BAKU Azərbaycan
26.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8843
  • 1 Rusiya rublu
    0.0191
  • 1 Türkiyə lirəsi
    0.05
  • 1 İngiltərə funt sterlinqi
    2.2351
54129

Camid Mövsümov
Azərbaycan Françayzinq Assosiasiyası İdarə heyətinin sədri

Bu günün dünyasında istər özəl şirkətlərin, istər aidiyyatı dövlət qurumlarının qarşısında duran ən mühüm vəzifələrdən biri xarici investisiyaların ölkəyə cəlbi olunmasıdır. Beynəlxalq arenada hansı ölkənin daha əlverişli və cəlbedici şərait yaradacağı ciddi rəqabət mövzusudur. Bu rəqabətdə qazanmaq üçün hər bir ölkə fərqli güzəştlər tətbiq etməyə, xarici investorlara digərlərindən üstün və fərqli şərait yaratmağa çalışır.

Ölkəmizdə də eyni qaydada müəyyən qanunvericilik aktlarında yumşalmalar, müəyyən vergi güzəştləri, son dövlərlərdə qurulan azad iqtisadi zonalar buna əyani sübutdur. Lakin atılan bu addımlar yetərlidirmi? Dəyişən dünyamızda ölkələr də sürətlə dəyişir və inkişaf edirlər. Nəticədə qanunvericilik aktları daha sürətli dəyişir, qurulan şəraitlər müasir trendlərə uyğunlaşdırılır.

Dünya ölkələri prizmasından baxdıqda, son Covid-19 pandemiyasından sonra elektron ticarətin həyatımızda tutduğu yer olduqca böyüyüb. Müasir dünyamızda e-ticarət sayəsində biznesə başlamaq daha da asanlaşdırılıb. Azərbaycanda ən çox ziyarət edilən saytlardan ikisi “Aliexpress” və “Trendyol”dur. Azərbaycanda e-ticarətə olduqca böyük tələb olduğuna baxmayaraq, ölkə bazarına diqqət yetirdikdə e-ticarətdə aparıcı rolu xarici şirkətlər tutur. Bunun nəticəsi olaraq ölkəmizdən ciddi valyuta axını baş verir.

Azərbaycanda informasiya texnologiyaları sürətlə inkişaf edir. Dövlətimiz tərəfindən bu sahəyə olduqca ciddi yatırımlar edilir. Bu sahədə son dönəmdə baş verən yeniliklərin və yatırılan investisiyaların e-ticarətin inkişafını sürətləndirəcəyini proqnozlaşdırmaq mümkündür. 

Son dövrlərdə Asiya ölkələrinin ölkəmizə ciddi marağı yaranıb. Çin, Yaponiya kimi ölkələrin şirkətlərinin investor qismində ölkəmizə axını mövcuddur. Bu axın əsasən texnoloji istehsal müəssisələrinin ölkəmizdə qurulması və alternativ enerji sahəsinədir. Rusiyaya qarşı tətbiq olunan maliyyə sanksiyalarından sonra Rusiya şirkətlərinin ölkəmizə marağını ciddi şəkildə artırıb. 

Türkiyə şirkətlərinin ölkəmizə marağı son dövrdə olduqca artıb. Bunun bir neçə səbəbi mövcuddur: Türkiyə daxilində milli valyutanın qeyri-stabilliyi, bəzi ölkələrə ixrac zamanı logistika xərclərinin ölkəmizdə daha sərfəli olması və Qarabağda mövcud iş imkanları Azərbaycanı Türkiyəli investorlar üçün olduqca cəlbedici edir. 

Yaponiyanın 500 investistorunu əhatə edən şirkətlərindən birinin CEO-su ilə söhbətimiz zamanı belə bir ifadə işlətmişdi: “Pandemiya sonrası biz ciddi surətdə alternativ bazarları araşdırmağa başladıq. Araşdırmamız zamanı bir neçə faktora diqqət edirdik: təbii ehtiyatlar, logistika yolunun üzərində olması, stabil idarəetmə sisteminin ölkədə mövcud olması. Araşdırmamızın nəticəsində Polşa, Azərbaycan, Vyetnam ölkələrinin üzərində durduq”. Burdan çıxan nəticənin sayəsində yapon investorların ölkəmizə axını müşahidə olunmaqdadır. 

Çin dövləti üçün investisiya baxımından ölkəmiz olduqca əhəmiyyətli yerdədir. Çinin “Red belt” strategiyası buna əyani sübutdur. Strategiyadan məlumatlı insanlar çox gözəl bilirlər ki, tarixi İpək Yolunun üzərində yerləşən Zəngəzur dəhlizi bu ölkə üçün çox əhəmiyyətlidir. Çin şirkətləri hazırda kütləvi surətdə ölkəmizdə öz şirkətlərinin nümayəndəliklərini açırlar, alternativ enerji, istehsal texnologiyaları kimi sahələrə çox böyük yatırımlar edirlər. Dövlət tenderlərimizdə yerli partnyorları üzərindən ciddi pay almağa çalışırlar.

İnvestisiya cəlbi zamanı ölkə olaraq əsas strateji hədəfimiz qısamüddətli investorların deyil, uzun müddətli yatırımlar düşünən investorların ölkəmizə cəlbi olmasıdır. Ölkəmizin ona dəyər qatacaq, onun inkişafında rol alacaq, təcrübəsindən faydalana biləcəyimiz investorlara ehtiyacı vardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Zəngəzur dəhlizi məsələsi İranla Rusiyanı qarşı-qarşıya qoyub

Elnur Məmmədliyə yeni vəzifə verildi

Azərbaycanda hansı bank 5 dəqiqəyə 50 min kredit verir?

Prezident “Xəqani” bağında yaradılan şəraitlə tanış oldu (FOTO)

Neftimiz cüzi ucuzlaşıb

Türkiyədə yeni qayda: 7 min lirədən yuxarı alış-verişlər...

Maaş 165 min manatdır, amma işçi tapılmır

Bu 3 ölkədə mənzillərin qiyməti kəskin ucuzlaşdı

"İntend" şirkəti məhkəmə qarşısında

Ukrayna Aliexpress və eBay-dan 150 avroya qədər olan bağlamalara vergi qoyacaq

“Formula 1” pilotlarının qazancı bilindi - FOTO

"Auto Azərbaycan" gömrük qaydalarını pozub

Benzin və dizel istehsalı artıb - CƏDVƏL

"ECOFOOD" cərimələndi

Yeni "ChatGPT o1" insan kimi düşünə və məntiqi problemləri həll edə bilir

"Volkswagen" yeni krossoveri üçün robot sürət qutusundan imtina etdi

Almaniya Rusiya neftinə alternativ tapıb

Qlobal mayninq bazarı konsolidasiyaya doğru irəliləyir

İcra hakimiyyətinin binaların təmiri ilə bağlı tenderi niyə ləğv edilib?

Çin PwC-ni 62 milyon dollar cərimələdi

Rusiyadan titan ixracına qoyulan məhdudiyyətlər Qərbə necə təsir edəcək?

"Günay Bank"la "Agro-Land-Az" areasında kredit qalmaqalı

Almaniyada hökumətlə müxalifət arasında miqrantlar böhranı

Bakıda altı məktəb əsaslı təmirlə bağlı köçürülüb

"Buta Təmizlik"lə "Azpride Group"un "podrat mübahisəsi"

Bakı metrosuna iki yeni qatar gətirilib

Əhalinin yeni sayı açıqlandı

Çin 70 ildən sonra ilk dəfə pensiya yaşını qaldıracaq

Yanğın təhlükəsizliyi qaydalarının pozan şirkət məhkəmə qarşısında

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin