Kriptovalyuta
23.01.2024 / 11:45
Bitkoinin qiyməti ilk dəfə 40 min dollardan aşağı düşdü, ancaq 200 minə çata bilər
40945
Bitkoinin qiyməti dekabrın əvvəlindən bəri ilk dəfə olaraq 40 min dollardan aşağı düşüb.
Valyuta.az xəbər verir ki, bu barədə TASS Coindesk platformasının məlumatlarına istinadən yazır.
Son ticarət sessiyasında bitkoinin qiyməti 4,34% azalaraq 39,859 min dollar təşkil edib.
Bir müddət sonra bitkoin bir qədər arta bilib - 39 908 min dollar.
Bitkoin sonuncu dəfə keçən il dekabrın 3-də 40 min dollardan aşağı olub.
Bundan əvvəl Bitcoin-in dəyərinin 2021-ci ilin dekabrından bəri ilk dəfə olaraq 49 min dolları ötdüyü bildirilmişdi.
Bundan bir qədər əvvəl analitiklər Bitcoin məzənnəsində kəskin dəyişiklik proqnozlaşdırmışdılar. 2025-ci ilin sonuna qədər 200.000 dollara çata biləcəyini iddia ediblər.
Nicat
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay