Xaricdən geyim gətirilməsindəki artımın əsas səbəbi: “Hesabatlıq şəffaflaşır”
Xaricdən gətirilən geyim əşyalarında kəskin artım müşahidə olunur. Məsələn, keçən il 415 milyon dollarlıq geyim əşyaları gətirilib bu, 2022-ci illə müqayisədə 125 milyon dollar çoxdur. Və ildən-ilə artım davam edir. Ölkəyə gətirilən geyim əşyalarının bu qədər sürətlə artmasının səbəbləri nələrdir?
Bu barədə Valyuta.az-a danışan iqtisadçı Eldəniz Əmirov bildirib ki, geyim üçün bu qədər artım hazırkı məqam üçün o qədər də gözlənilən göstərici deyil və bunun bəzi səbəbləri var:
“Bu artımın əsas səbəbi gələn geyimlərin çoxalması deyil, burada müəyyən qədər qiymət faktorunun, xüsusilə də iqtisadiyyatın ağardılmasının böyük rolu var. Elektron ticarətə keçmək, bilavasitə qeydiyyatın ağardılması, hesabatlığın daha yuxarı səviyyədə olması, qeydiyyata alınmayan idxalın həcminin azalmasının nəticəsidir. Hesabatlığın şəffaflaşması nəticəsində bu proses baş verib. Bu, ölkəyə gətirilən geyim məhsullarının əvvəllər aparıldığı qeydiyyatdan fərqlidir”.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay