BAKU Azərbaycan
4.03°C
  • USD
    1.7
  • EUR
    1.7647
  • RUB
    1.7571
  • TRY
    0.0472
  • GBP
    2.1127
63481

2030-cu ilin sonuna qədər Bakı şəhərində 10 yeni metropoliten stansiyası tikiləcək, bununla 4 kəsişmə stansiyası olacaq.

Bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanov bildirilib.

"2030-cu ilin sonuna qədər Bakı şəhərində 10 yeni metropoliten stansiyasının tikilərək təhvil verilməsi tapşırığını almışıq. Bu, nəqliyyat sahəsində böyük bir inkişaf deməkdir. Bu, Bakı şəhərinin ümumi mobilliyinin təmin olunması sahəsində görüləcək tədbirlərdən biridir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Bakı şəhərinin "rəqəmsal əkiz" layihəsi hazırlanıb. Müxtəlif mənbələrdən əldə olunmuş milyonlarla data təhlil edilərək paytaxt sakinlərinin hərəkət trayektoriyası müəyyən edilib, sıxlıq yaradan səbəblər və "dar boğaz"ların həll edilməsi metodları təhlil olunub. Ümumilikdə, ictimai nəqliyyatın bütün sahələri təhlil edilərək Bakı şəhərinin mobillik planı hazırlanıb", - o vurğulayıb.

V. Aslanovun sözlərinə görə, yeni 10 stansiyanın konseptual yerləri artıq bəllidir: "Hazırda metropolitenin infrastrukturunda iki kəsişmə stansiyası mövcuddur. Birincisi, "Memar Əcəmi" stansiyasında "Bənövşəyi" xətt ilə "Yaşıl" xəttin kəsişməsi, digəri isə "28 May" stansiyasında "qırmızı" xətt ilə "yaşıl" xəttin kəsişməsidir. Tikiləcək 10 stansiyada isə 4 əlavə kəsişmə olacaq. Bunlar "Nizami" metrosunda "Bənövşəyi" xətt ilə "Yaşıl" xəttin, "Sahil" metrosunda "Qırmızı" xətt ilə "Bənövşəyi" xəttin, "Xətai" metrosunda "Yaşıl" xətt ilə "Bənövşəyi" xəttin və nəhayət, "Həzi Aslanov" stansiyasında "Yaşıl" xətt ilə "Qırmızı" xəttin kəsişməsi olacaq. Bu kəsişmələr sərnişinlərin daha çevik marşrutlarla hərəkət etməsinə və sıxlığın azalmasına ciddi təsir göstərəcək".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dünyanın ən yaşlı və ən gənc dövlət başçıları - Siyahı

İlk iş yerlərində gənclərimiz aşağı həcmli əməkhaqqı ilə çalışmağa məcbur olurlar - Nazir müavini

İlk iş yerlərində gənclərimiz aşağı həcmli əməkhaqqı ilə çalışmağa məcbur olurlar - Nazir müavini

Hazır ev almaq sərfəlidir, yoxsa torpaq alıb ev tikmək?

"Fitch": Azərbaycan banklarının əsas maliyyə göstəriciləri bu il stabil qalacaq

“Rəqəmsallaşma planlı şəkildə həyata keçirilməlidir”

Mərkəzi Bank pul təşkilatına lisenziya verdi

Azərbaycanda inək və qoyunların sayı azaldı

Ermənistan ölkəmizə zərbələr endirə biləcək silahlar alıb - Bakıdan AÇIQLAMA

Andiçməyə valideynlər buraxılmayacaq - RƏSMİ

İlon Mask "OpenAI"-ni 97 milyarda almaq istədi, Səm Altman qarşı çıxdı - "Dələduz..."

İlon Mask "OpenAI"-ni 97 milyarda almaq istədi, Səm Altman qarşı çıxdı - "Dələduz..."

Azərbaycanda bankların faizdən gələn gəlirləri açıqlandı

Pensiyalar yeni artımla birgə ödənildi

İstehsalçı şirkətlər Azərbaycanda unun qiymətini qaldırdı

İstehsalçı şirkətlər Azərbaycanda unun qiymətini qaldırdı

Bu avtomobil üçün iki milyon dollar təklif olunur

Avropa İnvestisiya Bankı Ukraynaya 2 milyard dollar ayırıb

Azərbaycanda 71-ci dəfə əfv sərəncamı imzalanacaq

İxracdan əldə olunan 56 milyon manat Azərbaycana qaytarıldı

AZAL və İsrail aviaşirkəti arasında razılaşma imzalandı

İrandan gətirilən kartoflarda zərərli orqanizmlər aşkar olundu

Azərbaycanda 16 illik şirkət ləğv edildi

17 yaşda neft şirkətində iş, 30-da CEO: “Təəssüf ki, çox böyük hədəflərim var”

17 yaşda neft şirkətində iş, 30-da CEO: “Təəssüf ki, çox böyük hədəflərim var”

"Bitcoin" və "Ethereum"da əhəmiyyətli artım - QİYMƏTLƏR

DTX dövlətə xəyanət etmiş Azər Bağırovu İordaniyadan Azərbaycana gətirdi

Rubl bahalaşdı, Avro ucuzlaşdı - Günün məzənnəsi

Kompüterdən sonra göz yorğunluğunu necə aradan qaldıraq? -SƏHƏR OXUSU

Yeni kredit təşkilatı yaradıldı

"Boeing"in "Starliner" layihəsi şirkəti zərərə uğradır - Ziyan 2 milyardı keçib

Məhkəmə Mərkəzi Bankın protokolunu ləğv etdi

"BP" səhmləri son 6 ayın ən yüksək səviyyəyə çatıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin