“Bu mühasibat uçotunun yeni mərhələdə həyata keçirilməsi üçün verilmiş bir fərmandır”
“Bu mühasibat uçotunun yeni mərhələdə həyata keçirilməsi üçün verilmiş bir fərmandır”.
Bunu Valyuta.az-a iqtisadçı ekspert Akif Nəsirli mühasibat uçotunun elektron formada aparılması ilə bağlı Prezident İlham Əliyevin fərmanını şərh edərkən deyib. Ekspertin sözlərinə görə, bu fərman ölkədə kölgə iqtisadiyyatının aradan qaldırılması istiqamətində atılan addımlardan biridir:
“Hesab edirəm ki, bu normal qanunvericilikdir. Əsas odur ki, bu qanun istehsalatda necə tətbiq olunacaq, yəni reallıqda özünü necə göstərəcək. Qanunun səmərəliliyini isə zamanla görəcəyik”.
Qeyd edək ki, Prezident İlham Əliyev “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1059-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” fərman imzalayıb. Fərmana görə, orta sahibkarlıq subyektləri tərəfindən mühasibat uçotunun elektron formada aparılmasının hansı mərhələlərdə həyata keçiriləcəyi müəyyənləşib.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay