BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
42090

Bakıda insanların qeydiyyatı ilə bağlı problemlər illərdir ki, bitmir. Ötən ildən daimi qeydiyyatı olmayanlar qanuna uyğun olaraq cərimələnsə də, bu problemin həlli yolu deyil. Çünki paytaxtda sənədsiz evlərin çox olması, “kupça”sız yeni tikililər, müqaviləsiz verilən kirayə evlər vəziyyəti qəlizləşdirir. Məlumdur ki, bir neçə il öncəsinə qədər, Bakıda yaşayan vətəndaşlar yaşadığı əraziyə məsul olan polis orqanlarında qeydiyyata düşə bilirdilər. Ötən ilin yanvar ayından etibarən, Daxili İşlər Nazirliyi (DİN) tərəfindən vaxtilə polis orqanlarında qeydiyyata düşmüş vətəndaşların əksəriyyəti qeydiyyatdan çıxarılıb. Bəs hazırkı vəziyyət necədir? Vətəndaşın qeydiyyat məsələsi necə həll olunmalıdır? Bakıda işləyib sənədsiz evlərdə, yaxud kirayə mənzillərdə məskunlaşan əhali nə etməlidir? Əvvəlcə məsələnin hüquqi tərəflərinə nəzər salaq.

sadələşdirilməlidir. Qanunvericilikdə elə bir mexanizm müəyyən edilməlidir ki, kirayə müqaviləsinin xitamı nə kirayə verəni, nə də kirayəçini narahat etsin”.

Çıxarışı olmayan evlərdə qeydiyyat mümkündürmü?

Yuxarıda da qeyd etdiyimiz kimi, hələ də minlərlə sakin çıxarışsız mənzillərdə yaşayır və bu mənzillərdə vətəndaşların qeydiyyata alınması prosesi tam olaraq həll olunmayıb. Hüquqşünas deyir ki, sənədsiz evlərin mövcudluğu həm fərdi şəxslər, həm də bələdiyyələr üçün problemlər yaradır: “Çıxarışların olmaması mənzil sahibləri və onların ailə üzvlərini həmin ünvanlarda qeydiyyata alınmaq imkanından məhrum edir. Bu hal faktiki qeydiyyat ünvanından kənar, lakin şəxsi mülkiyyətdə olan çıxarışsız mənzillərdə yaşayan şəxslərin İnzibati Xətalar Məcəlləsinin 563.1-ci maddəsi ilə cərimə edilməsi riskini də labüd edir. Tövsiyə kimi qeyd edə bilərəm ki, tikintisi başa çatmayan, lakin yaşayış olan binalarda Mülki Məcəllənin 147-ci maddəsinin müddəaları ilə təminat qeydi alınarkən mülkiyyətçilərin və onların ailə üzvlərinin müvəqqəti qeydiyyata alınması imkanın yaradılması təmin oluna bilər. Bu, vətəndaşların qeydiyyat problemini keçici olsa da aradan qaldıra bilər”.

"ASAN xidmət" mərkəzlərinə müraciət edin

Əmlak eksperti Elnur Fərzəliyev isə deyir ki, artıq insanlar "ASAN xidmət" mərkəzlərində, rahatlıqla qeydiyyat problemlərini həll edə bilərlər: “Ölkəmizin böyük şəhərlərində, xüsusilə də paytaxt Bakı və Abşeron rayonu ərazilərində yüz minlərlə çıxarışı olmayan fərdi həyət evləri var. Hazırda bu məsələ həllini tapmaq üzrədir. Artıq qeydiyyatı olmayan vətəndaşlar "ASAN xidmət" mərkəzlərinə müraciət edə bilərlər. Hətta evinin çıxarışı olmayanlar belə, əlində olan müvafiq sənədləri təqdim edir, araşdırma aparılır, araşdırma yekunlaşdıqdan sonra həmin vətəndaş müvafiq qaydada qeydiyyata alınır. Əgər vətəndaşın heç bir əmlakı yoxdursa, yenə "ASAN xidmət" mərkəzinə müraciət edir, araşdırma aparılır, araşdırma yekunlaşdıqdan sonra vətəndaş ərazi üzrə polis şöbəsinə qeydiyyata alınır”.

Qeydiyyat məsələləri ilə bağlı tədbirlər görülür

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən də bildirilib ki, vətəndaşlar yaşayış yeri üzrə qeydiyyat məsələləri ilə bağlı "ASAN xidmət" mərkəzlərinə müraciət edə bilərlər. Qeydiyyat məsələləri ilə yanaşı, şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən, 18 yaşı tamam olan vətəndaşların yeni sənədlərlə bağlı müraciətləri qəbul edilir, müəyyən edilən müddət ərzində sorğular cavablandırılır. Daxili İşlər Nazirliyi tərəfindən vətəndaşların bütün müraciətləri diqqətdə saxlanılmaqla qanunamüvafiq tədbirlərin görülməsi təmin edilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəliri ciddi şəkildə artıb

“Microsoft” şirkətində fərqli idarəetmə: Bill Qeyts şirkətdə heç bir vəzifə tutmur

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Türkiyənin İsraillə bütün iqtisadi əlaqələri dondurmasının hansı təsirləri olacaq?

"İnnovator" vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: "Rəqabət güclüdür"

Yeni planet kəşf olundu

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını nə qədər artırıblar?

Xaricə meyvə şirəsini neçəyə satırıq? – Qiyməti bahalaşıb

2023-cü ildə dünyada neçə turist qeydə alınıb? - AÇIQLAMA

KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

Putinin 40 milyardlıq meqalayihəsi

Prezident Azərbaycanla Türkiyə arasında ikiqat vergitutmanı aradan qaldıran Sazişi təsdiqlədi

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Everestə qalxanların sayı azaldılacaq

Honkonq birjasının əsas indeksi son 8 ayın maksimumuna çatıb

Sabahın hava proqnozu

MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə şahidlərin dindirilməsi davam edir

Azərbaycanda yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib

“Google”dan rəsmi proqramlarla bağlı yenilik

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

Azərbaycan nefti ucuzlaşıb

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya bazarlarında neftin qiyməti 83 dollardan aşağı düşüb

Bölgələr köhnə avtobuslardan nə vaxt qurtulacaq? - Video

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin