BAKU Azərbaycan
18.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
41901

İşğaldan azad edilmiş ərazilərdə həm yerli, həm də xarici sahibkarlar biznes subyektlərinin qurulmasına böyük maraq göstərirlər. Sahibkarlar müxtəlif sahələrdə biznes qurmağ və ya biznesini genişləndirmək istəyir. Bəs yerli sahibkarlar işğaldan azad olunan ərazilərdə hansı sektorda biznes qurmalıdır və nələri bilməlidir?

Bu barədə Valyuta.az-a danışan biznes təlimçisi Mübariz Quliyev bildirib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə xüsusilə də Şərqi Zəngəzur və Qarabağda sahibkarlığın inkişafına dövlət xüsusi önəm verir:

“Bununla bağlı müvafiq göstərişlər də verilib, hətta, Böyük Qayıdış konsepsiyasında sahibkarlığın inkişafı xüsusi yer alıb. Buna əsasən ötən ay Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İqtisadiyyat Nazirliyinin göstərişi ilə belə bir təşəbbüs başlatdı ki, Qarabağ və Şərqi Zəngəzurda hazırda sahibkarlıq fəaliyyətinə başlamaq istəyən şəxslərin müraciətləri qəbul olunur. Bunlar əsasən gündəlik tələbat məhsullarının istehsalı və satışı ilə məşğul olanlardır. Ümumiyyətlə, bu proseslərin tənzimlənməsi üçün kütləvi müraciətlər başlanılıb və hazırda da qəbulu davam edir. Xüsusilə qeyd edim ki, bu sahibkarlıq subyektləri 10 il ərzində vergidən azad olunacaq və onlara xüsusi güzəştlər nəzərdə tutulub. Sadəcə şərtlər ondan ibarətdir ki, məsələn, mənim aptekim var orada fəaliyyət göstərmək istəyirəm. Bu daha uğurlu versiyadır. Əgər sən o ərazidə aptek qurmaq istəyirsənsə, amma aptekin yoxdursa, əsasən qəbul etmirlər. Çünki olmayanların orada sıfırdan nəsə qurması çox uzun çəkəcək, amma kiminsə Bakıda və ya hansısa bir rayonda fəaliyyət göstərən apteki, marketi, çörək sexi və s. varsa, onlar asanlıqla orada biznes qura bilərlər”.

Təlimçi qeyd edib ki, dünyada hazırda yeni bir termin - yaşıl iqtisadiyyat termini mövcuddur:

“Şərqi Zəngəzur və Qarabağ Azərbaycanın yaşıl örtük zonası adlanır.  Yaşıl iqtisadiyyatın bütün təklif və tələblərinə cavab verən və dövlət üçün strateji əhəmiyyəti olan bölgələrdən biri də Şərqi Zəngəzur və Qarabağdır. Sahibkarların qarşısında kifayət qədər imkan yaranır ki, yaşıl iqtisadiyyatın xarakteristikalarını özündə əks etdirən sahibkarlıq subyektlərini həmin bölgələrdə yaratsınlar. Xüsusilə bu iki zona dünyanın diqqət mərkəzindədir”.

M.Quliyev insanların ilkin ehtiyacları olan sahələrdə biznes qurulmasının vacibliyindən danışıb:

“Bu gün işğaldan azad olunmuş ərazilər tamamilə yenidən qurulur, bu da özündə insanların ilkin ehtiyaclarını necə qarşılayacağı məsələlərini ehtiva edir. İnsanların ilkin olaraq qidalanma, təhsil, səhiyyə və digər ehtiyaclarını qarşılaması vacibdir. Nəzərə alsaq ki, bu ərazilərdə yenidənqurma prosesi gedir, burada tikinti, təmir və daşınma şirkətlərinə də xüsusi ehtiyac yaranır. Bugünkü gün üçün oraya tikinti, təmir, turizm, istehsala dayanıqlı şirkətlərinin getməsi daha labüddür. Xüsusilə də kənd təsərrüfatının qurulması üçün xüsusi imkanlar var”.

Təlimçi deyir ki, işğaldan azad olunmuş ərazilərdə əhalinin çox olmaması sahibkarlıq subyektinə risk yaratmır:

“Orada daimi yaşayan əhalinin sayı çox olmasa da, hazırda çox sayda çalışan işçilər var və bu, sakinlərin az yaşamasını kompensasiya edəcək. Əgər sahibkarın hədəf auditoriyası şəxslərdirsə, təbii ki, onun yaşayış olan ərazilərdə sahibkarlıq subyekti yaratması üçün şərait yaradılacaq. Bəzi sahibkarlıq subyektləri də var ki, yerləşdiyi ərazidə nə qədər əhalinin məskunlaşdığı əhəmiyyət kəsb etmir. Məsələn, zavodların tikilməsi, fermer təsərrüfatı kimi sahibkarlıq subyektlərində nə qədər əhalinin yaşaması əhəmiyyət kəsb etmir”. 

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib?

Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

Siyasətlə başlayıb, data alimi oldu

Siyasətlə başlayıb, data alimi oldu

2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək

Yeni kənd və qəsəbələrin təməli qoyuludu, məscidin açılışı oldu (YENİLƏNİB)

Azərbaycanda problemli kreditləri azaldan səbəb

Hərbi Hava Qüvvələrinin yeni komandanı kimdir? - DOSYE

Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb

Azərbaycanlı gənc biznesmen Rusiyada qəfil vəfat etdi (FOTO)

Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"

Abşeron və Qaradağda tikilməkdə olan ev və obyektlər söküldü (VİDEO)

Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ

Qaxa dolu düşdü, yağış suları həyətlərə doldu (FOTOLAR)

Sabah hava necə olacaq?

Taleh Kazımov: Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir” – Terapevt

Saxta pullarla insanları aldatma halları artır (VİDEO)

Slovakiya Azərbaycanın COP29 ilə əlaqədar tədbirlərini dəstəkləməyə hazırdır

DİN xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq etdi

"Aqroservis"in sədri Qazaxda vətəndaşları qəbul edəcək

Universitetlərə attestatla qəbul olacaq? - DİM sədri

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır (VİDEO)

Üç ayda 3 min ton çay istehsal olunub

“Samsung”un “Apple”a mükəmməl cavabı çox gecikmədi - VİDEO

Çində turistlərin kosmosa uçuşlarının başlama tarixi məlum oldu

Honq Konq rəqəmsal yuanı sınaqdan keçirməyə başlayır

Baş prokurorun keçmiş müavini dövlət qurumunu məhkəməyə verdi - Pensiya qalmaqalı

Borrel: Avropa iqtisadiyyatı Çinlə rəqabətə tab gətirə bilməz

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin