BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
40762

“Özəlləşdirmə 1990-cı illərdən qəbul olunmuş qaydalara görə əslində çox ciddi maraq cəlb edən sahələri əhatə etməli idi. Lakin yalnız Bakı şəhərində yerləşən bəzi zavod və fabriklərin özəlləşməsi baş verdi ki, bu da əsasən onların üzərində yerləşdiyi torpağın qiymətli olmasına görə idi”. 

Bu sözləri Valyuta.az-a iqtisadçı Natiq Cəfərli ölkədə özəlləşdirmə ilə bağlı proseslər haqqında danışarkən deyib. 

İqtisadçı deyib ki, əsasən şəhərin mərkəzi və mərkəzinə yaxın sənaye obyektləri elə həmin müəssələrin direktorları tərəfindən müxtəlif üsullarla özəlləşdirildi, onlar səhmdar cəmiyyətlərə çevrilmədi, səhm buraxılmadı, səhm bazarına töhfə vermədi, bazarda canlanma baş vermədi:

“Şəhərin mərkəzində torpağın dəyərli olmasına görə bu baş verdi və daha çox həmin ərazilərdə binaların tikildiyini gördük. Təəsüf ki, bu trend hələ də davam edir. Bakı şəhərində keçmişdə olan müəssələrin yerində indi çoxmərtəbəli binalar görürük”. 

Həmsöhbətimiz qeyd edib ki, bu gün dövlətin əlində olan çox maraqlı aktivlər var ki, onların da özəlləşməsinə dövlət hələ qərar vermir:

“Doğrudur, bununla bağlı müəyyən qərar oldu, bir çox böyük müəssələri özündə birləşdirən İnvestisiya Holdinqi yaradıldı. Bu qərarın preambula hissəsində özəlləşməyə hazırlıq məsəsləsi də qeydə alınmışdı. Amma iki ildən çox vaxt keçib, hələ də böyük və maraqlı müəssələrin səhmdar cəmiyyətə çevriləcəyi ilə bağlı hansısa qərarı biz görmədik. Bunun isə bir neçə səbəbi var: daxili investorların az olması, xarici investorların da müəyyən şərtlər daxilində bu sahələrə yatırım qoymaq istəməsi. Əsasən də məhkəmə islahatları, idarəetmə ilə bağlı bəzi problemlər, gömrük, vergi rüsumları, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlük və s. bu tipli hələki həll olunmamış məsələlər var ki, xarici investorlar bunun həllini gözləyirlər.

Hələki bununla bağlı müsbət siyasi bəyanlar olsa da, qərarlar verilsə də praktiki addımlar atılmır”. 

Natiq Cəfərli düşünür ki, ölkədə dövlətin əlində olan yüzlərlə çox maraqlı aktivlər var. Onların səhmdar cəmiyyətə çevrilməsi ilə bağlı qərar verilsə və səhmdar cəmiyyətlərin yaradılma prinsipinə uyğun olaraq səhmlərin dövriyyəsi təşkil olunsa, bu sahə Azərbaycanda ciddi maraq görə bilər və səhm bazarının inkişafına da səbəb ola bilər:

“İndi hələki İnvestisiya Holdinqinə daxil olan və olmayan böyük dövlət müəssələrinin səhmdar cəmiyyətlərə çevrilib öz aktivlərini, səhmlərini satmaqla bağlı qərar yoxdursa,  bunun səhm bazarında ciddi aktivliyə səbəb olmamasının qiymətli kağızlar bazarında aktivliyin az olmasının əsas səbəblərindən biridir. Əgər səhmdar cəmiyyətə çevrilməsi ilə bağlı, səhmlərin buraxılması, onların birjada dəyərinin müəyyənləşdirilməsi, satış həcmləri və satış üçün nəzərədə tutlan infrastrukturun qurulması ilə bağlı siyasi qərar olsa düşünürəm ki, bu, Azərbaycanda prespektivli sahəyə çevrilə bilər”. 

 Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanda "yaşıl istiqrazlar"ın tənzimləmə çərçivəsi hazırlanır

Qazaxda iki nəfəri qanunsuz işlədən şirkət 20 min manat cərimələnib

Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək?

Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama

Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdı, Baş planla tanış oldu

Azərbaycanda 21,1 milyard manatlıq sənaye məhsulu istehsal edilib

Yük avtomobili istehsalı 75 %-dən çox artıb

Benzinlə işləyən avtomobilə dizel, dizellə işləyənə benzin töksək, nə olar?

Bloklanmış IMEI kodlarla şəbəkəyə qoşulma cəhdlərinin sayı açıqlandı

Bu ilin 4 ayında DSMF-nin xərcləri 13,3% artıb

“Kapital Bank”a müraciətlərin 70 %-i müştərilərin xeyrinə həll edilib

Əfqan Baxışov “AZAL”ın Prezidentinin müşaviri təyin edildi

Bakıda Avtovağzalın yanındakı restoran 75 min manata satılır - Fotolar

Bakıda Avtovağzalın yanındakı restoran 75 min manata satılır - Fotolar

Azərbaycanın İrandakı səfirliyi ilə bağlı yeni qərar

Ölkədə benzin istehsalı artıb

Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər (VİDEO)

Dolu düşüb, qar yağıb, 1 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA

Azərbaycanda bu zavodun gəlirlə işləməməsinin səbəbləri araşdırılacaq

Sabah IV sinif şagirdləri üçün monitorinq keçiriləcək

Azərbaycan neftinin qiyməti bahalaşıb

Avro və lirə ucuzlaşdı - Məzənnə

Bakının bu ünvanında binalar söküləcək, yeniləri tikiləcək (FOTO)

Quba və Qusara qar yağır

"Anomal havalar aqrar sahəyə ciddi ziyan vurur" - Ekspert

Tikinti şirkəti sakinləri zorla evlərindən çıxarmaq istəyir? - Nəsimi rayonunda qalmaqal

Keçmiş əməkdaşı Dövlət Məşğulluq Agentliyini məhkəməyə verdi

"XƏMƏCOĞLU AGRO" cərimələnə bilər

"Microsoft" köhnə kompüterlərdə "Edge" vasitəsilə internetə çıxışı qadağan edəcək

“Hökumət evi”ndə 1 milyonluq təmir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin