BAKU Azərbaycan
9.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
43755

Bəzi müdirlər işçilər ilə iş vaxtından sonra birlikdə əyləncəyə, istirahətə və s. gedirlər, əməkdaşları ilə həddindən artıq səmimi olmağa çalışırlar. Bəzi müdirlər isə işçi ilə arasında məsafə saxlayır, işdən əlavə ünsiyyət qurmaqdan çəkinirlər. İşçi rəhbərliyin səmimiyyətindən sui-istifadə etməsin deyə, məsafə saxlayırlar. Bu rəhbərlərin davranışları fərqli olsa da, istəkləri birdir, işin keyfiyyəti yaxşı olsun. Maraqlıdır, doğru yanaşma hansıdır? Müdir ilə işçi münasibəti necə olmalıdır ki, işin effektivliyinə yaxşı təsir etsin?

Bu barədə Valyuta.az-a danışan "SAT Group” şirkətinin həmtəsisçisi, idarəçi və biznes konsultant Anar Bayramov müdir ilə işçinin münasibətlərinin yaxşı olmasının tərəfdarı olduğunu bildirir:

“İşin keyfiyyətinin necə olmasında işçidən daha çox rəhbərin məsuliyyəti olur. Rəhbər elə bir iş bölgüsü etməlidir ki, hər kəsin işi dəqiq bilinsin, qarşıqlıq olmasın. Lakin bununla belə, işçi ilə müdir arasında münasibətlər yaxşı olmalıdır. İşçi ilə qeyri-səmimi ünsiyyət yaratmaq şirkət üçün ziyanlıdır. Əksinə, nə qədər səmimi münasibət, dostluq yaranarsa, bir o qədər də yaxşı olar”.

Konsultant qeyd edir ki, rəhbərliyin dostluq münasibətindən sonra daha çox iş tələb edəcəyi ilə bağlı narahatlıq yaranarsa, işçi rəhbərin gözləntilərini dəqiqləşdirə bilər:

“Dostluq olmalıdır, amma bu, o demək deyil ki, hansısa tərəf bundan sui-istifadə etsin. Əsas odur ki, hər iki tərəf başa düşməlidir ki, heç kim sui-istifadə etmir. Ümumiyyətlə, işçi kimə tabe olduğunu, hansı işləri görəcəyini və hansı hesabatı verəcəyini dəqiqləşdirməlidir. İşçi buna nə qədər aydınlıq gətirsə, bu kimi problemlər bir o qədər də az olar. Bəzi hallarda əlavə iş tapşırıla da bilər. Məncə, burada hər hansı problem olmalı deyil. Əgər çox işləmək şirkətə lazımdırsa, bunu yerinə yetirmək lazımdır. Hansısa işçinin şəxsi vəziyyəti buna imkan vermirsə, bunu səmimi olaraq rəhbərinə deyəcək. Bu zaman rəhbər də onu anlayışla qarşılayar”.

İdarəetmə üzrə türkiyəli təlimçi Ahmet Kandemir isə rəhbər şəxslərin iş prosesindən kənar əməkdaşları ilə yaxın ünsiyyətinin tərəfdarı deyil: “İşçi müdir ilə yaxınlığı strateji olaraq düzgün qəbul edə bilər, amma bir müdir işçisi ilə iş prosesindən kənarda heç vaxt yaxınlıq yaratmamalıdır. Bəzən müdir əməkdaşları ilə iş proseslərindən kənarda lazım olduğundan artıq yaxınlıq yarada bilir. Bu yaxınlıq üzərindən müdir işçidən iş saatlarında əlavə iş tələb edir. Digər tərəfdən, müdir ilə səmimi olan şəxslər maaş artımı istəməkdən çəkinirlər. Yaxud müdirin səmimiyyəti işçilər tərəfindən də yanlış anlaşıla bilir. Bu səmimiyyətdən istifadə edənlər də olur ki, nəticədə işin keyfiyyəti aşağı düşür”.

A.Kandemirin sözlərinə görə, işçilərin performasını onlarla işdən kənar səmimiyyət qurmaqla artırmaq uğurlu metod deyil:

“Düzdür, bəzi rəhbərlər işçilərin performasını onlarla işdən sonra da səmimi ünsiyyət quraraq artırmağa çalışması halları var. Bu zaman yaxşı idarəçi olduğumuzu, işçilərin bizi sevdiyini düşünürük. Təbii ki, bu belə deyil. Müdirin işçi ilə münasibəti ondan ibarət olmalıdır ki, hər kəs öz mövqeyinə uyğun fikrini irəli sürsün, davranış sərgiləsin. Siz işçinin zamanını və biliklərini müəyyən vaxt dilimində icarəyə götürmüş hesab olunursunuz. Məsələyə rasional baxmaq lazımdır. İşçilər ilə müdirlərin iş prosesindən kənarda bir yaxınlıq qurmasının işin keyfiyyətinə müsbət təsirini gözləmək doğru deyil”.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir” – Terapevt

Saxta pullarla insanları aldatma halları artır (VİDEO)

Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib?

Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

Siyasətlə başlayıb, data alimi oldu

Siyasətlə başlayıb, data alimi oldu

2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək

Yeni kənd və qəsəbələrin təməli qoyuludu, məscidin açılışı oldu (YENİLƏNİB)

Azərbaycanda problemli kreditləri azaldan səbəb

Hərbi Hava Qüvvələrinin yeni komandanı kimdir? - DOSYE

Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb

Azərbaycanlı gənc biznesmen Rusiyada qəfil vəfat etdi (FOTO)

Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"

Abşeron və Qaradağda tikilməkdə olan ev və obyektlər söküldü (VİDEO)

Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ

Qaxa dolu düşdü, yağış suları həyətlərə doldu (FOTOLAR)

Sabah hava necə olacaq?

Taleh Kazımov: Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Slovakiya Azərbaycanın COP29 ilə əlaqədar tədbirlərini dəstəkləməyə hazırdır

DİN xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq etdi

"Aqroservis"in sədri Qazaxda vətəndaşları qəbul edəcək

Universitetlərə attestatla qəbul olacaq? - DİM sədri

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır (VİDEO)

Üç ayda 3 min ton çay istehsal olunub

“Samsung”un “Apple”a mükəmməl cavabı çox gecikmədi - VİDEO

Çində turistlərin kosmosa uçuşlarının başlama tarixi məlum oldu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin