BAKU Azərbaycan
27.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8199
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0524
  • 1 İngiltərə funt sterlinqi
    2.1327
44039

Britaniyanın “Polymetal” İnternational şirkəti nəhayət ki, Polymetal ASC-nin səhmlərinin 100%-ni Sergey Yançukovun Mangazeya qrupunun strukturuna satmaq üzrə sövdələşməni bağlayıb. Ümumi əməliyyat məbləği 3,7 milyard dollar təşkil edib ki, bunun da “Polymetal” 300 milyon dollarını vergilərdən sonra nağd şəkildə alacaq. 

Valyuta.az xəbər verir ki, bunu “Polymetal” saytında yerləşdirilən məlumat sübut edir.

Şirkətin rəhbəri Vitali Nesisin sözlərinə görə, Rusiya aktivlərinin satışı xarici borcun 2,2 milyard dollar azaldılmasına və 1,04 milyard dollarlıq qrupdaxili borcun tam ödənilməsinə imkan verib. Sövdələşmə bağlandıqdan sonra “Polymetal”ın xalis nağd vəziyyəti təxminən 130 milyon dollar təşkil edir.

“Biz şadıq ki, səhmdarlar Rusiyadan çıxışı dəstəklədilər. Müqavilənin bağlanması ilə əsas risklər bərabərləşdi və indi rəhbərlik may ayında yeni strategiya təqdim edəcək”, - Nesis bildirib.

“Polymetal”ın alınması son illərdə Rusiya mədən sənayesində ən böyük M&A əməliyyatı olub. Səhmdar cəmiyyət  Rusiya Federasiyasındakı bütün “Polymetal” istehsal aktivlərinə - Maqadan, Sverdlovsk vilayəti, Xabarovsk diyarı, Yakutiya və Çukotkadakı müəssisələrə  nəzarət edib.

Rusiyadan ayrıldıqdan sonra “Polymetal” Qazaxıstandakı Qızıl və Varvarinskoye mədənlərini , həmçinin İrtış MMC-nin inkişaf layihəsini əlində saxlayıb. Ən böyük səhmdarlar Omanın Mercury Investments (23,9%) və BlackRock (7,5%) şirkətləridir.

Əslində, sövdələşmə Britaniya şirkətinin səhmdarlarının martın 7-də təsdiqindən sonra bağlanıb.

Qeyd edək ki, fevralın ortalarında Vladimir Putin fərmanla “Polymetal” səhmləri ilə sövdələşməyə icazə verib.

Nicat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Eurovision”un təhlükəsizliyi dronlarla qorunacaq

Baş Prokurorluq bu qurumda əməliyyat keçirdi, saxlanılanlar var

Baş Prokurorluq bu qurumda əməliyyat keçirdi, saxlanılanlar var

“E-Şikayət” sistemində karqo üzrə şikayətlərə baxılacaq

Havanı çirkləndirən şadlıq saraylarının siyahısı

Külək güclənəcək, çaylardan sel keçəcək

50 min manata 50 min faiz – Azərbaycanda bank soyğunçuluğu

Azərbaycanda ilk dəfə saç boyalarının istehsalına başlanılıb

“Tesla” səhmləri 13% bahalaşıb

Sabah 31 dərəcə isti olacaq

Bakıda ucuz avtomobillər satışa çıxarılacaq - Siyahı

Azərbaycanda dörd ayda valyuta hərraclarında 2.4 mlrd. dollar satılıb

Ölkəmizdəki iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı azalıb

Nazirliyin vəzifəli şəxslərinin mayda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki

Bütün iPhone 16 smartfonlarının xarici görünüşləri bir fotoda sərgilənib - Foto

“Turbo.az”, “tap.az” və “bina.az”ın sahibi bir gündə 174 milyon dollar zərər etdi

Bu evlərə “kupça” veriləcək

Bu evlərə “kupça” veriləcək

1,7 milyondan çox aksiz markasız tütün məmulatı aşkar edilib - Fotolar

Mayın 1-dən katalizatorsuz avtomobillər cərimə olunacaq? - RƏSMİ AÇIQLAMA

Kiçik biznesinizi böyütmək üçün 8 üsul

Səhiyyə Nazirliyində yeni təyinat

Sex qızıllarını İtaliya və Türkiyə məmulatı adı ilə satırmışlar - Moskva Univermağında əməliyyat

Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq

Beynəlxalq valyuta birjalarında durum necədir?

Sahibkarlığın İnkişafı Fondunun mənfəəti 19% azalıb

AMEA-da doktorantura və dissertanturaya ayrılan yerlərin sayı açıqlanıb

Ötən ay 3,6 min nəfərdən çox şəxsə pensiya təyinatı aparılıb

Fərid Osmanov: AMB “Sandbox” xüsusi tənzimləmə rejiminin tətbiqinə başlayır

Naxçıvanda ÜDM istehsalı 3% artıb

Azərbaycanlı iş adamı yeni şirkətlər yaradır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin