BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8459
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0528
  • 1 İngiltərə funt sterlinqi
    2.1606
43012

İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi və “PASHA Holding”in sponsorluğu ilə Türkiyənin aparıcı strateji innovasiya konsaltinq firması “Viveka” tərəfindən həyata keçirilən “Viveka Company Creation Program” layihəsinin 3-cü hissəsinə yalnız Bakı Dövlət Universitetinin (BDU) tələbələri üçün start verilib.

BDU-dan Valyuta.Az-a bildirilib ki, bu proqram sahibkarlıq arzusunu reallığa çevirməyə hazır olan, lakin haradan başlayacağını bilməyən tələbələr üçün unikal imkan yaradır. “Viveka Company Creation Program” layihəsi startaplarını yeni zirvələrə çatdırmaq istəyən tələbələrə lazım olan bilik, resurs və dəstək verir.

Proqrama qoşulacaq tələbələr “Viveka”nın təklif etdiyi model əsasında startap quruculuğunda texnoloji həllər, hüquq, maliyyə, marketinq və digər aspektləri özündə ehtiva edən nəzəri və praktiki biliklər əldə edəcəklər. “Viveka Company Creation Program” layihəsi mürəkkəb texniki bacarıqlara ehtiyac olmadan "Minimum Viable Product”ı inkişaf etdirməyə və təsdiqləməyə imkan verən "No-Code MVP" mərhələsinə çatmaqda tələbələrə kömək olacaq.

Sözügedən proqrama BDU-nun startap fəaliyyəti ilə məşğul olan tələbələri müraciət edə bilərlər.

Qeyd:

- Proqramda iştirak üçün ingilis dilində danışma və anlama bacarıqları vacibdir.

- Komandalar minimum 2 nəfərdən ibarət olmalıdır.

- Hər bir komandanın proqram təminatının hazırlanması, veb inkişafı və ya digər texnoloji sahələrdə güclü texniki bacarıqları olan ən azı bir üzvü olmalıdır.

Proqramda iştirak etmək istəyənlər fevralın 27-dək müraciət edə bilərlər.

Xatırladaq ki, bu layihə ötən ilə qədər ölkənin bütün universitetləri üçün nəzərdə tutulsa da, bu il yalnız BDU tələbələri üçün həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Mövlam Şıxəliyevin əmlakları hərraca çıxarıldı

"Volvo" tam avtopilotlu yük maşını təqdim etdi

"Sara Lizinq" gömrük qaydalarını pozub?

Niderland Rusiya aktivlərindən əldə olunan gəlirin Ukraynaya köçürülməsi qərarını dəstəkləyəcək

“Aznur” şirkəti AQTA-nı məhkəməyə verdi

Dəniz səviyyəsinin qalxması hansı təhlükələrə səbəb ola bilər?

"Əşrəfoğlu" cərimələnə bilər

Polşanın dövlət borcu rekord həddə çatdı

Böhran xarici oyunçuları Almaniyanın daşınmaz əmlak bazarını tərk etməyə məcbur edir

“Azəristiliktəchizat” icbari sığorta müqaviləsi bağlamayıb?

Azərbaycanda iki şirkət Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilir

"iPhone"un büdcə versiyasının təxmini qiyməti məlum oldu

"FİRST ACADEMY"yə protokol tərtib edildi

AK: "Avropa hələ də Rusiya enerjisindən tam müstəqilliyə nail olmayıb"

Meriya ilə şirkət arasında icarə mübahisəsi

ABŞ Almaniyadan Rusiyaya qarşı sanksiyalara əməl etməyi gücləndirməyi tələb etdi

Bakıda “Təşəbbüslərin artırılması və fəaliyyətə təkan: COP29 Dayanıqlı Biznes Forumu” keçirilib

Nazirdən yeni təyinat (FOTO)

Nazirdən yeni təyinat (FOTO)

“Bakı Metropoliteni” 2 milyonluq təmirə başlayır

Aİ Ukraynadan Rusiyadan qaz tranzitini uzatmağı xahiş etməyəcək

TƏBİB-dən məşhur iş adamının şirkətinə 14 minlik sifariş

Zərgərlik sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

Prezidentdən Agentliyin fəaliyyəti ilə bağlı fərman

Bakıda bəzi ərazilərin elektrik enerjisi ilə təchizatında fasilələr olacaq

Ehtiyat hissələri satarkən aldatmayın, alarkən isə aldanmayın

Azərbaycanda qızıl sürətlə bahalanır – Son qiymətlər

Azərbaycan üçün Şengen vizasının rüsumu artırılır? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda maaşlar 100 manata qədər artdı

Yaylağa köç etmək istəyən fermerlər üçün qeydiyyat müddəti başa çatır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin