"Karantin müddətinin uzadılmasının iqtisadiyyata böyük ziyan vurur"
“Karantin müddətinin uzadılmasının iqtisadiyyata böyük ziyan vurur. Bəzi sektorlar bundan əziyyət çəksə də, bəzi sektorlar isə bundan faydalanır”.
Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib. Onun sözlərinə görə, karantin müddətinin uzadılmasının ən böyük təsiri əhaliyə dəyir:
“Sərhədyanı ticarət anlayışı aradan qalxıb. Cənub rayonlar İranla sərhəddir. Nə qədər ki, sərhəd açıq idi əhali rahat şəkildə oradan istədiyini alıb, Bakıda satırdı. İkincisi, ciddi sürətdə vətəndaşların səyahət xərci artıb, vaxt itkisi çoxalıb. İnsanlar keflərindən gəzmir ki, əksəriyyəti həkimə gedir, məcburi səyahət məsələsi də var”.
Ekspert hesab edir ki, quru səhədlərin bağlı olması turizmə ciddi təsir göstərir:
“Qarşıdan Novruz bayramı gəlir. Həmişə bu bayramda İrandan gələn turistlərin sayında artım olurdu. Artıq bir neçə ildir ki, onlar Bakıda görünmür. Azərbaycan iqtisadiyyatı üçün ən vacib sahə olan turizm bundan ciddi ziyan çəkir”.
Qeyd edək ki, Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 1 iyul saat 06:00-dək uzadılıb.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay