BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8896
  • 1 Rusiya rublu
    0.0193
  • 1 Türkiyə lirəsi
    0.05
  • 1 İngiltərə funt sterlinqi
    2.2403
49127

Yetəri qədər məlumat toplamadan, bazarı analiz etmədən yeni bir işə başlamağın yanlış olduğu qeyd edilir. Müxtəlif sektorlarda və ya bazarlarda risklər, qazanc və zərər fərqli olur. Hər bazarın özünəməxsus xüsusiyyətləri olur. Bəs Azərbaycan bazarında daxil olan şirkətlər nələri bilməlidirlər? Onlar daha çox nələri analiz etməli və daha sonra bazara daxil olmalıdırlar?

İqtisadçı ekspert Rəşad Həsənov Valyuta.az-a bildirdi ki, hər hansı bazara daxil olan zaman ilkin mərhələdə araşdırmanın aparılmasına ehtiyac var. İstənilən layihə ilkin fikir, planlama və icra mərhələsindən ibarət olur. Birinci və ikinci mərhələdə xüsusilə də daxil olunacaq bazarın araşdırılması vacib məsələdir. Bu zaman ekosistemin bütün halqaları araşdırılmalıdır:

“İlk növbədə təbii ki, ideyanı dəstəkləyən tələb və təklif mühiti öyrənilməlidir. Sonrakı mərhələdə bazarın özünəməxsus xüsusiyyətləri dəyər zəncirinin bütün halqaları üzrə təhlil edilməlidir. Buraya qanunverciliyin çərçivəsi, vergi mühiti, təşviq institutlarının inkişaf səviyyəsi, əmək bazarının mövcud vəziyyəti daxildir. Bundan sonra diqqət etməli olduğumuz məqamlar layihəni dəstəkləmək imkanları, kadr potensialının əlçatanlığı, bazara giriş-çıxışda maneələrin olub-olmaması, maliyyə bazarlarının inkişaf səviyyəsi olaraq sıralanır. 

Əlavə olaraq, maliyyə əlçətanlığı, biznesə qeyri rəsmi müdaxilə, biznesin formal və ya qeyri-formal səviyyəsi kimi mühüm məsələlər araşdırılmalıdır. Xarici bazarın inteqrasiyası, ixrac imkanları, ənənəvi ixrac bazarları ilə münasibətlərin vəziyyəti, əhalinin alıcılıq seçimləri, alıcılıq qabiliyyəti mütləq geniş şəkildə araşdırılmalıdır. Hər hansı biznes plan bu kimi fundamental istiqamətlər üzərində formalaşır. Gələcəkdə hər hansı araşdırma aparmadan hansısa biznes seqmentinə daxil olmaq biznes üçün çətinlik yarada, hətta uğursuzluqla nəticələnməsinə səbəb ola bilər”.

İqtisadçı onu da deyir ki, həm dünya, həm də Azərbaycan təcrübəsində bu proses ilkin vəziyyətin təhlili analizindən keçir:

“Xarici investorlar üçün beynəlxalq təşkilatların hazırladığı hesabatlarla, reytinqlərlə tanış olmaq lazımdır. Həmin reytinqlərdə daxil olunacaq bazarın, o cümlədən, Azərbaycan bazarının güclü və zəif tərəflərinin müəyyən edilməsi, biznes planın müvafiq istiqamətdə təkmilləşdirilərək icra mərhələsinə keçirilməsi tövsiyə olunandır”.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yaponiyada heyrətamiz xidmət: Yaşlı insanlar icarəyə verilirlər

Hamı Bakının bu qəsəbəsindən torpaq alır - Səbəb

Cəlilabadda üzüm yığımı davam edir, məhsulun qiyməti iki dəfə ucuzlaşıb

Miqrenin müalicəsində inqilabi kəşfə imza atan azərbaycanlı alim DANIŞDI

Aliment ödəməkdən yayınmağa çalışanların əmlakı müsadirə oluna bilər (VİDEO)

Ailə başçısı: "Dörd qızı oxudanlar da cənnətlə mükafatlandırılırmı?"

"Attestatla qəbul" tələsinə düşənlər: Kimdir günahkar?

Dondurulmuş ətlərə möhtac qala bilərik

Hazırda Azərbaycanda kütləvi yayılan yeni virus nədir?

General-mayora Müdafiə Nazirliyində vəzifə verilib

General-mayora Müdafiə Nazirliyində vəzifə verilib

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılacaq

Ədliyyə Nazirliyinin səlahiyyəti azaldıldı

Hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət maliyyə dəstəyi göstərəcək

Pis qoxu və üfunət... - Abşeronda kanalizasiya problemi (VİDEO)

Azərbaycanlı tələbə dünyanın ən yaxşı 7-ci universitetinə qəbul olundu

Paytaxtdakı bu yenilik sürücülərdə narazılıq yaratdı

Türk iş adamı Azərbaycanda şirkətlər qrupu yaratdı

Türk iş adamı Azərbaycanda şirkətlər qrupu yaratdı

Maaş və pensiyaların artımı ilə bağlı qərarlar gözlənilir

Sabah hava yağmursuz keçəcək

Elektrik kabusları: Binalardakı yanğınlara görə məsuliyyət kimin üzərinə düşür?

Azərbaycan nefti ucuzlaşıb

Bu gün bu yollarda hərəkət istiqaməti dəyişdiriləcək

Selena Qomes milyarder oldu

Böyük Qayıdış: Şuşa şəhərinə daha 91 nəfər yola salınıb

Regional Qaz İdarəsinə yeni rəis təyin olunub

Azərbaycanda uşaqlara görə nə qədər sosial müavinət verilir? (SİYAHI)

Kreml “Sibirin Gücü - 2” üzrə danışıqların gedişindən danışdı

ABŞ Rusiyadan gübrə alışını yenidən artırmağa başlayıb

Moldovadada “Zolotaya korona” pul köçürmə sisteminin fəaliyyəti dayandırıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin