BAKU Azərbaycan
19.03°C
  • USD
    1.7
  • EUR
    1.9324
  • RUB
    2.148
  • TRY
    0.0434
  • GBP
    2.2971
48779

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 23-də keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib ki, daxili borcların həcmi artıb.

O bildirib ki, vaxtilə Beynəlxalq Bankın sağlamlaşdırılması istiqamətində "Aqrarkredit" Bank Olmayan Kredit Təşkilatı tərəfindən ABB-nin toksik borcları alınırdı. Bunun üçün dövlət tərəfindən vəsait ayrılmışdı. Həm də bu toksik aktivlərin sağlamlaşdırılması üçün dövlət zəmanəti ilə istiqrazlar verilmişdi. Bu aktivlər balans qiyməti ilə alınırdı, lakin onun satışı real bazar qiymətindən aşağı olduğu üçün zərər əldə edilirdi.

Mövzu ilə bağlı Valyuta.az-a danışan iqtisadçı Əkrəm Həsənovun fikrincə, Samir Şərifov bununla demək istəyir ki, biz dövlət olaraq bir sıra şirkətlərə zamin durmuşuq, lakin bu uğursuz addım olub.

İqtisadçının sözlərinə görə, hansısa qurum öz istiqrazını buraxaraq onu satırsa, bu dolayısı ilə iş adamlarından borc almaq deməkdir:

"İstaqrazlar borc deməkdir. Yəni, istiqraz buraxan müəssisə deyir ki, siz istiqraz alın, mənə borc verin, bunun əvəzində sizə faiz ödəyəcəyəm. Lakin biznes adamları və şirkətlər hər belə buraxılan istiqrazlara etibar etmir".

Əkrəm Həsənov qeyd edib ki, belə istiqrazlara dövlət zəmanət verirsə, vəziyyət dəyişir:

"Çünki şirkətlər borcu qaytara bilməsə, dövlət qaytarır. Dövlət tərəfindən isə bu işi Maliyyə Nazirliyi icra edir. Bizdə çox halda istiqrazı buraxan şirkətlər ödənişi edə bilmir. Bu zaman isə həmin şirkətdən istiqraz alan şəxslər pulu dövlətdən tələb edir. Bu halda dövlət daxildən borclanır. Artıq o borc dövlətin sayılır və toksik olur". 

Davud
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Biznesinizi qloballaşdırmalısınız, yoxsa yerli bazarda qalmalısınız? - Ekspertlərin fikirləri

Məşhur akademikdən xəbərdarlıq: "Biz odla oynayırıq"

Bu qurum 792 min manatlıq xidməti avtomobil alacaq

Abramoviçin "Çelsi"nin satışından əldə etdiyi 2,35 milyardın aqibəti necə olacaq?

"Arkoz Qazax Sement Zavodu" MMC cərimələndi

"WhatsApp" istifadəçilərə öz süni intellekt köməkçilərini yaratmaq imkanı verəcək

Maraq azalır: Elektrikli avtomobillərin gələcəyi təhlükədədir?

Saatlıq, yoxsa aylıq əməkhaqqı: Hansı daha sərfəlidir? (ŞƏRH)

Saatlıq, yoxsa aylıq əməkhaqqı: Hansı daha sərfəlidir? (ŞƏRH)

1,1 milyon manat vergi borcu olan şirkət kimindir?

Orta təhsil səviyyəsi üzrə aprelin 27-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub

Kapital Bank liderləri Money 20/20 Europe forumunda və beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər®

"Gəncə Memorial Hospital"da yoxlama: 6000 manat cərimə yazıldı

“Starlink” Azərbaycanda rəsmi qeydiyyata alınıb

Dövlət büdcəsinin gəlirləri açıqlandı

Saleh Məmmədov bu qurumun rəisini dəyişdi

Saleh Məmmədov bu qurumun rəisini dəyişdi

Azərbaycan Çinə toyuq ayaqları ixrac edəcək

"Swift" avtomobillərinin istehsalı dayandırıldı - Səbəbi isə...

“Şinkar Holdinq” Xocalıda 63 evin təmiri üçün 3,3 milyon alacaq

Bakıdan Qazaxa ilk dəfə sürət qatarları ilə sərnişin daşımalarına start verilir

WUF13-ün 2026-cı ildə Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb

Növbəti “Sıfır Tullantı” həmrəylik marafonu 5 İyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunub®

Gənclər sosial təsir üçün yarışdı - Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi®

Mobil operatorların gəlirləri açıqlandı

Mobil operatorların gəlirləri açıqlandı

Qadağan olunan lüks məhsullar - SİYAHI, ÖLKƏLƏR

Fond fermerlərə 4 milyonluq ödəniş edib

Bu tarixdə şənbə günü iş olacaq

AccessBank-da yeni təyinat

"Citigroup" 3500 nəfəri işdən çıxaracaq

Çin Trampa görə "Apple"a qadağa qoydu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin