BAKU Azərbaycan
9.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
43848

Bir çox biznesdə uğurlu olan şəxslər uşaqlıqdan bu sahəyə maraqlarının olduğunu, pul xərcləmək, qazanmağın hələ kiçik vaxtlarından bildiklərini deyirlər. Bəzi biznes adamları kiçik yaşlarında xırda şeylər sataraq öz xərclərini qarşıladıqlarını, pul yığaraq nələrsə aldıqlarını bildirirlər. Uşaq vaxtlardan bu bacarıqların olması gələcəkdə həmin uşağın daha uğurlu ola biləcəyi ehtimalını daha da artırır. Ümumiyyətlə, uşqalarda biznes təfəkkürünü necə formalaşdırmaq və onu necə inkişaf etdirmək lazımdır ki, gələcəkdə uğurlu biznes adamı ola bilsin?

Bu barədə Valyuta.az-a danışan biznes konsultant Solmaz Yaqubova bildirib ki, uşaqlar birinci növbədə valideynlərinin davranışlarını kopyaladıqları üçün valideynlər uşaqların yanında pul xərcləyərkən, digər insanlarla ünsiyyət qurarkən, söhbət edərkən diqqətli olmalıdırlar:

“Uşaqlarda biznes təfəkkürünü formalaşdırmaq ilk olaraq pulun düzgün idarəsindən başlayır. Uşaqlar pul qazanmasa belə, onlara nəyisə əldə etmək üçün müəyyən şərtlər qoymaq, pul qazanmağın və xərcləməyin yollarını izah etmək olar. Bunlardan öncə uşaqlarda yaradıcılıq, dizayn və problem həlletmə bacarığını inkişaf etdirmək lazımdır. Bunun üçün də uşaqların körpə vaxtlarından oynadıqları oyuncaqları belə düzgün seçmək lazımdır”.

S.Yaqubova deyir ki, biznes təfəkkür formalaşaması üçün uşaqlara lazım olan ən vacib nüanslardan biri ideya və yaradıcılıqdır: “Valideynlər hər zaman uşaqların yaradıcı olması üçün yatırım etməyə çalışmalıdırlar. Uşaqlar hansı problem yaradan zaman onu həll etməkdən çox həlletmə yollarını öyrətmək lazımdır. Uşaqlarda problem həlletmə bacarığı onlara özgüvən verir. Gələcəkdə biznes həyatında özünü yaxşı ifadə edə bilməsi və özünü yaxşı sata bilməsi baxımından ona hər zaman özgüvən lazım olacaq. Uşaq vaxtından bunları aşılamaq vacibdir, çünki, böyüdükdən sonra özgüvən formalaşdırmaq çox çətin olur”. 

Konsultant uşaqlara qənaət etməyi öyrətməyin əhəmiyyətindən də danışıb:

“Uşaqlara verilən kiçik məbləğdə olan pullarda da qənaət etməyi öyrətmək lazımdır. Məsələn, məktəbə gedən uşaqlar nə isə istəyən zaman (velospied, telefon və s.) bunu həmin an almaq yox da, xərcləmək üçün verilən puldan qənat edərək almağı öyərtmək olar. Yəni uşağa izah etmək lazımdır ki, velosipedi almaq üçün nə qədər qənaət etməlisən ki, ona nail ola biləsən. Uşağa öz pulunu idarə etməyi və qənaət etməyi öyrətmək çox vacibdir”.

“Uşaqlara kiçik vaxtlardan pulun idarə edilməsi, İT sektoru haqqında müəyyən sahələri öyrətmək olar. Uşaqlara gələcəkdə biznes quran zaman lazım olan ilkin bacarıqları körpə vaxtlarından öyrədə bilərsiniz. Valideynlərin biznesi varsa, uşağı oraya apararaq onda maraq və sevgi yarada bilər. Uşağı ciddiyə almaq, onlarla müzakirə etmək daha faydalı olacaq. Valideynlər uşaqlar xəyal quran zaman onların qarşısını almaq yox, dəstək olmaq, xəyal gücünün inkişaf etməsi üçün çalışmalıdırlar. Çünki, hazırda həyatımızda olan reallıqlar nə zamansa bir insanın xəyalı idi. Uşaqlara qadağalar qoymaq yox, qoyulan qadağaların səbəbini izah etmək daha faydalı olur”. 

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir” – Terapevt

Saxta pullarla insanları aldatma halları artır (VİDEO)

Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib?

Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

Siyasətlə başlayıb, data alimi oldu

Siyasətlə başlayıb, data alimi oldu

2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək

Yeni kənd və qəsəbələrin təməli qoyuludu, məscidin açılışı oldu (YENİLƏNİB)

Azərbaycanda problemli kreditləri azaldan səbəb

Hərbi Hava Qüvvələrinin yeni komandanı kimdir? - DOSYE

Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb

Azərbaycanlı gənc biznesmen Rusiyada qəfil vəfat etdi (FOTO)

Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"

Abşeron və Qaradağda tikilməkdə olan ev və obyektlər söküldü (VİDEO)

Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ

Qaxa dolu düşdü, yağış suları həyətlərə doldu (FOTOLAR)

Sabah hava necə olacaq?

Taleh Kazımov: Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Slovakiya Azərbaycanın COP29 ilə əlaqədar tədbirlərini dəstəkləməyə hazırdır

DİN xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq etdi

"Aqroservis"in sədri Qazaxda vətəndaşları qəbul edəcək

Universitetlərə attestatla qəbul olacaq? - DİM sədri

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır (VİDEO)

Üç ayda 3 min ton çay istehsal olunub

“Samsung”un “Apple”a mükəmməl cavabı çox gecikmədi - VİDEO

Çində turistlərin kosmosa uçuşlarının başlama tarixi məlum oldu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin