\"Bu gün Azərbaycanda kifayət qədər yumurta istehsalı var\"
Bu gün Azərbaycanda kifayət qədər yumurta istehsalı var.
Bunu Valyuta.az-a açıqlamasında “Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Asossasiyası” İctimai Birliyinin sədri Mürvət Həsənov deyib. O, bu Novruz bayramında yumurtanın qiymətinin qalxmadığını bildirib:
“Əksinə qiymətlər ucuzlaşdı. Hazırda 6 milyon yarıma qədər gündəlik yumurta istehsalı var. Bizim tələbatımız isə 4 milyondur. Yerdə qalan yumurtalar isə ixrac olunur. İlin iki ayı ərzində 60 milyona yaxın artıq yumurta ixrac olunub. Ölkə anbarlarında bu gün artıqlaması ilə yumurta var”.
Mürvət Həsənov qeyd edib ki, yumurtanın qiymətinin qalxmamasının birinci səbəbi təklifin çox olmasıdır:
“Yemin qiyməti qalxmayıbsa yumurtanın da qiyməti qalxmayacaq. Biz assosiasiya olaraq çalışırıq ki, bayram günlərində qiymətlər ensin”.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay