BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
42135

Yəqin ki, idman azarkeşləri, yarışlarda müxtəlif heyvanların obrazına girmək üçün xüsusi geyimlərdən istifadə edən, ətrafdakıları əyləndirmək üçün meydana çıxıb gülməli hərəkətlərlə insanların üzündə gülüş oyadan şəxsləri - maskotları görüblər. Əsasən də uşaqlar üçün əyləncəli olan bu maskotlar hətta bəzən komandaların simvoluna çevrilir və hər dəfə insanları əyləndirmək üçün müxtəlif hərəkətlərlə yadda qalmağa çalışır. Əksəriyyət düşünə bilər ki, onlar çox az maaş qarşılığında və ya havayı şəkildə, komandası naminə özlərini yorurlar. Ancaq belə deyil və bəzi ölkələrdə bu cür obrazlara girənlər heç də az məvacib almır. Məsələn, 'The Grueling Truth”da yer alan məlumata görə, Şimali Amerikada keçirilən böyük yarışların maskotları ildə ən az 65.000 dollar maaş alır. Hansı ki, sözügedən ölkədə, məsələn, müəllim 57,600, polis 63,600, yanğınsöndürən 65,800 və ya jurnalist 56,700 dollar civarında əməkhaqqı alırlar. Bəlkə də maskotların aldığı məvacib şişirdilmiş və hədsiz səslənə bilər. Lakin onlar çox yüksək bacarıqlara və fiziki qabiliyyətlərə malik olmaqla yanaşı, françayzinq irsinin bir hissəsi sayılır. Hətta əksəriyyəti simvola çevrilib və pərəstişkarları üçün dəyərləri ölçülməzdir. Ən çox məvacib alanlar isə Amerikanın əsas basketbol liqası olan NBA-da müxtəlif komandaların talismanı kimi meydana çıxan maskotlardır. 

“Denver Nuggets”in maskotu komandanın başqa bir ulduzudur. Bu mövsüm NBA-nın çempionu olan komandanın sıralarında Nikola Yoviç, Camal Murrey, Aaron Qordon kimi basketbolçularla yanaşı maskot “The Mountain Lion” (Dağ şiri) obrazındakı Rokki də var. O, ABŞ-da ən yüksək - illik 625.000 dollar maaş alan maskotdur. Yəni hər ay 52.000 dollar qazanır. Hazırda, NBA tərəfindən təyin olunan və adətən yeni başlayan oyunçulara şamil edilən minimum əmək haqqı ildə 900.000 dollardan bir qədər çoxdur. Buna görə də, Rokki komandasındakı bəzi yeniyetmələrdən o qədər də az məvacib almır… 

Amerikada müxtəlif yarışların əsas liqaları arasında ən çox qazanan maskotlar ölkənin əsas basketbol liqası olan NBA-dadır. Yüksək məvacibli maskotlar arasında, Rokki ilk pillədə olsa da, “Atlanta Hawks”ın talismanı Harri (“The Hawk”) 600.000 dollar qazancla ondan heç də geri qalmır.

Ümumiyyətlə ABŞ-də ən çox maaş alan maskotlar bunlardır:

Rokki, “The Mountain Lion” (“Denver Nuggets”) - 625.000 dollar
Harri, “The Hawk” (“Atlanta Hawks”) 600.000 dollar
Benni, “The Bull” (“Chicago Bulls”) 400.000 dollar
Valli, “The Green Monster” (“Boston Red Sox”/MLB) - 250.000 dollar
Qo, “The Gorilla” (“Phoenix Suns”) - 200.000 dollar
Hüqo, “Hornet” (“Charlotte Hornets”/NBA) - 100.000 dollar

Rokki və Harri ildə 400.000 dollar maaşla “Chicago Bulls”u təmsil edən Benni ilə müqayisədə çox nəzərə çarpan fərqi ortaya qoyur. “İlk beşliy”i isə “Gorilla” (“Phoenix Suns”, 200.000 dollar) və “Charlotte Hornets”in xarizmatik maskotu Hüqo (100.000 dollar) qapayır.

ABŞ-da ən çox pul qazanan maskotlar arasında NBA-ya aid olmayan bir obraz var. Bu “The Green Monster” Vallidir. “Yaşıl Canavar" MLB-də(beysbol) “Boston Red Sox”u təmsil edir və illik 250.000 dollar məvacib alır. Valli, indiyə qədər MLB-də ən çox bəyənilən maskotdur. Onun məvacibi, ildə 65.000 dollar qazanan “Seattle Mariners”, “Toronto Blue Jays” və “Oakland Athletics”in maskotlarınınkından daha çoxdur.

Amerikanın əsas reqbi liqası olan NFL-də də son vaxtlar maskotlar dəbdədir. Liqada “Dallas Cowboys”u təmsil edən Rudi ən çox qazanan maskotdur. Onun illik maaşı cəmi 65.000  dollardır. Yəni, MLB-də ən az qazanan maskot, NFL-də ən yüksək məvacib alan talismandan daha çox gəlir əldə edir.

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb

Bakıdakı universitetləri hansı şəhərlərə köçürmək olar?

Müsahibəyə getdiyimiz şirkəti necə araşdırmalıyıq?

“Xaqani” bağı belə olacaq (FOTO)

Birinci vitse-prezident seçkilərə qədər İran Prezidentinin səlahiyyətlərini icra edəcək

Mərkəzi Bankda yeni təyinat

Mərkəzi Bankda yeni təyinat

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Bakının iki qəsəbəsində qaz olmayacaq

Tehran Fond Birjası İbrahim Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırıb

"Azerspace-1" peykinin sığortası bu şirkətə həvalə edilir - 1,5 milyon manat ödəniləcək

Çin uçan avtomobilin satış tarixini AÇIQLADI

Avro bahalaşdı - Məzənnə

Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR

Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident və helikopterin bütün sərnişinləri həlak olub

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?

İpoteka ilə mənzil alınarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması qaydası necədir?

Əhalinin ticarət şəbəkələrində xərclədiyi vəsaitin məbləği açıqlanıb

Türkiyənin ilk yerli elektromobili gələn il Avropa bazarına çıxarılacaq

Tıxaclı yollar bu avtomobillərin sahiblərini böyük məbləğdə ziyana sala bilər (VİDEO)

Soyuq may ayında qiyməti ilə “isindirən” kafelər: Vəziyyət nə zaman düzələcək? - VİDEO

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin