Yaxın Şərqdə vəziyyətin gərginləşməsinin dünya iqtisadiyyatına nə kimi təsiri ola bilər?
Artıq 4 aydan çoxdur Yaxın Şərqdə davam edən İsrail HƏMAS qarşıdurması uzanmaqda davam edir. Hətta prosesə digər dövlətlərin qarışması ehtimalı da qalmaqdadır. Bu isə qarşıdurmanın genişlənməsi, daha böyük ərazilərə yayılması ilə nəticələnə bilər. Hansı ki, belə vəziyyətin yaranması dünya iqtisadiyyatına da təsirsiz ötüşməyəcək.
Yaxın Şərqdə vəziyyətin gərginləşməsinin dünya iqtisadiyyatına görəsən nə kimi təsirləri ola bilər?
Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov bildirdi ki, Yaxın Şərq regionundakı savaşın genişlənməsinin dünya iqtisadiyyatına təsir edəcək əmsalları kifayət qədərdir:
“Yaxın Şərqdə davam edən qarşıdurmanın böyüməsi ilk növbədə karbohidrogen ehtiyatlarına təsir edəcək. Yaxın Şərq məhz karbohidrogen ehtiyatlarla zəngin regiondur. Bu mənada müharibənin coğrafiyasının şişməsinin ilk növbədə birjalarda neft və neft məhsulların qiymətlərində istənilən istiqamətdə, yəni artma və ya azalma istiqamətində sıçrayışlara gətirib çıxarması ehtimalı böyükdür. Bu fonda qiymətlər kəskin arta ilər. Amma bunu əksi də istisna deyil. Belə ki, gözlənilməz spekulyasiya halının baş verməsilə qiymətlər kəskin şəkildə aşağı enə də bilər. Yaxın Şərq regionundakı savaşın genişlənməsi dolayı yolla Süveyş kanalına da təsir edəcək. Bu kanalın dünya ticarətində həcmi kifayət qədər böyükdür. Həmin kanal ən azından Qərblə Şərq arasında ən yüklü dəhlizlərdən biri sayılır. Müharibənin genişlənməsi isə həmin kanaldan sitifadə etməklə təchizat prosesinin pozulmasına gətirib çıxaracaq”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay