Xəbər
06.04.2024 / 16:14
"Azəriqaz"a qarşı kütləvi məhkəmə iddiası
45815
"Azəriqaz" İstehsalat Birliyi kütləvi şəkildə məhkəməyə verilib.
Valyuta.az-ın məlumatına görə, "Azəriqaz" barəsində məhkəməyə Məmmədov Qabil Məmməd oğlu, Xəlilov Fazil Əvəz oğlu, Vəlibəyov Ağamurad Mayıl və Gözəlov Asif Hüseynalı oğlu müraciət edib.
İddiaçılar məhkəmədə "Azəriqaz" İB barəsində "Kommunal xərclərlə bağlı istehlakçıların hüquqlarının müdafiəsi" üzrə iddia qaldırıb.
Qabil Məmmədov və Asif Gözəlovun iddiaçı kimi çıxış etdiyi işə hakim Şəhriyar Əliyev, Fazil Xəlilovun iddiasına hakim Əminə Abbasova, Ağamurad Gözəlovun iddiasına hakim Aygün Həsənovanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, hər dörd işə ayrı-ayrılıqda Xətai Rayon Məhkəməsində baxılacaq.
Rəhim
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay