BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
45001

Çin İnkişaf Forumunda iştirak etmək üçün Pekində olan bir neçə ABŞ şirkətinin rəhbərləri çərşənbə günü Çinin ali lideri ilə görüşə dəvət olunublar. 

Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.

Məlumatlı mənbələrin bildirdiyinə görə, yazılı dəvətlərdə onun adı göstərilməsə də, söhbət Çin prezidenti Si Tszinpinlə mümkün görüşdən gedir.

Potensial iştirakçılar arasında "Pfizer" baş direktoru Albert Bourla, "FedEx"dan Raj Subramaniam və "Amway"ın baş direktoru Milind Pant var. Bəzi rəhbər işçilər Çində qalma müddətini uzatmaq məcburiyyətində qalıblar.

Görüş Pekinin birbaşa xarici investisiyaların 2022-ci ildə 30 ilin ən aşağı səviyyəsinə düşdüyü üçün xarici investorların inamını artırmaq səylərinin bir hissəsi kimi qəbul edilir. ABŞ ilə siyasi gərginlik, pandemiya məhdudiyyətləri və məlumat təhlükəsizliyinə nəzarətin gücləndirilməsi səbəbindən əhval-ruhiyyə pisləşib.

Bununla belə, keçən həftə Çin xarici bizneslərin şikayətlərinə cavab olaraq görülən transsərhəd məlumat axını ilə bağlı qaydaları yüngülləşdirib.

Dəvət olunmuş rəhbərlərdən biri bu görüşü APEC-in noyabr ayında San-Fransiskoda keçirilən sammitində başlanmış dialoqun davamı kimi qiymətləndirir. Burada Çin rəhbəri top-menecerlərlə, o cümlədən "Apple"ın baş direktoru Tim Kukla şam yeməyində iştirak edib.

"Çin hökuməti Çin və ABŞ-ın biznes ictimaiyyətini və digər sektorlarını dostluq mübadiləsi və əməkdaşlığa həvəsləndirir və dəstəkləyir", deyə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian çərşənbə axşamı keçirdiyi brifinqdə bildirib.

Paşa Məmmədli
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı

Azərbaycanda məşhur şairin şirkətinin milyonlarla borcu var

Azərbaycanda məşhur şairin şirkətinin milyonlarla borcu var

10 min dollar mayası olan MMC ləğv olunur

Rusiyanın Avropaya ixracında rublun payı tarixi maksimuma yüksəldi

Füzuli və Ağdamın 28 kəndində vətəndaşlara müavinətin ödənilməsi niyə dayandırılıb? - AÇIQLAMA

Qiymətlər bahalaşır - Ənənəvi taksilər geri qayıdır?

Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub

Nazir idarə rəisini işdən çıxardı, yüksək vəzifə verdi (FOTO)

Dəniz mənzərəli 6 restoranda səhər yeməyi qiymətləri

Dəniz mənzərəli 6 restoranda səhər yeməyi qiymətləri

İnvestisiya Holdinqinin 186 minlik komandaqurma tədbirləri

Cavanşir körpüsü söküləcək - RƏSMİ

IFC Azərbaycandakı strateji prioritetlərini açıqlayıb

Azərbaycanın kənd təsərrüfatında karbon emissiyasını azaltmaq üçün tələb olunan investisiyaların həcmi açıqlanıb

Naxçıvanda sahibkarlara verilən kreditlərin həcmi 3 dəfəyə yaxın artıb

Ağdamın bu kəndi yenidən qurulacaq

Prezidentlər Cıdır düzündə olub (YENİLƏNİB)

Putin Çin investorlarına üstünlüklər və texnoloji bazaya çıxış vəd etdi

Komitə "çörəkpulu"nun kəsilməsi məsələsinə aydınlıq gətirdi

Qarabağ Universiteti nəzdində kollec yaradıla bilər

Bu il Qarabağ və Şərqi Zəngəzura 1,2 mlrd. manat investisiya yatırılıb

İxtisas seçməmişdən əvvəl mütləq layihə idarə edilməsi ilə tanış olun

3 şirkət "PMD Group" MMC-yə qoşulub

"GreenAgroHack" startap müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

Ödənişli yola nə üçün hibrid giriş yoxdur? - AÇIQLAMA

Nazir Abid Şərifovun kürəkənini təqaüdə göndərdi

Sabahın hava proqnozu

Universitetlərin köçürülməsi gündəmdədir? - AÇIQLAMA

14 təhsil müəssisəsində ibtidai sinif müəllimliyi ixtisası akkreditasiyası həyata keçirilir

Kiyevdə elektrik enerjisi sutkada cəmi 4 saat veriləcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin