\"Bu faizləri aşağı endirsələr, insanlar ölkəyə daha yeni və müasir avtomobillər gətirər”
“Bu gün Azərbaycanda avtomobillər üçün nəzərdə tutulan aksiz vergiləri, gömrük faizləri və vergi dərəcələri ən yüksək həddədir. Əgər bu faizləri aşağı endirsələr, insanlar ölkəyə daha yeni və müasir avtomobillər gətirər”.
Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycana idxal olunan avtomobillərin müasir tələblərə cavab vermədiyinin səbəblərindən danışarkən deyib. Ekseprt vətəndaşların köhnə avtomobillərə üstünlük verməsini belə izah edib:
“Çünki yeni avtomobil almağa maddi imkanı yoxdur. Almaniyada 6-7 min dollara aldığı avtomobili ölkəyə gətirəndə bir o qədər də gömrük rüsumu ödəyir. Bunu aradan qaldırmaq mümkün olsa, avtoparklar yenilənəcəklər”.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji təhlükəsizlik fəaliyyətinin təhlili və qiymətləndirilməsi şöbəsinin müdiri Aytən Seyidova nəqliyyat vasitələrinin utilizasiyası, mövcud vəziyyət və qarşıda duran məsələlərlə bağlı keçirilən dəyirmi masada deyib ki, Azərbaycana idxal olunan avtomobillərin əksəriyyətinin istehsal tarixi köhnədir və tələblərə cavab vermir.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay