BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
41552

Ölkəmizdə hərbi xidmətdən keçmə qaydalarına dəyişiklik edilə bilər. 

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elnur Allahverdiyev deyib:

“Bizdə hərbi xidmət 1 il 6 ay, ali təhsillilər üçün 1 il müəyyən edilib. Təklifim ölkəmizdə hərbi xidmətdən keçmənin klassifikasiyasının tətbiq imkanları barədədir. Bu, bir sıra dünya ölkələrində, həmçinin qardaş və strateji müttəfiqimiz olan ölkə, yəni Türkiyənin təcürbəsində də həyata keçirilir. Tutaq ki, hərbi xidmət bir il yarım, yaxud ali təhsilli vətəndaşlar üçün bir il müddət təşkil edirsə, buna alternativ olaraq büdcəyə vəsaitin ödənilməsi müqabilində xidməti 2, yaxud 6 ay müddətində keçmək olar”. 

Mövzu ilə bağlı Valyuta.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov bildirir ki, məsələnin həlli Alternativ Xidmət Haqqında qanunun qəbulundan keçir: 

“Bu məsələ əslində çoxdan həll olunmalı idi. Azərbaycanın üzərinə götürdüyü öhdəliklərdən biridir. Bunun üçün alternativ xidmət haqqında qanun qəbul edilməlidir. Dini etiqad və ya digər səbəblərdən hərbi xidmət keçmək istəməyənlər ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, ya da Səhiyyə Nazirliyi xəttilə alternativ xidmət keçməlidirlər. Onların xidmət müddəti də hərbi xidmətdə olanların xidmət müddətindən fərqlənməlidir. Türkiyədə də bu sistem mövcuddur. Azərbaycan 2025-ci ilə qədər ordusunu bu sistemə uyğunlaşdırmalıdır. Hərbi xidmət etmək istəməyənlər güc strukturlarının büdcəsinə ödəniş etməli olacaq. Qarabağ problemi həll edildiyindən artıq alternativ xidmət haqqında qanun mütləq şəkildə qəbul edilməlidir. Alternativ xidməti də hər adam keçə bilməz, onun da tələbləri var. Elm və Təhsil Nazirliyi, icra strukturları, yerli idarəetmə orqanları bu barədə qərar verir. Məsələ deputat Elnur Allahverdiyevin təklif etdiyi şəkildə qəbul olunsa, dolaşıqlıq və lazımsız müzakirələrə səbəb olacaq. Amma alternativ xidmət haqqında qanun qəbul olunarsa, bütün məsələlər yoluna düşəcək, neqativ halların sayı da azalacaq”.

Ramiz

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Türkiyənin İsraillə bütün iqtisadi əlaqələri dondurmasının hansı təsirləri olacaq?

"İnnovator" vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: "Rəqabət güclüdür"

Yeni planet kəşf olundu

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını nə qədər artırıblar?

Xaricə meyvə şirəsini neçəyə satırıq? – Qiyməti bahalaşıb

2023-cü ildə dünyada neçə turist qeydə alınıb? - AÇIQLAMA

KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

Putinin 40 milyardlıq meqalayihəsi

Prezident Azərbaycanla Türkiyə arasında ikiqat vergitutmanı aradan qaldıran Sazişi təsdiqlədi

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Everestə qalxanların sayı azaldılacaq

Honkonq birjasının əsas indeksi son 8 ayın maksimumuna çatıb

Sabahın hava proqnozu

MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə şahidlərin dindirilməsi davam edir

Azərbaycanda yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib

“Google”dan rəsmi proqramlarla bağlı yenilik

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

Azərbaycan nefti ucuzlaşıb

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya bazarlarında neftin qiyməti 83 dollardan aşağı düşüb

Bölgələr köhnə avtobuslardan nə vaxt qurtulacaq? - Video

Bakıda tıxacları azaldacaq yeni yol - Video

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb

Rusiyanın BVF-dən çıxması nə ilə nəticələnə bilər? - Aleksey Mojin açıqladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin