05.02.2024 / 17:37
\"Əmlak bazarında demək olar ki, qiymətlərdə heç bir dəyişiklik yoxdur”
41766
“Hazırda əmlak bazarında qiymətlər 2023-cü ilin sonuncu kvartalı ilə eynidir. Demək olar ki, qiymətlərdə heç bir dəyişiklik yoxdur”.
Bunu Valyuta.az-a əmlak eksperti Elnur Əsədov deyib. Ekspertin fikrincə, qiymətlərin il ərzində dəyişməsi birinci növbədə inşaat sektorunda olan daşınmaz əmlakların satışı ilə əlaqədar olacaq:
“Güman edirik ki, inşaat həcmi çox olmadığına görə hələ də qiymət artımı qaçılmazdır. Orta hesabla ilin əvvəli ilə sonu arasında 15% civarında orta qiymət artımı proqnoz edilir. Ayrı-ayrı seqmentlərdən asılı olaraq ən çox arta biləcək mənzillərin qiyməti olacaq. Sayı az olan torpaq sahələrinin də qiymətində artım gözlənilir”.
Elnur Əsədov kirayə qiymətlərində hər hansı artımın olmasının əsas olmadığını vurğulayıb.
Aylin
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay