BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
42725

Ölkələr arasında ticarət dövriyyəsinin 2 dəfə artacağı proqnozlaşdırılır.

Orta Dəhliz çərçivəsində Azərbaycanın Türkiyə ilə birlikdə həyata keçirdiyi nəqliyyat layihələri iki ölkə arasından ticarət dövriyyəsini iki dəfəyə qədər artıracaq.

Prezident İlham Əliyev Ankarada mətbuat nümayəndələri qarşısında çıxışı zamanı vurğulayıb ki, bu layihələr artıq çoxdan regionun sərhədlərindən kənara çıxır və dünya gündəliyinin ön sıralarında yer alır.

Yaxın perspektivdə Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 15 milyard dollara qədər artacağı proqnozlaşdırılır. Son 3 ildə müşahidə edilən artım dinamikası tezliklə bu hədəfə çatılacağına inam yaradır.

Bu müddət ərzində ölkələr arasında ticarət dövriyyəsi 84% artıb. Əgər 2020-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard 160 milyon dollar olubsa, 2022-ci ildə bu göstərici 5 milyard 842 milyon dollara qalxıb. 2023-cü ildə isə artım tempi daha yüksək olub və 7 milyard 650 milyon dollara çatıb.

Orta Dəhliz çərçivəsində Mərkəzi Asiya respublikalarında nəqliyyat infrastrukturunun inkişafı Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin daha sürətlə artmasına imkan yaradacaq. Avropa və beynəlxalq maliyyə institutları Avropa İttifaqı ilə Mərkəzi Asiya ölkələrinin arasında nəqliyyat infrastrukturunun inkişafına 10 milyard avro ayırıb.

İnfrastrukturun inkişafı Azərbaycan qovşaq olmaqla Mərkəzi Asiya ölkələri il Türkiyə arasında emal yönümlü ticarət həlqəsi yaratmağa imkan verəcək. Yəni bu ölkələrdən müəyyən xammal və yarımfabrikatlar idxal ediləcək, Azərbaycanda müəyyən emal prosesindən keçdikdən sonra Türkiyəyə ixrac ediləcək. Yaxud əksinə.

Azərbaycan bu emal yönümlü ticarət həlqəsinə dəstək məqsədi ilə xüsusi ixrac məqsədilə daxildə emal gömrük proseduru tətbiq edib. Yəni, ölkəmiz bu addımı ilə bütün Türk Dünyasının - Mərkəzi Asiyanın türk dövlətlərinin və Türkiyənin iqtisadi çiçəklənməsinə töhfə verir.

İqtisadiyyat professoru Mehmet Yüce bildirib ki, Azərbaycanın bu addımı ölkələrimiz arasında uzun illər boyunca formalaşmış «bir millət, iki dövlət» formatına uyğundur.Təbii ki, Orta Dəhlizin əsas həlqəsinin Azərbaycandan və Türkiyədən keçməsinin vacib səbəblərindən biri də təhlükəsizlikdir. Hər iki ölkə bu məsələyə xüsusi diqqət yetirir.

Asiya ilə Avropa arasında bir nəqliyyat körpüsü kimi Orta Dəhlizin aktuallaşması Rusiya - Ukrayan müharibəsindən sonra başladı. Amma qısa müddətdə baş verən asanlaşmalar və uyğunlaşmalar bu nəqliyyat marşurutunu digərləri ilə müqayisədə daha əlverişli mövqeyə çıxardı.

Beləliklə, 2023-ci ilin trendi kimi gündəmə gələn Orta Dəhliz Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin iqtisadi həyatının ayrılmaz hissəsinə çevrildi.

© Real TV
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Türkiyənin İsraillə bütün iqtisadi əlaqələri dondurmasının hansı təsirləri olacaq?

"İnnovator" vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: "Rəqabət güclüdür"

Yeni planet kəşf olundu

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını nə qədər artırıblar?

Xaricə meyvə şirəsini neçəyə satırıq? – Qiyməti bahalaşıb

2023-cü ildə dünyada neçə turist qeydə alınıb? - AÇIQLAMA

KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

Putinin 40 milyardlıq meqalayihəsi

Prezident Azərbaycanla Türkiyə arasında ikiqat vergitutmanı aradan qaldıran Sazişi təsdiqlədi

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Everestə qalxanların sayı azaldılacaq

Honkonq birjasının əsas indeksi son 8 ayın maksimumuna çatıb

Sabahın hava proqnozu

MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə şahidlərin dindirilməsi davam edir

Azərbaycanda yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib

“Google”dan rəsmi proqramlarla bağlı yenilik

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

Azərbaycan nefti ucuzlaşıb

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya bazarlarında neftin qiyməti 83 dollardan aşağı düşüb

Bölgələr köhnə avtobuslardan nə vaxt qurtulacaq? - Video

Bakıda tıxacları azaldacaq yeni yol - Video

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb

Rusiyanın BVF-dən çıxması nə ilə nəticələnə bilər? - Aleksey Mojin açıqladı

Ötən ay Bakının əmlak bazarında qiymətlər artıb

Belçika sərvət vergisinin tətbiqini təklif edir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin