BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8497
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1603
43962

ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Cerom Pauel bildirib ki, Amerika iqtisadiyyatı ilə bağlı proqnozlar özünü doğrultduğu təqdirdə, 2024-cü ildən baza faiz dərəcəsini “ehtiyatla” azaltmaq niyyətindədir.

ABŞ Senatının Bank Komitəsində keçirilən dinləmədə o qeyd edib ki, artıq daha da güclü iqtisadi artım, sabit əmək bazarı və inflyasiyanın azaldılmasında davamlı irəliləyiş müşahidə edilir. 

Əgər iqtisadiyyat bu yolda inkişafa davam edərsə, biz inanırıq ki, daralma siyasətinin yumşaldılması prosesi bu il ərzində ehtiyatla başlaya bilər", - Pauell cavab verib.

Xatırladaq ki, cari ilin yanvarın 31-də Pauell FED-in mart ayında keçiriləcək növbəti iclasında faiz dərəcələrini azaltmağa qərar vermə ehtimalının az olduğunu deyib. Eyni zamanda o, ABŞ-ın bu ilin sonunda baza faiz dərəcəsini endirməyə başlaya biləcəyini də vurğulamışdı. 

Qeyd edək ki, FED yanvarın sonunda baza dərəcəsini 5,25-5,5 faiz səviyyəsində saxlayıb. Görəsən, FED uçot dərəcəsini azaldarsa, bu manata necə təsir edəcək?

Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, FED-in uçot dərəcəsini aşağı salması və yaxud qaldırmasının manatın məzənnəsinə birbaşa şəkildə heç bir təsiri yoxdur:

“FED-in faizləri azaltması dünyada dolları ucuzlaşdıracaq. Bu Amerikanın strategiyasına uyğundur. Çünki ucuz dollar ABŞ-a daha çox ixrac etməyə imkan verir. Uçot dərəcəsi indi tarixi maksimum səviyyədədir. Bu da Amerika iqtisadiyyatında kreditləşməni bahalaşdırdığından müəyyən durğunluq yaradır. 

Uçot dərəcəsinin aşağı salınmasının birbaşa manata heç bir təsiri yoxdur. Çünki Azərbaycanda manat inzibati qaydada tənzimlənir. Uçot dərəcəsi artanda da onun manata təsiri olmadı. FED-in uçot dərəcəsi 0-0,25 faiz dərəcəsində olan vaxtı manat indiki məzənnə ilə 1,70 manat idi. 

İndi uçot dərəcəsi 5,5 faiz dərəcəsindədir, amma manatın məzənnəsi yenə də 1,70 səviyyəsindədir. Yəni FED-in qərarlarının manata birbaşa təsiri olmur. Manatın gələcəyi və məzənnəsinə təsir edən yeganə meyar neft qiymətləri və Mərkəzi Bankın inzibati tənzimləmə mexanizmidir. 

Manatın gələcəyilə bağlı hər hansı bir qərar veriləcəksə, bu yalnız neftin qiyməti və Mərkəzi Bankın strategiyasına uyğun olaraq veriləcək”.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Pərakəndə satış təşkil edən sahibkar kassa aparatı quraşdırmalıdırmı?

Gümüş istehsalında 20 faizlik azalma – Rəqəmlər

Xamis Seyranova vəzifə verildi

Bizneslərdə marketinqin cavab verməli olduğu 3 sual

İşinizi tərk etməli olduğunuzu göstərən 10 əlamət

Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb

Bakıdakı universitetləri hansı şəhərlərə köçürmək olar?

Müsahibəyə getdiyimiz şirkəti necə araşdırmalıyıq?

“Xaqani” bağı belə olacaq (FOTO)

Birinci vitse-prezident seçkilərə qədər İran Prezidentinin səlahiyyətlərini icra edəcək

Mərkəzi Bankda yeni təyinat

Mərkəzi Bankda yeni təyinat

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Bakının iki qəsəbəsində qaz olmayacaq

Tehran Fond Birjası İbrahim Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırıb

"Azerspace-1" peykinin sığortası bu şirkətə həvalə edilir - 1,5 milyon manat ödəniləcək

Çin uçan avtomobilin satış tarixini AÇIQLADI

Avro bahalaşdı - Məzənnə

Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR

Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident və helikopterin bütün sərnişinləri həlak olub

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin