BAKU Azərbaycan
4.03°C
  • USD
    1.7
  • EUR
    1.7647
  • RUB
    1.7571
  • TRY
    0.0472
  • GBP
    2.1127
63511

Dünya hər keçən gün dəyişir, yeniliklər baş verir. Bu dəyişimlər biznes sahəsində də öz təsirini göstərir. Belə ki, yeni bizneslər yaranır, çoxalır, genişlənir, beləliklə bizneslərarası rəqabət də çoxalır. Bəzi bizneslər bu kimi situasiyalardan çıxa bilsə də, bəzi bizneslər rəqabət apara bilmir, yaxud da çıxılması çətin risklərə girirlər. Bizneslər nə etsə, bizneslərarası rəqabətdə uduza, hətta iflas edə bilər? Bizneslər nə etməlidir ki, rəqabətdə uduzmasınlar, aradan çıxmasınlar?

Biznes konsultant Vasif Həmzətov Valyuta.az-a bildirib ki, texnoloji yeniliklər bütün dünyada iş dünyasına öz təsirini göstərir: “İllər keçdikcə insanların gündəlik ehtiyacları dəyişir və yeni tələbatlar yaranır. Nəticədə, bəzi keçmişdən gələn ənənəvi biznes sahələri zamanla aradan çıxır, bəziləri yenilənir, bəziləri isə sürətlə inkişaf edir. Belə olan halda bizneslər arasında ciddi rəqabətlər formalaşır. Rəqabətə davam gətirə bilən bizneslər daha da böyüyür, rəqabətə davam gətirməyənlər isə get-gedə iflasa doğru gedir. Uduzmalarının səbəbi odur ki, bu şirkətlər rəqabət yaradan şərtlərə əməl etmirlər. Buna görə də bizneslərində çatlar əmələ gəlir, o çatlar böyüdükcə şirkətlərin davamlılığı sual altına düşür. Bir müddətdən sonra isə davam gətirə bilməyərək iflasa uğrayırlar”.

V.Həmzətov bildirib ki, bizneslərin rəqabətə davam gətirməsinə yardım edən amilləri 2 yerə bölmək olar. Daxildə atılmalı olan addımlar və xarici təsirlər. Sahibkarın savadlı və bacarıqlı olması ən önəmli məsələlərin başında gəlir: “Sahibkar şirkətin fəaliyyət sahəsindən və idarəetmədən nəinki məlumatlı olmalıdır, hətta bu sahədə təhsil almalı və təlim proqramlarına qatılmalıdır. Öz işini bilməyən sahibkar müəssisəni idarə edə bilməz və yanlış qərarlarla iflasa aparar. Sahibkar güclü komandaya sahib olmalı, işçi heyətinə şəxsi keyfiyyətlərinə və bilik-bacarıqlarına güvənə biləcəyi əməkdaşları cəlb etməlidir. Elə əməkdaşlar ki, hər biri öz sahəsi üzrə lokomotiv ola bilmək üçün çalışan insanlar olsunlar və şirkətin gələcək vizyonuna öz töhfələrini versinlər. Əməkdaşların mütəmadi olaraq il ərzində müəyyən təlim proqramlarına cəlb olunması da şirkətin fəaliyyətində öz təsirini göstərir”.

 “Müştəri məmnuniyyəti diqqətdə saxlanılmalıdır”

V.Həmzətov bildirib ki, rəqabətdə uduzmaq istəməyən bizneslər göstərəcəyi xidmət və ya satacağı malları sağlam şəkildə təmin  etməlidir: “Ekoloji təmiz və mümkün qədər ətrafa daha az zərər verə biləcək mal, iş və xidmətləri təqdim etmək daha məqsədə uyğundur. Hər bir halda müştəri məmnuniyyətini diqqətdə saxlamaq lazımdır. Gözəl qablaşdırma - malların qablaşdırılması və dizaynına fikir verilməlidir. Çünki bir çox insanlar sevdikləri məhsulları (ehtiyaclarını) daha yaxşı təqdim edə bilən şirkətlərin istehsalı olaraq alırlar”.

“Ən önəmli məsələ maliyyə və mühasibatlığın düzgün qurulmasıdır”

Biznes konsultant bizneslərarası rəqabətdə maliyyənin idarə olunmasının önəminə toxunub: “Bütün sadalananların fonunda ən önəmli məsələ sağlam maliyyə və mühasibatlığın düzgün qurulmasıdır. Əlindəki sərmayəni doğru yerlərə yatırım edərək, həmçinin gəlir və xərclərin qeydiyyatı və analizini doğru şəkildə apara bilən şirkətin maliyyə dayanıqlılığı möhkəm, fəaliyyəti isə daha uzunmüddətli olur. Bundan başqa mütəmadi olaraq qarşılaşa biləcəyiniz risk meyarları müəyyən olunmalı və qarşı qoya biləcəyiniz tədbirlər planı hazırlanmalıdır. Bu mövzuda ən sadə addım SWOT analizlərin aparılmasıdır. Bu analiz nəticəsində şirkətin fəaliyyətinin güclü və zəif tərəfləri, üstünlükləri, təhlükələri açıq şəkildə bəlli olur. Hər bir təhlükə və risk meyarlarına qarşı hazırlıqlı olmalı və qabaqlayıcı tədbirlər görülməlidir.

“Bazarda hər şirkətin, hər məhsulun, hər xidmətin alıcısı var”

Biznes konsultant bizneslərə təsir edən xarici təsirlər haqqında fikirlərini bölüşüb: “Böyük şirkətlər adətən bazarda istər-isəməz monopoliya yaradırlar və digər şirkətlər narahat olur ki, bütün bazar onlardadır və biz necə işləyək? Bu problemi tam həll etmək mümkün deyil, çünki, böyük şirkətlərin maddi durumu yaxşı olduğu üçün istənilən məsələdə maddi vəsaitlərindən sərf edə bilir. Ancaq mikro və kiçik sahibkarlara maddi məsələlər problem olur. Bütün bunlara baxmayaraq bildirmək istəyirəm ki, bazarda hər şirkətin, hər məhsulun və hər xidmətin öz alıcısı var. Biz öz işlərimizi kiçik də olsa sistemli şəkildə qura və müştəri məmnuniyyətini diqqətdə saxlaya bilsək, böyük dövriyyələrlə olmasa da, davamlı fəaliyyət göstərə bilərik”.

“Qlobal tətbiq olunan sanksiya və qadağalar biznesə təsir göstərir”

V.Həmzətov bildirib ki, hazırda qlobal səviyyədə müharibə vəziyyəti və ya siyasi proseslərlə əlaqədar bəzi ölkələrə sanksiyalar tətbiq olunur: “Misal olaraq qonşu dövlətlərdən İran və Rusiyanı deyə bilərik. Belə ki, İran İslam Respublikasına beynəlxalq bank köçürmələri mümkün deyil və ya Rusiya, hətta Belorusiya ilə də ticari proseslərdə bank ödənişlərinə sanksiya tətbiq oluna və məbləğlər blok oluna bilər. Hazırda ölkəmizin bankları sahibkarlardan bu proseslərlə bağlı öhdəlik məktubları tələb edirlər ki, sanksiya prosesində banklar məsuliyyət daşımır. Dolayısı ilə də əgər biznesimizin fəaliyyəti bu ölkələrdən asılı idisə, bunu ən qısa zamanda dəyişmək lazımdır. Bu hallarla qarşılaşan sahibkarlar yeni bazarlara müraciət edə və ya başqa sahələrdə fəaliyyətlərlə məşğul ola bilərlər”.

“Texnoloji yeniliklərdən mümkün qədər faydalanmaq lazımdır”

Biznes konsultant texnologiyanın biznes sahəsindəki faydalından danışıb: “XXI əsrin başlanğıcından etibarən texnologiyanın ultra surətlə inkişafı bazarda şirkətlər arasında rəqabətə ciddi təsir edir. Belə ki, müxtəlif avadanlıqların istehsalı, idarəetmə proqramlarının yazılması və robot texnikalarının tətbiqi bir çox sahələrdə vaxta, enerjiyə, maddi resurslara, işçi qüvvəsinə və s. qənaət etməyə imkan yaradır. Şirkətlər idarə heyətləri səviyyəsində bu məsələrlə bağlı görüşlər keçirir, araşdırmalar aparır və öz fəaliyyətlərində texnologiyanın yeniliklərinin necə tətbiq olunması ilə bağlı fikir mübadiləsi aparırlar. Çünki kiçik və ya böyük şirkət olsun, fərq etməz, hər kəs daha az zamanda daha çox, daha keyfiyyətli və daha sərfəli mal, iş və xidmət təqdim etməyə çalışır. Bu baxımdan texnoloji yeniliklərdən mümkün qədər faydalanmaq lazımdır”.

“Şirkətlərin fəaliyyətinə sosial və ekoloji məsələlər öz təsirini göstərir”

V.Həmzətov ekoloji məsələlərin biznes sahəsi üzərindəki təsirlərindən danışıb: “Sadə bir misalla izah etsək, pandemiya dönəmində hər kəs evdən çalışmağa məhkum olmuşdu və ya çalışa bilmirdi, hər kəs bir yerdən dəstək gözləyirdi. Bu tip hadisələrlə qarşılaşdıqda fəaliyyətimizin nəticəsinin istehlakçılara təqdim olunma şəklini dəyişdirməklə işlərimizə davam edə bilərik. Məsələn, repetitor fəaliyyəti ilə məşğul olan bir mentor tədris mərkəzində yox, onlayn şəkildə dərslərinə davam edirdi və ya ərzaq mağazası müştərilərinin alacaqları ərzaqları kuryer vasitəsilə ünvana göndərirdi və s”.

“Yekun olaraq, qeyd edək ki, qeyd olunan məqamlar bütün şirkətlər üçün tətbiq olunarsa, şirkətlərin ömrü daha uzun olar.  Sadəcə olaraq, bu məqamlar böyük şirkətlərdə böyük, kiçik şirkətlərdə isə kiçik şəkildə özünü biruzə verə bilər. Hər bir halda tədbirli və təmkinli davranaraq şirkətimizin fəaliyyətinin davamlılığı üçün çalışmalıyıq” – deyə biznes konsultant qeyd etdi.

Sərvanə Rəmixanova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Kim daha yaxşı yaşayır?” - Bahalı həyata maraq yaradan səbəblər

Avtomobil Yolları Dövlət Agentliyi rəhbərinə yeni müavin təyin edildi

Sabah dağlıq rayonlarda yollar buz bağlayacaq

Sabah bu ərazilərdə qaz olmayacaq

Yeni kiberhücumlara hazır olaq - Doğmalarınızın görüntüsü və səsi ilə...

Dünyanın ən yaşlı və ən gənc dövlət başçıları - Siyahı

İlk iş yerlərində gənclərimiz aşağı həcmli əməkhaqqı ilə çalışmağa məcbur olurlar - Nazir müavini

İlk iş yerlərində gənclərimiz aşağı həcmli əməkhaqqı ilə çalışmağa məcbur olurlar - Nazir müavini

Hazır ev almaq sərfəlidir, yoxsa torpaq alıb ev tikmək?

"Fitch": Azərbaycan banklarının əsas maliyyə göstəriciləri bu il stabil qalacaq

“Rəqəmsallaşma planlı şəkildə həyata keçirilməlidir”

Mərkəzi Bank pul təşkilatına lisenziya verdi

Azərbaycanda inək və qoyunların sayı azaldı

Ermənistan ölkəmizə zərbələr endirə biləcək silahlar alıb - Bakıdan AÇIQLAMA

Andiçməyə valideynlər buraxılmayacaq - RƏSMİ

İlon Mask "OpenAI"-ni 97 milyarda almaq istədi, Səm Altman qarşı çıxdı - "Dələduz..."

İlon Mask "OpenAI"-ni 97 milyarda almaq istədi, Səm Altman qarşı çıxdı - "Dələduz..."

Azərbaycanda bankların faizdən gələn gəlirləri açıqlandı

Pensiyalar yeni artımla birgə ödənildi

İstehsalçı şirkətlər Azərbaycanda unun qiymətini qaldırdı

İstehsalçı şirkətlər Azərbaycanda unun qiymətini qaldırdı

Bu avtomobil üçün iki milyon dollar təklif olunur

Avropa İnvestisiya Bankı Ukraynaya 2 milyard dollar ayırıb

Azərbaycanda 71-ci dəfə əfv sərəncamı imzalanacaq

İxracdan əldə olunan 56 milyon manat Azərbaycana qaytarıldı

AZAL və İsrail aviaşirkəti arasında razılaşma imzalandı

İrandan gətirilən kartoflarda zərərli orqanizmlər aşkar olundu

Azərbaycanda 16 illik şirkət ləğv edildi

17 yaşda neft şirkətində iş, 30-da CEO: “Təəssüf ki, çox böyük hədəflərim var”

17 yaşda neft şirkətində iş, 30-da CEO: “Təəssüf ki, çox böyük hədəflərim var”

"Bitcoin" və "Ethereum"da əhəmiyyətli artım - QİYMƏTLƏR

DTX dövlətə xəyanət etmiş Azər Bağırovu İordaniyadan Azərbaycana gətirdi

Rubl bahalaşdı, Avro ucuzlaşdı - Günün məzənnəsi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin