"Sahil Trading"ə protokol tərtib edildi
"Sahil Trading" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Hava, Dəniz, Çay, Avtomobil, Dəmir Yolu Nəqliyyatinda Və Metropolitendə olan qaydalar əleyhinə inzibati xəta protokolu tərtib edilib.
Valyuta.az-ın məlumatına görə, bu protokol İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə iddası ilə irəli sürülüb. Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinə görə, sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. İş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahovun icraatındadır.
Qeyd edək ki,«SAHİL TRADİNG» şirkəti 2016-cı ildən fəaliyyətə başlayıb. Azərbaycanda qida və qeyri-qida məhsullarının satışını həyata keçirir. Şirkətin qanuni təmsilçisi İbrahimov Vüqar Abbas oğludur.
Sadiq İsbəndərli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay