BAKU Azərbaycan
29.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
43804

Qlobal iqtisadiyyatın daim inkişaf etməsi fonunda bazar kapitalına görə ən böyük şirkətlər investorların, bazar həvəskarlarının və hətta təsadüfi müşahidəçilərin maraq dairəsinə çevrilib. Valyuta.az 2024-cü il hesablamalarına əsasən kapitalına görə ən böyük 10 şirkətin siyahısı təqdim edir.

1. “Microsoft” - $3.085 trilyon
Baş ofisi Vaşinqton ştatının Redmond şəhərində yerləşən ABŞ transmilli texnologiya korporasiyasıdır. Əsası 1975-ci ildə qoyulub.

2. “Apple” - $2.889 trilyon
Mərkəzi ofisi Kupertinoda yerləşən Amerikan çoxmillətli texnologiya şirkəti olan “Apple” 1 aprel 1976-cı ildə Stiv Voznyak, Stiv Cobs və Ronald Ueyn tərəfindən “Apple Computer Company” olaraq təsis edilib.

3. “Saudi Aramco” - $1.997 trilyon  
Səudiyyə Ərəbistanının milli neft şirkəti olan “Saudi Aramco” hasilat və ehtiyatlarının həcminə görə dünyanın ən böyük neft şirkətidir. Şirkətin baş qərargahı Dahran şəhərində yerləşir.

4. “Alphabet” (Google) - $1.841 trilyon
Baş ofisi Mauntin-Vyuda yerləşən Amerikan çoxmillətli texnologiya konqlomeratı olan “Alphabet” 2 oktyabr 2015-ci ildə "Google"un yenidən təşkil olunması yolu ilə yaradılıb və "Google"un və bir neçə keçmiş "Google" törəmə şirkətinin ana şirkəti olub. O, "Amazon", "Apple", "Meta" və "Microsoft" ilə yanaşı, Amerikanın böyük beş informasiya texnologiyası şirkətlərindən biri hesab olunur.

5. “Amazon” - $1.790 trilyon

İlk və ən böyük onlayn satış saytı olan “Amazon” adını “Amazon” çayından götürüb. Ceff Bezos onlayn satış şirkətinin adını əlifba sırası üzrə siyahıda önə çıxması üçün “Amazon” qoyub. Ceff Bezos tərəfindən 1994-cü ildə Amerikanın Sietl şəhərində qurulan şirkət işə ilk öncə kitab sataraq başlayıb. Hazırda isə Amazon.com-da DVD, musiqi albomu, kompüter proqramı, kompüter oyunu, elektron əşya, mebel kimi fərqli məhsullar satılır.

6. “Nvidia” - $1.784 trilyon
“Nvidia” kompüterlər və oyun kosnolları üçün qrafik kartlar istehsal edən Kaliforniya şirkətidir. GeForce və NForce ilə başlayan yarımkeçirici bazarındakı uğurları daha sonra Playstation 3 və Xbox oyun konsolları üçün də ekran kartı istehsal etməklə davam edib. Şirkət 1993-cü ildə təsis edilib.

7. “Meta Platforms” - $1.195 trilyon
Kaliforniyada yerləşən Amerika çoxmillətli texnoloji konqlomerat holdinq şirkətidir. Şirkətin məhsullarına “Facebook”, “Facebook Messenger”, “WhatsApp”, “Instagram”, “Facebook Watch”, “Facebook Portal”, “Oculus”, “Giphy”, “Mapillary” və digərləri daxildir. O, dünyanın ən dəyərli şirkətlərindən biridir və “Amazon”, “Alphabet” (Google), “Apple” və “Microsoft” ilə yanaşı Amerika Birləşmiş Ştatlarının informasiya texnologiyaları sahəsində “Big Tech” şirkətlərindən biri hesab olunur. Şirkət öz gəlirinin əhəmiyyətli bir hissəsini marketoloqlara reklam yerlərinin satışından əldə edir. Şirkət 2004-cü ildə təsis edilib.

8. “Berkshire Hathaway” - $861.74 milyard
Dünyanın ən böyük 10 şirkətindən biri olub. 1839-cu ildə təsis edilib. Şirkətin baş ofisi Nebraska ştatının Omaha şəhərində yerləşir. Ən böyük pay sahibi Vorren Baffettdir. İdarə heyətində dünya milyarderlərindən olan Bill Qeyts də yer alır.

9. “Eli Lilly” - $699.88 milyard
18 ölkədə ofisləri olan Amerika əczaçılıq şirkəti olan Eli Lilly, məhsullarını təxminən 125 ölkədə satan əczaçılıq şirkətidir. Şirkət 1876-cı ildə kimyaçı və veteran polkovnik Eli Lili tərəfindən təsis edilib və onun adını daşıyır.

10. TSMC - $676.61 milyard
Yarımkeçirici sənayesində lider olan bu şirkət dünyanın ən böyük müstəqil yarımkeçirici tökmə zavodudur. TSMC-nin qabaqcıl istehsal imkanları və geniş çeşiddə elektron cihazlar üçün əsas komponentlərin təmin edilməsində rolu onu, bazar dəyərinə görə ən yaxşı şirkətlər arasında əsas oyunçuya çevirir. Şirkət 1987-ci ildə təsis edilib.

Rəhim
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu ölkədən gənəgərçək yağını 6 min manata alırıq

"Amazon" baş direktoru gənclərin 20 yaşlarında yol verdiyi əsas səhvi açıqladı

Dahilərdən pul haqqında 10 sitat

Kreditlə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ

Kreditlə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ

126 minlik dələduzluqda təqsirləndirilən həkimlərə HÖKM OXUNDU

Bu ölkə Azərbaycana 20 manatdan noxud satıb

Azərbaycanda ən yüksək və ən aşağı maaş olan rayonlar (SİYAHI)

Rəqabətli əmək bazarında şəxsi brendə sahib olmaq niyə vacibdir?

Bu şəxslərə ildə 1440 manat verilir –Bir şərtlə

Sabah hava necə olacaq?

Azərbaycana zərərli makaronlar gətirilib?- Rəsmi açıqlama

Azərbaycan hansı ölkələrdən soğan alır? - Kiloqramı 68 qəpikdən

13 yaşında günə 150 dollar qazanan, ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı

13 yaşında günə 150 dollar qazanan, ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı

Böyük Britaniya tədqiqat və inkişaf üçün 116 milyard dollar ayıracaq

"Meta" bu şirkətə milyardlarla dollar investisiya yatırmağı planlaşdırır

Azərbaycanda Rusiya istehsalı olan avtomobillərə maraq necədir?

Dünyanın ən iri sərnişin təyyarəsi Bakıya məcburi eniş etdi

"Bitcoin" 106 min dollara yaxınlaşır

Müdirinizin sizi işdən çıxarmaq istədiyini göstərən 8 əlamət - SƏHƏR OXUSU

Azərbaycanın bu bölgəsində siqaretə sərf olunan pul təhsil xərclərindən 3 dəfə çoxdur

Azərbaycanda alim olmaq istəyənlər ən çox bu sahələri seçirlər - TAM SİYAHI

Fond 4 ədəd avtomobil alır - 152 min manat ayrılıb

Bu ölkə Azərbaycana kiloqramı 15 manatdan midi satıb

Bu ölkə Azərbaycana kiloqramı 15 manatdan midi satıb

Tikinti materialları bazarında qiymətlər - Vəziyyət necədir?

Dələduzların göndərdiyi mesajlar: Hər kəsin yadda saxlamalı olduğu xəbərdarlıq

Əhali ən çox nələrə pul xərcləyir? - SİYAHI

Avtomobil nəhəngi dron istehsalına başlayacaq

Pensiyalar ilə bağlı MƏLUMAT

Pensiyalar ilə bağlı MƏLUMAT

Pul xərcləməyin mənasız olduğu 5 sahə - Milyarderdən tövsiyə

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin