Avropada dəyəri ən çox artan və azalan klublar müəyyənləşdi
Avropa futbolunda 2023/24 mövsümündə dəyəri ən çox artan və azalan klubların siyahısı açıqlanıb.
Valyuta.az xəbər verir ki, məşhur "transfermarkt" portalı ən çox dəyər itirən və artıran klubların qiymətlərini müəyyənləşdirib. Dəyəri azalan klubların siyahısına İngiltərə təmsilçisi "Mançester Yunayted" başçılıq edir. Hazırda heyətinin bazar dəyəri 734 milyon avro olan Mançester təmsilçisi 148 milyon avro itkiyə məruz qalıb. Bu siyahıda 65 milyonluq dəyər itkisi ilə "Napoli" ikinci yerdədir. A Seriyası təmsilçisinin hazırkı heyətinin bazar dəyəri 513 milyon avrodur. Dəyər itirənlər siyahısında ilk "üçlüy"ü digər A Seriyası təmsilçisi "Latsio" qapayır. Büdcəsi 57 milyon avro azalan Roma klubunun heyətinin üzvlərinin ümumi qiyməti 228 milyon avrodur.
Dəyəri artan klublar siyahısına isə Bundesliqa təmsilçisi "Ştutqart" başçılıq edir. 161 milyonluq artıma nail olan alman klubunun heyətinin hazırkı bazar dəyəri 278 milyona çatıb. Avropa Liqasının həm qrup, həm də 1/8 final mərhələsində "Qarabağ"a rəqib olan və hazırda Bundesliqada fırtına kimi əsən "Bayer"in büdcəsi 149 milyon avro artıb. hazırda "Bayer"in heyətinin bazar qiyməti 595 milyon avrodur. Bu baxımdan üçüncü pilləyə qədər yüksələn klub isə Niderland PSV-sidir. Hazırda futbolçularının ümumi bazar dəyəri 319 milyon avroya çatan Eyndhoven təmsilçisi büdcəsinə 132 milyon əlavə edib.
Bazar dəyəri artan və azalan klubların siyahısı isə aşağıdakı kimidir.
Bazar dəyəri artan klublar
"Ştutqart" (Almaniya) - 278 milyon avro (+161 milyon avro)
"Bayer" (Almaniya) - 595 milyon avro (+149 milyon avro)
PSV (Niderland) - 319 milyon avro (+132 milyon avro)
"Brayton" (İngiltərə) - 505 milyon avro (+129 milyon avro)
"Jirona" (İspaniya) - 247 milyon avro (121 milyon avro)
"Feyenoord" (Niderland) - 313 milyon avro (+108 milyon avro)
"İnter" (İtaliya) - 622 milyon avro (+99 milyon avro)
"Bolonya" (İtaliya) - 255 milyon avro (+95 milyon avro)
"Liverpul" (İngiltərə) - 921 milyon avro (+94 milyon avro)
"Leypsiq" (Almaniya) - 497 milyon avro (+94 milyon avro)
“Mançester Siti” (İngiltərə) - 1,27 milyard avro (+89 milyon avro)
“Tottenhem” (İngiltərə) - 777 milyon avro (+88 milyon avro)
“Sportinq” (Portuqaliya) - 329 milyon avro (+87 milyon avro)
“Real Sosyedad” (İspaniya) - 481 milyon avro (+83 milyon avro)
“Kristal Pelas” (İngiltərə) - 405 milyon avro (+71 milyon avro)
“Ayntraxt” (Almaniya) - 241 milyon avro (+71 milyon avro)
“Valensiya” (İspaniya) - 216 milyon avro (+69 milyon avro)
“Brentford” (İngiltərə) - 426 milyon avro (+61 milyon avro)
“Atletik” (İspaniya) - 262 milyon avro (+59 milyon avro)
“Yuventus” (İtaliya) - 490 milyon avro (+57 milyon avro)
Bazar dəyəri azalan klublar
“Mançester Yunayted” (İngiltərə) - 734 milyon avro (-148 milyon avro)
“Napoli” (İtaliya) - 513 milyon avro (-65 miyon avro)
“Latsio” (İtaliya) - 228 milyon avro (-57 milyon avro)
“Qalatasaray” (Türkiyə) - 193 milyon avro (-52 milyon avro)
“Yunion Berlin” (Almaniya) - 145 milyon avro (-48 milyon avro)
“Southempton” (İngiltərə) - 189 milyon avro (-44,9 milyon avro)
“Lester” (İngiltərə) - 211 milyon avro (-41 milyon avro)
“Marsel” (Fransa) - 231 milyon avro (-26 milyon avro)
“Nottingem Forest” (İngiltərə) - 370 milyon avro (-26 milyon avro)
PSJ (Fransa) - 1.02 milyard avro (-25 milyon avro)
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay