BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8505
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0528
  • 1 İngiltərə funt sterlinqi
    2.1569
47250

Bakıda sənədsiz evlərin ucuzlaşması barədə yayılan məlumatlar inandırıcı deyil.

Bu barədə Trend-ə "MBA Consulting Group” şirkətinin direktoru Nüsrət İbrahimov deyib.

O qeyd edib ki, sənədsiz evlərin ucuzlaşması ilə bağlı məlumat yayanların bəlkə də hanısa məqsədləri var.

“Nəyə görə inandırıcı deyil? Sənədsiz evləri kimlər tikir? Vətəndaşlar tikir və öz yaşayışları üçün tikirlər. Sənədli ev almaq üçün vətəndaşların imkanı çatmır və gedir sənədsiz torpaq alır, üzərində sənədsiz ev tikərək yaşayır. O evi də satanda ən azı çəkdiyi xərci üzərinə qoyub satır. Sənədsiz evlərin satılması da qanuni baxımdan mümkün deyil. Yəni bu evin çıxarışı yoxdur, təsdiqedici sənədi yoxdur. Necə sata bilər onu? Onun satılması da qanunsuzdur”, - deyə o, əlavə edib.

N.İbrahimov bildirib ki, ümumilikdə mənzil bazarında durğunluq müşahidə olunur.

"Hazırda havaların istiləşməsinə baxmayaraq, mənzil bazarında, həyət evlərinin satışında aktvliyin artması hiss edilmir. Mənzil bazarına axın yoxdur. Ümumiyyətlə notariuslarda qaydalar sərtləşdiriləndən sonra, yəni, 20 min manatdan artıq ödəniş olduqda pulun mənbəyi haqda məlumat təqdim etmək tələb edildikdən sonra, bazarda aktivlik aşağı düşdü. Bazarda hələ ki, durğunluq var, artım-azalma müşahidə olunmur", - deyə o, vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Anomal havalar aqrar sahəyə ciddi ziyan vurur" - Ekspert

Tikinti şirkəti sakinləri zorla evlərindən çıxarmaq istəyir? - Nəsimi rayonunda qalmaqal

Keçmiş əməkdaşı Dövlət Məşğulluq Agentliyini məhkəməyə verdi

"XƏMƏCOĞLU AGRO" cərimələnə bilər

"Microsoft" köhnə kompüterlərdə "Edge" vasitəsilə internetə çıxışı qadağan edəcək

“Hökumət evi”ndə 1 milyonluq təmir

Rusiyada qalan Avropa bankları mənfəətlərini üç dəfə artırıblar - Bloomberg

Dövlət qurumu ilə MTK üz-üzə

Alimlər günəş enerjisindən istifadə edərək 1000 °C-dən yuxarı temperatur əldə etdi

"Molokan" bağının ətrafı niyə "hasarlanıb"? - BŞİH açıqladı

"Kral Təbabət" əhalinin sağlamlıq hüququnu pozur

Ukrayna işığa həsrət qala bilər - YASNO çox çətin dövrün nə vaxt başlayacağını bildirdi

Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi

Nazir baş həkimi işdən çıxdı - Yeni təyinat

“Qafqaz Auto” məhkəmə qarşısında

Özəl xəstəxanalara nəzarət mexanizmi - Yeni qurum hansı işləri görəcək? (ŞƏRH)

Estoniya Rusiya aktivlərinin Kiyevə verilməsi haqqında qanun qəbul etdi

Bakının darboğazlarında hərəkətin yenidən təşkili üzrə layihələrin icrasına başlanılıb

Qarabağ Universitetinə mətbuat katibi axtarılır

Fidan Tofidi departament rəhbəri təyin edildi

Fidan Tofidi departament rəhbəri təyin edildi

Bolqarıstan "Qazprom"dan 400 milyon avro tələb edir

Nazirlikdən yarım milyonluq nəqliyyat sövdələşməsi

Qusarda ağacların kəsilməsinə görə bələdiyyə sədri həbs edildi

Sevdiyimiz, yoxsa gəlirli peşəni seçək?

Sabah güclü külək olacaq - SARI XƏBƏRDARLIQ

Ölkəyə gətirilən hibrid avtomobillərin qiyməti kəskin bahalaşıb

AK "Instagram" və "Facebook"la bağlı araşdırmaya başladı

Prezidentlər "Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri ilə tanış oldu

Sumqayıtda mənzil qiymətləri niyə bahalaşır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin