Azərbaycanda bu sahədə maaşlar 5 min manatı ötüb
Azərbaycanda qeyri-dövlət sektorunda orta aylıq əməkhaqqı 1000 manatı ötüb.
Valyuta.az Sfera.az-a istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-fevral aylarında orta əməkhaqqı qeyri-dövlət sektorunda 996,5 manat olduğu halda yanvar-mart aylarında 1039 manata yüksəlib.
Qeyri-dövlət sektorunda orta əməkhaqqının artımına bəzi sahələrdəki ciddi maaş artımının təsiri olub.
Ən yüksək əməkhaqqı artımı mədənçıxarma sənayesində qeydə alınıb. Burada martın 1-də orta əməkhaqqı 3 948 manat olduğu halda, aprelin əvvəlində 5 048 manatı ötüb.
Bu sahədən başqa elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrinin qeyri dövlət bölməsində orta maaş bir ay ərzində nəzərəçarpacaq dərəcədə artıb. Burada bir ay əvvəl 1 349 manat olan orta maaş bir ay sonra 1 586 manata yüksəlib.
İnformasiya və rabitə sahəsinin qeyri-dövlət bölməsində də maaşlarda sürətli artım baş verib. Adıçəkilən sahədə maaşlar 1845 manatdan 1985 manata çatıb.
Yuxarıda adıçəkilən 3 fəaliyyət sahənin qeyri-dövlət bölməsində əməkhaqlarının xeyli artması ümumən qeyri-dövlət sektorunda ortaaylıq maaşların 1000 manatı keçməsinə səbəb olub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay