Sənaye məhsulunun azalmasına hansı amillər təsir göstərib?
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin yanvar ayında 5 milyard 200 milyon manatlıq sənaye məhsulu istehsal edilib.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 25%, yaxud da 1 milyard 300 milyon manat azdır.
Görəsən, sənaye məhsulunun azalmasına hansı amillər təsir göstərib?
Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Emin Qəribli bildirir ki, sənaye məhsulu istehsalında azalma neft amili və məcmu tələbin azalmasının nəticəsidir:
“Sənaye məhsul istehsalında 25 faizlik azalma əsasən neftlə bağlı sahələrlə əlaqədardır. Bu yöndə qiymətlər stabil deyil, müəyyən məhdudiyyətlər var. Neft üzrə yerli hasilat da azalır. Bu da öz növbəsində sənaye məhsulları istehsalının azalmasına öz təsirini göstərir. Düşünürəm ki, mövcud vəziyyətdə ölkəmizdə iqtisadi konsepsiyalara yenidən baxılacaq. Yaranmış vəziyyət dünyada cərəyan edən gərginliyin nəticəsi də hesab oluna bilər. Çünki bu gərginlik ölkəmizə də təsir edir. Eyni zamanda, məcmu tələbdə də azalma var”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay