BAKU Azərbaycan
9.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
45769

“Fitrə zəkatını ənənəvi formada və ya bank kartlarına köçürməklə çıxarmaq olar”.

Valyuta.az xəbər verir ki, bunu “Report”a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev Ramazan ayı münasibətilə çıxarılacaq fitrə zəkatının zamanı və miqdarını açıqlayarkən deyib.

Onun sözlərinə görə, fitrə zəkatı Ramazan bayramından öncəki axşam, bayram namazına qədər çıxarılmalıdır:

“Oruc tutan və ya tuta bilməyən hər kəs üçün fitrə zəkatı vacibdir. Adətən, ailənin başçısı ailəsinin üzvlərinin sayına uyğun hesablayaraq fitrə zəkatı çıxarmalıdır. Bu, ən çox yeyilən ərzaqdan – xüsusilə buğdadan hesablanır. Ərzağın özünü və ya onun dəyərini pul şəklində ehtiyacı olanlara vermək mümkündür.

Qafqaz Müsəlmanları İdarəsi tövsiyə edir ki, fitrə zəkatını pulla hesablayarkən adambaşına 10 manatdan götürmək məqsədəuyğundur. İmkanı olanlar bu məbləğdən daha çox hesablaya bilərlər. Maddi durumunu normallaşdırmış, borcları olmayan, ailəsini dolandıra bilən insanlar mütləq fitrə zəkatı çıxarmalıdır”.

F.Nurullayev bildirib ki, şəxsin fitrə zəkatını vermək istədiyi ailə uzaqda yaşayırsa, müxtəlif mobil imkanlardan istifadə edərək kömək göstərə bilər:

“Özü şəhərdə yaşayan, kömək etmək istədiyi kasıb ailə rayonda olan şəxslər orada yaşayan qohum-əqrəbasını, tanışını vəkil edə bilər. Yəni bank kartları vasitəsilə də fitrə zəkatını köçürmək mümkündür".

QMİ-nin sədr müavini vurğulayıb ki, bayram namazında iştirak etmək vacib deyil: "Bəzi məscidlərdə bayram namazı 8-də, bəzilərində 9-da başlayır. Bunu məscidin axund və imamları insanların istəyi ilə özləri tənzimləyə bilərlər. Aprelin 10-u Ramazan bayramıdır. Buna görə də bütün dünya müsəlmanlarını təbrik edir, cansağlığı arzulayırıq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir” – Terapevt

Saxta pullarla insanları aldatma halları artır (VİDEO)

Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib?

Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

Siyasətlə başlayıb, data alimi oldu

Siyasətlə başlayıb, data alimi oldu

2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək

Yeni kənd və qəsəbələrin təməli qoyuludu, məscidin açılışı oldu (YENİLƏNİB)

Azərbaycanda problemli kreditləri azaldan səbəb

Hərbi Hava Qüvvələrinin yeni komandanı kimdir? - DOSYE

Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb

Azərbaycanlı gənc biznesmen Rusiyada qəfil vəfat etdi (FOTO)

Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"

Abşeron və Qaradağda tikilməkdə olan ev və obyektlər söküldü (VİDEO)

Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ

Qaxa dolu düşdü, yağış suları həyətlərə doldu (FOTOLAR)

Sabah hava necə olacaq?

Taleh Kazımov: Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Slovakiya Azərbaycanın COP29 ilə əlaqədar tədbirlərini dəstəkləməyə hazırdır

DİN xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq etdi

"Aqroservis"in sədri Qazaxda vətəndaşları qəbul edəcək

Universitetlərə attestatla qəbul olacaq? - DİM sədri

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır (VİDEO)

Üç ayda 3 min ton çay istehsal olunub

“Samsung”un “Apple”a mükəmməl cavabı çox gecikmədi - VİDEO

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin