Türkiyə brendi Avropada “Beko” adı altında fəaliyyət göstərəcək
Türkiyənin ən böyük markalarından biri olan “Arçelik” artıq Avropada “Beko” adı ilə fəaliyyət göstərəcək.
Valyuta.az xarici mediaya istinadən xəbər verir ki, bu addımın atılmasındakı məqsəd onları bir ad altında birləşdirməkdir. “Arçelik” brendinin İctimaiyyəti Məlumatlandırma Platforması açıqlamasında bildirib ki, qloballaşma strategiyaları çərçivəsində Türkiyə daxil olmaqla bütün coğrafiyalarda “Arçelik A.Ş”-nin korporativ markası bundan sonra “Beko” olaraq istifadə ediləcək: “Beləliklə, əməkdaşlarımız və bütün dünyada əməliyyatların ortaq bir korporativ brendi olacaq. Onları bir dam altında birləşdirmək hədəflənir. Bu kontekstdə xarici törəmə şirkətlərimizin korporativ adları dəyişdirilərək “Beko” korporativ brendinə daxil edilir. Şirkətimiz Türkiyədə “Arçelik Pazarlama A.Ş” altında fəaliyyət göstərəcək və başda “Arçelik” olmaqla yerli dəyər yaradan bütün markaları (“Arçelik”, “Beko”, “Grundig”, “Altus”, “Leisure”) ilə bunu davam etdirəcək”.
Qeyd edək ki, “Beko” dünyanın 57 ölkəsindəki törəmə müəssisələri vasitəsilə 55.000 işçisi ilə fəaliyyət göstərir və 13 ölkədə (Türkiyə, İngiltərə, İtaliya, Rumıniya, Slovakiya, Polşa, Cənubi Afrika, Rusiya, Pakistan, Hindistan, Banqladeş, Tayland və Çin) 45 istehsal müəssisəsinə malikdir. “Beko”, dünya miqyasında sahib olduğu və ya məhdud marka istifadə hüquqlarına malik olduğu 22 məhsul markası ilə fəaliyyət göstərir.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay