BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
42214

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti “Prestij-Kimya“ MMC 2025-ci ildən bu sənaye parkının ərazisində dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların istehsalına başlayacaq.

Bu barədə "Azərbaycan iqtisadiyyatı" Teleqram kanalına məlumat verən MMC-nin təsisçisi və direktoru Rüfət Pirişovun sözlərinə görə, “Araz Vadisi İqtisadi Zonası”nda yeni zavodun tikilməsi ilə əlaqədar müəyyən işlər görülüb. Bu ilin sonuna kimi zavodun tikintisinin yekunlaşması, gələn ildən isə onun fəaliyyətə başlaması nəzərdə tutulur. Yeni zavodun inşası üçün tələb olunan sərmayənin ümumi məbləği 5 milyon manatdan çoxdur. İndiyədək bu zavodun tikintisinə 1,6 milyon manat sərmayə yatırılıb.

R.Pirişov hazırda Sumqayıtdakı zavodda da dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsullar istehsal etdiklərini, yeni zavodun gündəlik istehsal gücünün Sumqayıtdakı zavoddan 4 dəfə çox olacağını söyləyib: “Sumqayıtda zavodun gündəlik istehsal gücü 30-31 tondur. Biz “Araz Vadisi İqtisadi Zonası”nda gündəlik istehsal gücünü 110-120 tona qaldıracağıq".

Şirkət direktoru bildirib ki, hazırda məhsullarını Türkiyə, Rusiya və Gürcüstana ixrac edirlər: "Rusiya, Qazaxıstan, Gürcüstan bazarı ilə bağlı yerinə yetirə bilmədiyimiz sifarişlər var. Rusiyada bir marketlər şəbəkəsinə aylıq sifarişimizin yalnız 21 faizini təmin edə bilirik. Məqsədimiz odur ki, istehsalımız genişləndikdən sonra bu sifarişi 100 faiz təmin edə bilək”.

Xatırladaq ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı Azərbaycan Prezidenti İlham Əliyevin fərmanına əsasən 2021-ci ildə Şərqi Zəngəzur iqtisadi rayonunda, Cəbrayıl rayonu ərazisində yaradılıb. Hazırda Sənaye Parkının 7 rezidenti var.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Rusiyanın BVF-dən çıxması nə ilə nəticələnə bilər? - Aleksey Mojin açıqladı

Ötən ay Bakının əmlak bazarında qiymətlər artıb

Belçika sərvət vergisinin tətbiqini təklif edir

Rusiyalıların 2024-də daha çox kabab yediyi məlum oldu – Tədqiqat

"Master Milk" məhkəmə qarşısında

Qlobal mərkəzi banklar qızıl ehtiyatlarını kəskin şəkildə artırdı

"Deluxe Residence"dən maddi ziyan tələbi

İtaliya aktivlərini itirdiyinə görə Aİ qarşısında çətin məsələ qaldırdı

Yaşam Klinikası lisenziyadan kənar fəaliyyət göstərib?

Rusiyada aprelin sonunda inflyasiya marmeladın köməyi ilə təxmin edildi

Keçmiş işçi əməkhaqqını ala bilmir - Məhkəmə

G7 ölkələri Rusiyanın aktivlərinin ələ keçirilməsi ideyasını rədd edir?

Gömrük Komitəsindən şirkətə 1500 manatlıq protokol

Məhkəmə Commerzbank-ın Rusiyadakı törəmə bankının səhmlərinə həbs qoydu

İcra hakimiyyətinin üç tenderi ləğv edildi

"Apple" zəif satışlar səbəbindən rekord sayda səhm geri alacaq

Bir milyon vergi borcu yazıldı, məhkəməyə müraciət etdi

BVF-nin Rusiya üzrə direktoru: BRİKS dollara alternativ təklif edə bilər

Tibb işçilərinə gecə yerinə yetirilən işə görə verilən əlavə haqqın miqdarı dəyişib

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Naxçıvan Dövlət Universiteti publik hüquqi şəxs olacaq

Ataların da uşaqlara görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olacaq

Nazirliyin idarəsi məhkəmə qarşısında

“Qaçqınkom”un 685 minlik drenaj təmiri

İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər məsuliyyətə cəlb olundular - VİDEO

66 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdirildi

Bakıdakı hotellərin qiymətinin qalxması nə ilə əlaqəlidir? – Ekspert

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin