəli aviaşirkəti "Vueling" də oktyabrın 26-dək Təl-Əviv və Əmmana bütün reyslərini ləğv edib.

Bundan əlavə, Böyük Britaniya Britaniya aviaşirkətlərinə avqustun 8-dən noyabrın 4-dək hərbi fəaliyyətlərin aviasiya üçün potensial risk yaratdığını əsas gətirərək Livanın hava məkanına daxil olmamağı tövsiyə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakıda hər həftə sonu “KOB bazar” adlı satış yarmarkası keçiriləcək

Ötən il Azərbaycanda 6 min minik avtomobili istehsal edilib - Rəqəmlərdə artım

Yenidən qurulan 9 milyonluq şirkətə direktor təyin edilib

Fərid Səfərli Azərbaycanda həbsdə olan İran casusu ilə dəyişdirilib

Prezident İlham Əliyev Davosda Latviya Prezidenti ilə görüşüb

Xoşbəxt və qeyri-xoşbəxt pulun fərqi

Xoşbəxt və qeyri-xoşbəxt pulun fərqi

Özəl pensiya fondlarının yaradılması ilə bağlı yeni detallar açıqlandı

“Xanımların işlə təmin edilməsi” adı ilə 57 nəfəri aldatdı

Metrodan istifadə qaydalarının pozulmasına görə cərimələr artırıldı

Gürcüstandan avtomobil idxalının azalmasının səbəbləri nələrdir?

Ödəmə terminalından 13 min manat oğurlandı

Fevralın 1-dən əmək pensiyasının minimum məbləği artır - MƏBLƏĞ

“Premium Bank”ın aktivlərinin dəyəri 44 milyon manat azalıb

Bizneslərarası rəqabətdə sağ qalmağın yolları

Bizneslərarası rəqabətdə sağ qalmağın yolları

AMB: Daşınmaz əmlakın katastrofik risklərdən icbari sığortası nəzərdə tutulur

Macarıstan Qazaxıstanda zavodların tikintisinə 83 milyon dollar sərmayə yatıracaq

Tramp digər ölkələrə yardım proqramlarını 90 gün müddətinə dayandırıb

Azərbaycanda hərbi cinayətlərdə ittiham olunan ermənilərin növbəti məhkəməsi davam etdirilir

Həcc ziyarətinin qiymətləri son 5 ildə 2 500 manat bahalaşıb - Cədvəl

Həcc ziyarətinin qiymətləri son 5 ildə 2 500 manat bahalaşıb - Cədvəl

Səhiyyə Nazirliyi meymunçiçəyinin əsas əlamətləri və qorunma yollarını açıqlayıb

Azərbaycanda vəzifəli şəxsin evindən 244 minlik qızıl oğurlandı

“Azərbaycan İnvestisiya Holdinqi” sığortaçı axtarır

ABŞ Ümumdünya Səhiyyə Təşkilatından çıxır

Milyarder Mark Kuban da memecoin buraxır? - Təfərrüatlar

"Meta"dan vacib yenilik - "CapCut"a rəqib video redaktə proqramı

Ötən il əhalinin gəlirləri 5 milyard manat artıb - Rəsmi

Ötən il əhalinin gəlirləri 5 milyard manat artıb - Rəsmi

Azərbaycan neftinin qiyməti 83 dollardan aşağı enib

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz®

Mərkəzi Bank bu il ilk dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin