BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7813
  • RUB
    1.6139
  • TRY
    0.0491
  • GBP
    2.1373
45796

04 aprel 2021-ci il tarxi "Ganjavi Holding"in təsis günüdür. Holdinq Elşən Gəncəvi tərəfindən təsis olunub. Holdinqin təsisindən sonra Elşən Gəncəvi idarə heyətinin qərarı ilə holdinqin prezidenti təyin olunub.

Valyuta.az xəbər verir ki, müxtəlif sahələrdə peşəkar xidmətləri özündə birləşdirən "Ganjavi Holding” fəaliyyətində maliyyə və mühasibatlıq, analitik təhlil və strateji maliyyə planlanması, yeni biznesin qurulması və idarəolunması, alternativ təhsil və təlimlər üzrə, layihələrin hazırlanması, kuryer və poçt, eləcə də, hüquqi və inzibati xidmətlər, İT və ən səmərəli səyahət və səfərin təşkili xidmətlərini təqdim edir. Holdinq eləcə də informasiya sferası üzrə fəaliyyətini genişləndirmək üzrədir. Belə ki, iqtisadi, ictimai və sosial informasiyaların işıqlandırılmasına və analitik mövzulara yer verilir.

"Ganjavi Holding”in tərkibində "Najafsoy Group" şirkəti,"Ganjavi  Media", "Siyasi.az" informasiya portalı, "ELSHAN GANJAVI” şirkəti,  "PUBLIC” və "GƏNCƏVİ” jurnalları fəaliyyət göstərir.

Elşən Gəncəvi  "Ganjavi Holding”in prezidenti, "Najafsoy Group”un direktoru, "Oxu-magiya” kitabının müəllifi, "Ganjavi Media”nın və "Siyasi.az” xəbər portalının baş redaktoru, Demokratik İslahat Partiyasının redaksiya komissiyasının üzvü, "XÜSUSİ TƏYİNATILILARIN QAZİLƏRİ, ŞƏHİD AİLƏLƏRİ VƏ VETERANLARI" İctimai Birliyinin maliyyə meneceri, "PUBLIC AZERBAIJAN” Konsepsiyasının rəhbəri, "Public” və "Gəncəvi” jurnallarının təsisçisi və baş redaktoru, "ŞƏFQƏT” Kimsəsiz və Əlil Uşaqlara Yardım İctimai Birliyinin İctimai və Sosial Şuranın rəhbəridir. Müxtəlif media qurumlarında iqtisadi, ictimai və sosial mövzularda müəllif yazıları ilə çıxış edir.

"Ganjavi Holding"in prezidenti Elşən Gəncəvi təsis dönəmində qeyd etmişdi ki, təsis etdiyi holdinqə "Gəncəvi” adının verilməsində Nizami Gəncəvinin irsi dayanır. Qeyd edək ki, "Gənjavi Holding”  təsis olunan zaman, yəni 2021-ci ildə, ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərsəncamı ilə "Nizami Gəncəvi ili” elan  edilmişdi.

Elşən Gəncəvi Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsində bakalavr, Rumıniya – Timişoara Qərb Universitetinin "Siyasi Elmlər” fakültəsində magistr təhsilini alıb.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 9 fevral 2020-ci il tarixində keçirilən 6-cı çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizəd olub.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 1 noyabr 2015-ci il tarixində keçirilən 5-ci çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizəd olub.

Elşən Gəncəvi müxtəlif dövrlərdə bir çox yerli, beynəlxalq sertifikat və fəxri diplomlarla təltif olunub. İctimai xadim və iş adamı olaraq müxtəlif mükafatlara layiq görülüb. Tükiyənin İstanbul şəhərində "Altın Melek Ödülleri 2021” layihəsində "YILIN EN BAŞARILI İŞ ADAMI” və "Turkey Exclusive Awards 2022" layihəsində "AZERBAYCANIN BAŞARILI İŞ ADAMI" beynəlxalq nominasiyalar üzrə mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Xaricdən 3,5 manata alınan şabalıd marketlərdə 11 manatdan baha satılır - QİYMƏTLƏR, CƏDVƏL

Xaricdən 3,5 manata alınan şabalıd marketlərdə 11 manatdan baha satılır - QİYMƏTLƏR, CƏDVƏL

Şəkərli diabet xəstələrinin dərman təminatı niyə kəsilib?

Söküntü aparılan ərazilərdə KOMPENSASİYA NECƏ HESABLANMALIDIR?

Avro və rubl bahalaşdı, lirə ucuzlaşdı - Məzənnə

Varren Buffett: "Sərvətimi övladlarıma yox, insanlığa buraxıram" - SƏHƏR OXUSU

"Google"un reklam bazarındakı dominantlığına qarşı mübarizə davam edir

"Google"un reklam bazarındakı dominantlığına qarşı mübarizə davam edir

İstanbulda taksilərin rəngi dəyişir (FOTO)

"Uğurlu" MMC cərimələnə bilər

Rusiyada kriptovalyutalar üçün yeni qanun layihəsini təsdiqləndi

"Zafar Stone" ilə "Prefabrik" arasında nə baş verib?

Mərkəzi Bank şirkəti inzibati məsuliyyətə cəlb edib

"Heineken" Fars Körfəzi regionunda ilk pivə zavodunu tikəcək

"Mara Holdings" kriptovalyuta ehtiyatlarını 34,794 BTC-ə çatdırdı

Səhiyyə Nazirliyi "Auto Azərbaycan"dan 258 minlik avtomobil alır

"Ulu Göyçə" gömrük qaydalarını pozdu

"İlham-M" məhkəmə qarşısında

Trampın Avropa üçün tarifləri artırması ən çox Britaniyaya ziyan vuracaq

ABŞ-də səhv diaqnoz qoyan klinikaya 412 milyon dollar cəza

Gəncədə protez-ortez və ortopedik ayaqqabı sexi qurulacaq - 1,9 milyonluq layihə

"Coca-Cola Azərbaycan" bu şirkəti məhkəməyə verdi

Trampın siyasəti səbəbindən yuan rekord səviyyədə dəyərdən düşəcək - CNBC

Alış-veriş çılğınlığı: "Qara cümə" termini harada və necə yaranıb?

Strateji əhəmiyyətli malların Siyahısına dəyişiklik edildi

607 min manat vergi borcu olan şirkət "qara siyahı"ya salındı

Xaricə elektrik enerjisi satışından gəlirlərimiz 250 milyon dollardan çox azalıb - Rəqəmlər

Sabah bu ərazidə qaz olmayacaq

Azərbaycan xaricə 45 min manata kombayn satıb, 340 minə alıb

Xəzər dənizində zəlzələ olub

4 gündür qəza olub, ekspert qiymətləndirməyə gəlmir - “Atəşgah Sığorta”dan şikayət var

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin