BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8505
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0528
  • 1 İngiltərə funt sterlinqi
    2.1569
45572

Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan orqanların rəhbərləri, Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan orqanların rəhbərlərinin müavinləri, Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin şöbə müdiri və şöbə müdirinin müavini və yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, onun müavini vəzifələrinin tutulması üçün dövlət qulluğu vəzifələri üzrə test imtahanı keçiriləcək.

Valyuta.az-ın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”na dəyişiklik edib.

Test imtahanından müəyyən edilmiş keçid balını toplayan şəxsə Dövlət İmtahan Mərkəzi tərəfindən inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq dövlət qulluğunun inzibati vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən Dövlət Qulluğu Sertifikatə verilməsi üçün “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”na da dəyişiklik edilib.

Eyni zamanda Nazirlər Kabineti “1-5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtləri”ndə dəyişiklik edərək həmin vəzifələri tutmaq istəyən namizədlərə dair tələbləri də təsdiqləyib:

- Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan orqanların rəhbərləri

Təhsilə dair tələblər: müvafiq ali təhsil;

İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq

dövlət qulluğunda 4 il qulluq stajı və yaxud 6 il iş stajı;

Bilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”, “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” qanunlarını, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları, idarəetmə, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı nəzəri və praktiki bilikləri;

- şöbə müdiri və onun müavini

- Təhsilə dair tələblər: müvafiq ali təhsil;

İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq dövlət qulluğunda 3 il qulluq stajı və yaxud 4 il iş stajı;

- Bakı Şəhər İcra Hakimiyyətinin başçısının yanında olan orqanların rəhbərlərinin müavinləri

Təhsilə dair tələblər: müvafiq ali təhsil;

İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq dövlət qulluğunda 3 il qulluq stajı və yaxud 4 il iş stajı;

Bilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”, “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” qanunlarını, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları, idarəetmə, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı nəzəri və praktiki bilikləri;

- yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, onun müavini

- Təhsilə dair tələblər: müvafiq ali təhsil;

İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 2 il iş stajı;

Bilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”, “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” qanunlarını, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları, idarəetmə, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı nəzəri və praktiki bilikləri;

- dövlət orqanı rəhbərinin köməkçisi

Təhsilə dair tələblər: ali təhsil;

İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 2 il iş stajı;

Bilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”, “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” qanunlarını, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları, idarəetmə, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı nəzəri və praktiki bilikləri.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Anomal havalar aqrar sahəyə ciddi ziyan vurur" - Ekspert

Tikinti şirkəti sakinləri zorla evlərindən çıxarmaq istəyir? - Nəsimi rayonunda qalmaqal

Keçmiş əməkdaşı Dövlət Məşğulluq Agentliyini məhkəməyə verdi

"XƏMƏCOĞLU AGRO" cərimələnə bilər

"Microsoft" köhnə kompüterlərdə "Edge" vasitəsilə internetə çıxışı qadağan edəcək

“Hökumət evi”ndə 1 milyonluq təmir

Rusiyada qalan Avropa bankları mənfəətlərini üç dəfə artırıblar - Bloomberg

Dövlət qurumu ilə MTK üz-üzə

Alimlər günəş enerjisindən istifadə edərək 1000 °C-dən yuxarı temperatur əldə etdi

"Molokan" bağının ətrafı niyə "hasarlanıb"? - BŞİH açıqladı

"Kral Təbabət" əhalinin sağlamlıq hüququnu pozur

Ukrayna işığa həsrət qala bilər - YASNO çox çətin dövrün nə vaxt başlayacağını bildirdi

Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi

Nazir baş həkimi işdən çıxdı - Yeni təyinat

“Qafqaz Auto” məhkəmə qarşısında

Özəl xəstəxanalara nəzarət mexanizmi - Yeni qurum hansı işləri görəcək? (ŞƏRH)

Estoniya Rusiya aktivlərinin Kiyevə verilməsi haqqında qanun qəbul etdi

Bakının darboğazlarında hərəkətin yenidən təşkili üzrə layihələrin icrasına başlanılıb

Qarabağ Universitetinə mətbuat katibi axtarılır

Fidan Tofidi departament rəhbəri təyin edildi

Fidan Tofidi departament rəhbəri təyin edildi

Bolqarıstan "Qazprom"dan 400 milyon avro tələb edir

Nazirlikdən yarım milyonluq nəqliyyat sövdələşməsi

Qusarda ağacların kəsilməsinə görə bələdiyyə sədri həbs edildi

Sevdiyimiz, yoxsa gəlirli peşəni seçək?

Sabah güclü külək olacaq - SARI XƏBƏRDARLIQ

Ölkəyə gətirilən hibrid avtomobillərin qiyməti kəskin bahalaşıb

AK "Instagram" və "Facebook"la bağlı araşdırmaya başladı

Prezidentlər "Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri ilə tanış oldu

Sumqayıtda mənzil qiymətləri niyə bahalaşır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin