BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8505
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0528
  • 1 İngiltərə funt sterlinqi
    2.1569
41052

2022-ci ilin fevralından Rusiya ilə müharibə vəziyyətində olan Ukraynada elektrik avtomobil satışında sürpriz partlayış baş verib .

Valyuta.az xəbər verir ki, Fransanın aparıcı nəşrlərindən olan “Le Figaro”nun məlumatına görə, ölkədə elektriklə işləyən avtomobillərin satışı müharibədən əvvəlki dövrlə müqayisədə 10 dəfə artıb.

İlon Maska məxsus “Tesla” markalı avtomobillər bu artımdan ən çox pay alan modellər olub. Sektor məlumatlarını araşdıran qəzet, 2021-ci ilin sonunda 8 min 541 olan qeydiyyatdan keçmiş elektrik avtomobillərinin sayının 2023-cü ilin yanvarında 46 min 830-a yüksəldiyini açıqlayıb.

Ölkədəki hərbi münaqişələrə və işğal şəraitinə baxmayaraq, bu artım ötən il də davam edib. 2023-cü ilin yanvar-noyabr aylarında Ukraynada elektriklə işləyən avtomobillərin sayı təxminən iki dəfə artaraq 83 min 116-ya çatıb.  

Ukrayna dövlət bankı “Oschadbank”ın baş direktoru Anton Tiutiun açıqlamasında, "Yanacaq qiymətlərinin artdığı bir dövrdə ilk dəfə olaraq elektrikli avtomobil kreditlərində əhəmiyyətli bir artım müşahidə edirik" - deyib. 

Elektrikli avtomobillər üçün 11 min enerji doldurma məntəqəsi olan Ukrayna, bu məntəqələrin sayına görə Nyu-Yorku qabaqlayır. Bu rəqəm həm də qonşu Polşadakı stansiyalardan iki dəfə çoxdur. “Le Figaro” xüsusilə hökumətin bəzi vergiləri ləğv etməsindən və ikinci əl avtomobillərin idxalına icazə verməsindən sonra ölkədə tələbatın artdığına diqqət çəkib. Ukraynada 2021-ci ildə sayı 454 olan “Tesla” markalı avtomobilləri 2023-cü ildə 4 min 600-ə qədər yüksəlib. Bununla belə, qəzetdə yer alan xəbərə görə, sözügedən avtomobillərin əhəmiyyətli bir hissəsini Kanada və ABŞ-dan xarab vəziyyətdə alınıb.

Qəzetə danışan ukraynalı avtomobil eksperti bildirib ki, bu maşınların əhəmiyyətli bir hissəsi alındıqdan sonra ukraynalılar tərəfindən təmir edilərək satılıb. Ekspert bu yolla ayda 100-ə yaxın “Tesla” modelinin yenilənərək daxili bazara təqdim edildiyini bildirib.

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu ilin sonunda Qubadlıya ilk köç olacaq - RƏSMİ

"Carlsberg Azerbaijan" məhkəməyə verilib

Avropanın yeraltı qaz anbarlarında qaz ehtiyatları 66%-ə yaxınlaşır

Bu ilin sonunda Qubadlıya ilk köç olacaq

Rusiya və Çin Dəmir Yolları əməkdaşlıq müqaviləsi imzaladı – Detallar

Azərbaycan əhalisinin sayı açıqlanıb

Dünyada ən çox satılan 6 kitab

Sabah yağış intensivləşəcək

Azərbaycanda dollara tələb 2,4 dəfə azalıb

Azərbaycanda dollara tələb 2,4 dəfə azalıb

“TBC Kredit”də geriləmə - mənfəəti 18 % azalıb

Tural Pirverdiyev: Son iki ildə internetin sürəti 92% artıb

Mayın 26-da II və III qruplar üzrə qəbul imtahanları keçiriləcək

Bu il Azərbaycan təbii qaz ixracını 18 %-dən çox artırıb

Azərbaycanda iki institut ləğv olundu, əvəzində yeni qurum yaradıldı

Azərbaycanda aprel ayı üzrə gündəlik neft hasilatı göstəricisi açıqlanıb

Aynur Sabitova yeni vəzifəyə təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinatlar olub

Rabitəbankın Müşahidə Şurasında yeni təyinatlar olub

Xarici ölkələrdə pensiya yaşı neçədir?

34 minə yaxın uşağın anadan olmasına görə birdəfəlik müavinət təyin olunub

Cavid Qurbanovun oğlunun yerinə təyinat

Cavid Qurbanovun oğlunun yerinə təyinat

Azərbaycanın su ehtiyatları 15 faizədək azalıb - Nazirlik rəsmisi

"Bank VTB Azərbaycan"ın Müşahidə Şurasına təyinat olub

Mənzillərin özəlləşdirilməsi necə həyata keçirilir?

“Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək

Üç ayda 3 min ton çay istehsal olunub

Dünyanın ən yaxşı təhsil sisteminə malik 7 ölkə

Minimum aylıq və yaxud saatlıq əməkhaqqı sistemi: Maaşlar artacaqmı?

Bu yolda sürət həddi endirildi

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin