BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
43438

Erkən nikahlarlarla bağlı ən yüksək göstəricilər Qazax-Tovuz, Mərkəzi Aran və Qarabağ iqtisadi rayonlarında qeydə alınıb.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova deyib.

Onun sözlərinə görə, 2022-ci ildə 18 yaşadək analar tərəfindən 2011 uşaq dünyaya gətirilib. Bu da  2021-ci illə müqayisədə 361 nəfər artıqdır.

Qeyd edək ki, 10-15 il bundan öncə erkən nikahlarda “liderliyi” ölkənin cənub rayonları və Bakı kəndləri tuturdu. İndi isə açıqlamadan göründüyü kimi, bu istiqamətdə Qazax-Tovuz, Mərkəzi Aran və Qarabağ iqtisadi rayonları “önə” çıxıblar.

Valyuta.az-a açıqlama verən “Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalovanın fikrincə, erkən nikahların çoxluğu məsələsində Qazax-Tovuz, Aran və Qarabağ ərazilərinin “önə” çıxmasında həmin tendensiyaya qarşı mübarizə zamanı bu rayonların diqqətdən kənarda qalması öz sözünü deyib:  

“Erkən nikanlarla bağlı mübarizə strategiyası və diqqət əvvələr ölkəmizin cənub bölgəsinə yönəlmişdi. Belə düşünülürdü ki, erkən nikahların cənub rayonlarında çox olması ilk növbədə məhz həmin bölgədən gələn dini təsirlərin nəticəsi ilə bağlı idi. Bu mənada ölkənin digər rayonları, o cümlədən çoxsaylı ziyalıları ilə məşhur olan Qazax-Tovuz ərazisi bir növ diqqətdən kənarda qaldı. Qazax-Tovuz rayonları erkən nikah məsələsində aktiv olmayıb. Bu ərazi insanları təhsilə çox meyllidir. Həmin bölgədə qızların oxumasına ciddi diqqət verilirdi. Amma indi əks vəziyyətin yaranması mənfi təsirlərin virus xarakterli daşıması və bu müstəvidə adı çəkilən bölgələrin diqqətdən kənarda qalmasının nəticəsidir. 

Bir çoxları belə vəziyyətin yaranmasını iqtisadi amillərlə bağlayır. Amma bunun belə olduğunu düşünmürəm. Düşünürəm ki, qızlarımızın təhsillə meyllənməsi üçün fərqli strategiyalar qurmalıyıq”.

Ramiz

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Güzəştli əsaslarla yaşa görə pensiya hansı halda yenidən hesablanır?

Azərbaycan hotellərindəki yerlərin 82%-i boş qalıb

Yüksək mahnı səsinə görə sahibkarı hansı CƏZA gözləyir?

Deputat: "Qadınların daha tez pensiyaya çıxmasını məqsədəuyğun hesab edirik"

Dünyanın ən zəngin aktyorları – SİYAHI

Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri azalıb?

Avropalılar saatda nə qədər qazanırlar? – ARAŞDIRMA

Məşhur avtomobil istehsalçısı öz avtomobillərinin adını dəyişəcək

"Rolls-Royce" daha bahalı avtomobillər istehsal edəcək

Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü

Günəşdə daha bir güclü partlayış qeydə alınıb

Telefondan çox istifadə bu xəstəliklərə səbəb olur

Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq

Yeni inşa olunan yol Bakıda tıxacı aradan qaldıracaqmı? (VİDEO)

Minlərlə zəhərli kitab müsadirə edilib

Bakıda yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək

Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)

"Apple" indiki modeldən daha ucuz olacaq büdcəli "iPad 11" hazırlayır

Bakıda bu körpü sökülür? (AÇIQLAMA/VİDEO)

“Bakı marafonu 2024” start götürdü

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

"Microsoft" bu ölkəyə 1,7 milyard dollar sərmayə qoyur

Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəliri ciddi şəkildə artıb

“Microsoft” şirkətində fərqli idarəetmə: Bill Qeyts şirkətdə heç bir vəzifə tutmur

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin