BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
41732

“Bunun əsas səbəbi Mərkəzi Bankın son 3 iclasında faiz dərəcəsini aşağı salması ilə bağlıdır”.

Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli Mərkəzi Bankın notlarının faiz dərəcələrində kəskin azalmaların səbəblərini izah edərkən deyib. Ekspert bildirib ki, Mərkəzi Bank faiz dərəcəsini aşağı salanda məhz bu qısa müddətli not bazarında faiz dərəcələrini aşağı salır:

“Və gözləyir ki bu da aşağı düşəndə banklar digər bazarlarda qiyməti aşağı salsınlar. Mərkəzi Bankın mərkəzləşdirilmiş  kredit üzrə faiz  dərəcələri məhz ilkin olaraq bu notların qiymətinə təsir göstərir. Çünki Mərkəzi Bank deyir ki, mən artıq sizdən bu qiymətə vəsait cəlb edəcəm. Bazar son dövrlərdə işlək vəziyyətə gətirilib, burada məqsəd faiz qərarının ümumi bazara təsirini təmin etməkdir. Bank bazarında gözlənilir ki, Mərkəzi Bankın bu addımları bir neçə aya kommersiya bazarına da təsir göstərsin”.

Xalid Kərimli kommersiya banklarının əlindəki vəsaiti Mərkəzi Banka daha aşağı faizlə verdiyini vurğulayıb:

“Bu da digər istiqamətlərdə faiz dərəcəsinə təsir edə bilər. Mərkəzi Bankın əsas dərdlərindən biri apardıqları faiz dərəcələri siyasətinin transmissiyasının artmasıdır. Ona görə də bu notları işə saldılar”.

Qeyd edək ki, Mərkəzi Bankın notlarının faiz dərəcələrində kəskin azalmalar qeydə alınıb. Ötən ilin avqustunda 8.29 faizə təklif edilən 28 günlük notlar üzrə son faiz dərəcəsi indi 6.60 faizə enib. 

Aylin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Türkiyənin İsraillə bütün iqtisadi əlaqələri dondurmasının hansı təsirləri olacaq?

"İnnovator" vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: "Rəqabət güclüdür"

Yeni planet kəşf olundu

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını nə qədər artırıblar?

Xaricə meyvə şirəsini neçəyə satırıq? – Qiyməti bahalaşıb

2023-cü ildə dünyada neçə turist qeydə alınıb? - AÇIQLAMA

KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

Putinin 40 milyardlıq meqalayihəsi

Prezident Azərbaycanla Türkiyə arasında ikiqat vergitutmanı aradan qaldıran Sazişi təsdiqlədi

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Everestə qalxanların sayı azaldılacaq

Honkonq birjasının əsas indeksi son 8 ayın maksimumuna çatıb

Sabahın hava proqnozu

MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə şahidlərin dindirilməsi davam edir

Azərbaycanda yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib

“Google”dan rəsmi proqramlarla bağlı yenilik

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

Azərbaycan nefti ucuzlaşıb

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya bazarlarında neftin qiyməti 83 dollardan aşağı düşüb

Bölgələr köhnə avtobuslardan nə vaxt qurtulacaq? - Video

Bakıda tıxacları azaldacaq yeni yol - Video

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb

Rusiyanın BVF-dən çıxması nə ilə nəticələnə bilər? - Aleksey Mojin açıqladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin