Bələdiyyələr səlahiyyətsiz bir quruma çevrilib – Ekspert
“Azərbaycanda bələdiyyələrin gəlir problemi var”.
Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli deyib. Ekspert bunun struktur problemi olduğunu hesab edir:
“Bələdiyyələrin büdcəsində torpaq vergisi var və onun yığılmasında problemlər var. Bələdiyyələr onu yığa bilmir, bu da onların maliyyə vəziyyətinə mənfi təsir göstərir. İlk olaraq bu məsələ həll olunmalıdır. Əgər bələdiyyələrin vergini toplamağa gücü çatmırsa, digər hər hansı dövlət orqanı həmin maliyyə vəsatini toplayıb büdcəsinə keçirə bilər”.
Eyyub Kərimlinin fikirincə, həmin maliyyədən müxtəlif layihələr həyata keçirmək olar:
“Yerli özünüidarəni daha da təkmilləşdirə bilərlər. İkincisi, bələdiyyələrin özündə də passivlik var. Bu gün bələdiyyə qurumlarında çalışanların yarıdan çoxunun ali təhsili yoxdur və bu onların fəaliyyətinə mənfi təsir edir. Müasir yanaşmaları tətbiq edə bilmirlər. Bələdiyyələr sahibkarlıq fəaliyyətini həyata keçirə və ya sahibkarlarla müxtəlif formada əməkdaşlıq edə bilərlər. Lakin onların heç biri həyata keçmir. Bələdiyyələr salahiyyətsiz bir quruma çevrilib”.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay