BAKU Azərbaycan
18.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
42299

“Əsas məsələlərdən biri də odur ki, gənclər təhsillərini bitirib ölkəyə qayıtdıqda dövlət onlara lazımi imkan və şəraiti yaratsın”

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2024-2025-ci tədris ili üzrə sənəd qəbuluna yaxın günlərdə start veriləcək. 

Elm və Təhsil Nazirliyindən bildirilib ki, ötən ilin noyabrında 2024-2025-ci tədris ili üzrə “2022-2026-cı illər üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat və magistratura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı təsdiq edilərək ictimaiyyətə təqdim olunub. Siyahı 15 prioritet ixtisas sahələri üzrə dünyanın 28 ölkəsinin 179 nüfuzlu ali təhsil müəssisəsində tədris olunan 631 bakalavriat və 3362 magistratura olmaqla, ümumilikdə 3993 təhsil proqramını əhatə edir. Müvafiq siyahıda yer alan proqramlardan əlavə namizədlərin universitetlər üzrə “Top10"-da yer alan ali təhsil müəssisələrindən istənilən ixtisas üzrə, eyni zamanda bu il ilk dəfə siyahıya əlavə olunan mədəniyyət və incəsənət sahəsi üzrə müvafiq nüfuzlu ali təhsil müəssisələri üzrə Dövlət Proqramına müraciət etməsi nəzərdə tutulub. 

“2022-2026-cı illər üzrə Dövlət Proqramı”na Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş siyahıda yer alan proqramların biri üzrə bakalavriat və magistratura səviyyəsinə qəbul olmağa hazırlaşan və ya sözügedən siyahıda yer alan proqramların birində hazırda təhsil alan Azərbaycan vətəndaşları müraciət edə bilərlər. Proqrama müraciət portal.edu.az şəxsi kabineti üzərindən həyata keçiriləcək. 

Azərbaycanlı abituriyentlər konkret olaraq hansı ölkələrdə və hansı ali təhsil müəssisələrində təhsil ala bilər? Siyahıda hansı ali məktəblərin adı var? Onların bütün xərclərini dövlət qarşılayırmı? Şərtlər nədən ibarətdir? 

Ən əsas sual, abituriyent xaricdə dövlət proqramı üzrə təhsil aldıqdan sonra onun ölkəyə qayıtması öncədən şərt kimi qoyulurmu? Bəllidir ki, ötənlərdə xaricdə təhsillə bağlı hökumətin narahatlığı orada oxuyanların bir çoxunun geri qayıtmaması ilə bağlı olub...

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, bu çox gözəl təşəbbüsdür, artıq dünyanın bir çox ölkələri gənclərin xaricdə təhsil almasına müsbət yanaşır: “Müsbət haldır ki, ölkəmiz bu siyahıda geridə qalmır. Digər ölkələri qabaqlayacaq səviyyədə proqramın təşkili üçün əlindən gələni edir. Proqram iki mini nəfəri əhatə etməlidir. Bu bakalavriat və magistratura səviyyəsi üzrə təhsil alan gənclərə şamil olunur. Amma hədəflərdən biri də bu gənclərin səksən faizinin magistratura səviyyəsi üzrə təhsillərini davam etdirməsidir. Eyni ildə və bir ildə 400 nəfərdən artıq şəxs qəbul ola bilməz. Maksimal göstərici 400-dür. Burada vacib olan məsələ, bu proqramların həyata keçirilməsində kadrların ölkəyə qayıtmasıdır. Dövlət hesabına nüfuzlu universitetlərdə xaricdə oxuyan gənclərimizin sonradan ölkəyə qayıtması, orada əldə etdikləri təcrübə və bilikləri əmək bazarında tətbiq etmələri vacibdir. Bunun ən əsas hədəfi budur. Dövlət proqramı hesabına gedib orada peşəkar kadr kimi yetişən hər bir şəxs bunu həm hüquqi, həm də mənəvi əsaslarla əməl etməlidir. Bu proqramın gələcəkdə 80 faizinin magistratura səviyyəsi üzrə əhatələnməsinin də əsas səbəbi budur. Artıq bu prosesə başlanılıb. Yaxşı olardı ki, müəyyən bir iş təcrübəsi, istehsalat müəssisəsində çalışan gənclərin sırf magistratura səviyyəsi üzrə təhsil alması üçün bu proqram daha çox səmərəli olsun. Bu proqram əsasında Çində, Latviyada, Qazaxıstanda, Rumıniyada, Macarıstanda, Böyük Britaniyada, Malayziyada, Sinqapurda, Amerika universitetlərində təhsil alan xeyli gənclərimiz var ki, onların sonradan ölkəyə qayıdışı dayanıqlı iş mühitinin daha da inkişafına gətirib çıxaracaq”.

Təhsil eksperti Kamran Əsədov da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı: “Azərbaycanlı gənclərin dövlət dəstəyi ilə xarici ölkələrdə təhsil alması prosesi müstəqilliyin ilk illərindən başlayıb. Son illər azərbaycanlı abituriyentlərin, tələbələrin müəyyən hissəsi uğurlu karyera üçün xarici ölkələrdə təhsil almağa üstünlük verirlər. Əvvəlki illərdə əcnəbi ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin əksəriyyəti MDB və Avropa ölkələrin payına düşür. Bundan başqa, tələbələr Belarusda, İsveçrədə, ABŞ-da, Avstriyada, Avstraliyada, Çində, Fransada, Çexiyada və s. ölkələrdə təhsil alıb.

Əvvəlki illərin dövlət proqramındakı statistik göstəricilərlə qeyd edə bilərəm ki, azərbaycanlı tələbələrin ən az təhsil aldığı yerlər Latviya, Rumıniya, Estoniya, Norveç, Finlandiya kimi ölkələrdir. Proqramın qəbulundakı məqsədlərdən biri azərbaycanlı gənclərin Qərbin aparıcı universitetlərində təhsil almalarını təmin etmək idisə, digər məqsədlər hər bir təhsil pilləsi üzrə ölkənin ehtiyacı olan prioritet ixtisasları müəyyənləşdirmək və təhsil alan gənclərin məzun olduqdan sonra ölkəyə qayıdıb işləməsi mexanizmini yaratmaqla bağlı idi. 

Apardığım araşdırmalar göstərdi ki, bakalavriat və magistratura pillələri üzrə prioritet ixtisaslar üzrə tələbələrin bölgüsündə  tələbələrin əksər hissəsi idarəetmə, tibb və informasiyakommunikasiya texnologiyaları sahələrində təhsil alırlar.

O da məlum oldu ki, dövlət proqramının icrası ilə bağlı şəffaflıq yoxdur, hesabatlılığa əməl edilmir. Bundan başqa, həm dövlət proqramında, həm müvafiq qanunvericilik aktlarında dil hazırlığı kursları ilə bağlı müddəalar var. Ancaq təəssüf ki, bu istiqamətə xüsusi diqqət yetirilmir. Açıqlanan statistik məlumatlarda dil hazırlığı kurslarına göndərilən xarici dil bilməyən istedadlı və xüsusi istedadlı gənclərin xüsusi çəkisinin 1-2% arasında dəyişməsi seçim zamanı xarici dil bilənlərə üstünlük verilməsinin nəticəsidir. Bundan başqa, proqramdan faydalanmaq üçün müsabiqəyə qatılmış, lakin seçilməmiş iddiaçılara hazırda heç bir (nə yazılı, nə də şifahi) açıqlama verilmir və müvafiq qanunvericilk aktlarında onların apelyasiya hüququ tanınmır. Təhsil Nazirliyindən iddiaçılara yalnız qərarın Təhsil üzrə Komissiya tərəfindən qəbul olunduğu bildirilir və ora müraciət etmələri tövsiyə olunur. Tərkibi nazirlərdən ibarət olan Komissiyadan cavab almaq isə faktiki olaraq mümkün deyil.

Dünya təcrübəsinə əsasən deyim ki, keçmiş SSRİ məkanında ilk belə dövlət proqramını uğurla tətbiq eləmiş Qazaxıstanın ("Bolaşak" təqaüd proqramı) təcrübəsi göstərir ki, iddiaçıların seçimi və xaricə göndərilməsi ilə birbaşa Təhsil Nazirliyinin məşğul olması proqramın səmərəliliyini aşağı salır. 1994-cü ildən fəaliyyətdə olan “Bolaşak” proqramının idarə edilməsi üçün 2005-ci ildə Qazaxıstan Təhsil və Elm Nazirliyi yanında ayrıca bir qurum - “Beynəlxalq proqramlar mərkəzi” adlı səhmdar cəmiyyət yaradılıb. Səhmdar cəmiyyət tələbələrin seçim anından başlayaraq xarici ölkələrin ali məktəblərində diplom almalarına qədər bütün mərhələlərdə onların müşayiət edilməsi üzrə iş aparır.

Məncə, respublikada tələbə qəbulu sahəsində şəffaf fəaliyyəti sayəsində böyük nüfuz qazanmış DİM bu işin öhdəsindən uğurla gələ bilər. Ancaq DİM-ə bu fəaliyyəti həyata keçirmək üçün kifayət edəcək qədər əlavə ştat vahidlərinin ayrılması vacibdir. Hazırda Elm və Təhsil Nazirliyində bu işlə 4 nəfər məşğul olur ki, bu da çox azdır. Eyni zamanda işçilərin azlığı Elm və Təhsil Nazirliyinin müvafiq şöbəsinin əlində bir bəhanədir. Şöbənin müdiri və əməkdaşları demək olar ki, bütün suallara cavablarında - iş çox, işçi azdır arqumentini gətirirlər. Müqayisə üçün deyim ki, "Bolaşak" proqramını idarə edən səhmdar cəmiyyətin 25-dən çox işçisi var".

Ekspert əlavə edib ki, indiyədək təhsilin bakalavriat və magistratura pillələri üzrə daha çox iqtisadiyyat, hüquq ixtisaslarına yer ayrılıb, texniki ixtisaslara isə lazımi diqqət yetirilməyib: “Dövlət proqramının əsas məqsədi xaricdə təhsil alanların ölkəmizə xeyir verməsi idi. Dövlət proqramı gənclərin xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil alması və məzun olduqdan sonra ölkəmizdə işlə təmin olunması prosesinin tənzimlənməsi baxımından mühüm əhəmiyyətə malikdir. Elə sahələr var ki, onun üçün xaricdə təhsil almağa ehtiyac yoxdur, xaricdə təhsil alanların isə ölkəmizin sosial-iqtisadi həyatına yönləndirilməsi daha vacibdir, nəinki onların digər ölkələrə xidmət etməsi. Cənab nazir tərəfindən də "xaricdə aparıcı ali məktəblərdə təhsil alanlar gəlib burada işləsinlər və Vətənə burada xeyir gətirsinlər" mesajı gənclərimizin dünyanın aparıcı ölkələrinin nüfuzlu universitetlərində alacaqları bilikləri respublikamızın iqtisadiyyatına yönləndirmələrinə yeni impuls verəcək. Elə bir mexanizm qurulmalı, iş görülməlidir ki, sonda nəticəsi yaxşı olsun. Əsas məsələlərdən biri də odur ki, gənclər təhsillərini bitirib ölkəyə qayıtdıqda, dövlət onlara lazımi imkan və şəraiti yaratsın, maaşların artırılmasını nəzarətdə saxlasın.

Dövlət proqramı çərçivəsində xarici ölkələrdə təhsil alan gənclərin əksəriyyəti ölkəyə qayıtmaq, onu oxudan dövlətinə xidmət etmək istəmir. Yəni kifayət qədər gənc dövlət proqramı çərçivəsində xaricə oxumağa gedir, amma çox vaxt müxtəlif bəhanələrlə geri qayıtmaq istəmirlər.

Düzdür, proqrama görə, gənclər Təhsil Nazirliyi ilə imzaladıqları müvafiq fərdi müqaviləyə əsasən, xarici ölkədə təhsil aldıqdan sonra yüksək səviyyəli kadr kimi vətənə dönərək 5 il ərzində təyinat üzrə müvafiq sahədə işləmək öhdəliyini də daşıyırlar. Amma bu reallaşmır. Reallıq odur ki,  gənc mütəxəssislərin stimullaşdırılması yüksək səviyyədə deyil. Bu səbəbdən də nəinki xaricdə təhsil alan gənclər, hətta ölkəmizdə də təhsil alanlar imkan düşən kimi xarici dövlətlərdə işləməyə can atırlar".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Sabah hava necə olacaq?

Taleh Kazımov: Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir” – Terapevt

Saxta pullarla insanları aldatma halları artır (VİDEO)

Slovakiya Azərbaycanın COP29 ilə əlaqədar tədbirlərini dəstəkləməyə hazırdır

DİN xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq etdi

"Aqroservis"in sədri Qazaxda vətəndaşları qəbul edəcək

Universitetlərə attestatla qəbul olacaq? - DİM sədri

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır (VİDEO)

Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib?

Üç ayda 3 min ton çay istehsal olunub

“Samsung”un “Apple”a mükəmməl cavabı çox gecikmədi - VİDEO

Çində turistlərin kosmosa uçuşlarının başlama tarixi məlum oldu

Honq Konq rəqəmsal yuanı sınaqdan keçirməyə başlayır

Baş prokurorun keçmiş müavini dövlət qurumunu məhkəməyə verdi - Pensiya qalmaqalı

Borrel: Avropa iqtisadiyyatı Çinlə rəqabətə tab gətirə bilməz

Azərbaycanda vergi forumu keçiriləcək

Azərbaycanda vergi forumu keçiriləcək

Yeni açılan iş yerlərinin 80 faizi Bakıdadır - Statistika

ABŞ daxili bazardan 3,4 milyard dollar dəyərində uran alacaq

Unistream ödəniş sistemi Gürcüstana köçürmələri bərpa etdi

"Həyat-Müayinə, Məsləhət Və Müalicə Mərkəzi" cərimələnib

Məşhur tikinti şirkətinin 5 milyon borcu var - Rəhbərinə "stop" qoyuldu

Çində istehlak aktivliyi sürətlə yavaşlayır

Bakıda əmək yarmarkaları keçiriləcək

Finlandiya ruslara ölkədə daşınmaz əmlak almağı qadağan edəcək

Modern Hospital cərimələnə bilər

Məşhur sahibkar cərimələnir

Əfqanıstan Rusiyadan daimi neft məhsulları alışına qayıtmaq istəyir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin