Maaşınızdan bu qədər pul tutulduğunu bilirdiniz?
Bir çox vətəndaş aldığı əməkhaqqının kartına köçürülən məbləğdən ibarət olduğunu hesab edir. Hərçənd ki, əməkhaqqından icbari və könüllü tutulmalar olur. Hər bir halda, vəzifə maaşının məbləği əmək müqaviləsində göstərilir.
Valyuta.az Qafqazinfo-ya istinadən xəbər verir ki, qanunvericiliyə görə, əməkhaqqından aşağı göstərilən icbari tutulmalar olur:
- gəlir vergisi;
- məcburi dövlət sosial sığorta haqqı;
- işsizlikdən sığorta haqqı;
- icbari tibbi sığorta haqqı.
Hazırda əməkhaqqından gəlir vergisi əsasən dövlət sektoru və neft-qaz sahəsində əmək müqaviləsi əsasında çalışanlara aiddir. Gəlir vergisi 14 faiz dərəcəsi ilə tətbiq edilir. Əməkhaqqı 2500 manatdan çox olduqda isə bu həddən yuxarı hissədən 14 faiz yox, 25 faiz vergi tutulur. Fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat, illik gəliri 30 000 manatadək olduqda, 2400 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay