BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8459
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0528
  • 1 İngiltərə funt sterlinqi
    2.1606
46405

2024-2025-ci tədris ilində Təhsil İnstitutunun (ARTİ) hazırladığı V sinif Azərbaycan dili (dövlət dili) və riyaziyyat, VI sinif coğrafiya, VII sinif fizika, kimya və biologiya dərslikləri kütləvi istifadəyə veriləcək. V sinif dərslikləri iki il, VI və VII sinif dərslikləri isə bir il sınaq prosesindən keçib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azərbaycan müəllimi”nə açıqlamasında ARTİ Tədris Resursları Mərkəzinin direktoru Zaur İsayev məlumat verib.

Onun sözlərinə görə, hazırda VI sinif Azərbaycan dili (tədris dili), riyaziyyat, coğrafiya, VII sinif fizika, kimya, biologiya və coğrafiya dərslikləri sınaq prosesindədir.

“Növbəti il VI siniflər üçün Azərbaycan dili (tədris dili) və  riyaziyyat, VII sinif coğrafiya, VIII siniflər üçün fizika, kimya və biologiya dərslikləri sınaq prosesinə veriləcək” - deyə Zaur İsayev bildirib.

Mərkəz direktoru yeni hazırlanan dərsliklərin üstünlüklərindən danışaraq  deyib ki, yeni dərsliklərdə müasir yanaşmalardan və yeni pedaqoji texnologiyalardan geniş istifadə edilir:

“Məsələn, VI və VII siniflər üçün yeni hazırlanmış coğrafiya dərslikləri indiyə kimi coğrafiyanın ənənəvi təhsil üsullarında bir qədər fərqli, ən qabaqcıl təhsil institutlarının tətbiq etdikləri coğrafiyanın müasir öyrətmə üsullarından istifadə edilməklə hazırlanıb. Ənənəvi dərsliklərə alışan müəllimlərin yeni dərsliklərdən səmərəli istifadə etmələri üçün onlardan müəyyən səylər tələb olunur. Təbii ki, zamanla bu problemlər də həllini tapacaq”.

Direktorun fikrincə, problemin daha sürətlə aradan qaldırılması üçün Elm və Təhsil Nazirliyi təlimlər təşkil edir, müəlliflərə yeni yanaşma ilə bağlı mütəmadi məlumatlar verilir:

“Digər fənlərlə bağlı da analoji problemlərlə rastlaşırıq. Sınaq prosesi bütün bu problemləri aşkar etməyə və bunların səbəblərini müəyyən etməyə imkan verir”.  
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Mövlam Şıxəliyevin əmlakları hərraca çıxarıldı

"Volvo" tam avtopilotlu yük maşını təqdim etdi

"Sara Lizinq" gömrük qaydalarını pozub?

Niderland Rusiya aktivlərindən əldə olunan gəlirin Ukraynaya köçürülməsi qərarını dəstəkləyəcək

“Aznur” şirkəti AQTA-nı məhkəməyə verdi

Dəniz səviyyəsinin qalxması hansı təhlükələrə səbəb ola bilər?

"Əşrəfoğlu" cərimələnə bilər

Polşanın dövlət borcu rekord həddə çatdı

Böhran xarici oyunçuları Almaniyanın daşınmaz əmlak bazarını tərk etməyə məcbur edir

“Azəristiliktəchizat” icbari sığorta müqaviləsi bağlamayıb?

Azərbaycanda iki şirkət Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilir

"iPhone"un büdcə versiyasının təxmini qiyməti məlum oldu

"FİRST ACADEMY"yə protokol tərtib edildi

AK: "Avropa hələ də Rusiya enerjisindən tam müstəqilliyə nail olmayıb"

Meriya ilə şirkət arasında icarə mübahisəsi

ABŞ Almaniyadan Rusiyaya qarşı sanksiyalara əməl etməyi gücləndirməyi tələb etdi

Bakıda “Təşəbbüslərin artırılması və fəaliyyətə təkan: COP29 Dayanıqlı Biznes Forumu” keçirilib

Nazirdən yeni təyinat (FOTO)

Nazirdən yeni təyinat (FOTO)

“Bakı Metropoliteni” 2 milyonluq təmirə başlayır

Aİ Ukraynadan Rusiyadan qaz tranzitini uzatmağı xahiş etməyəcək

TƏBİB-dən məşhur iş adamının şirkətinə 14 minlik sifariş

Zərgərlik sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

Prezidentdən Agentliyin fəaliyyəti ilə bağlı fərman

Bakıda bəzi ərazilərin elektrik enerjisi ilə təchizatında fasilələr olacaq

Ehtiyat hissələri satarkən aldatmayın, alarkən isə aldanmayın

Azərbaycanda qızıl sürətlə bahalanır – Son qiymətlər

Azərbaycan üçün Şengen vizasının rüsumu artırılır? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda maaşlar 100 manata qədər artdı

Yaylağa köç etmək istəyən fermerlər üçün qeydiyyat müddəti başa çatır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin