BAKU Azərbaycan
12.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8505
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0528
  • 1 İngiltərə funt sterlinqi
    2.1569
40743

Qlobal səviyyədə iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması təşəbbüslərinə töhfə olaraq, ölkəmiz istixana effektli qaz tullantılarının azaldılması istiqamətində kifayət qədər ambisiyalı hədəflər götürüb.

Valyuta.az-ın  məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov bildirib ki, iqlim dəyişikliyi ilə mübarizə tədbirlərindən biri də nəqliyyat sektorundan atılan istixana qazlarının azaldılması məqsədilə ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin istifadəsinin artırılmasıdır:

"Hazırda dünyada elektrik avtomobillərə keçid prosesi sürətlə gedir. Azərbaycanda da bir neçə ildir ki, mərhələlərlə ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması istiqamətində tədbirlər görülür, elektrik və hibrid mühərrikli avtomobillərə, eyni zamanda, onlar üçün enerji doldurucularına vergi və gömrük sahəsində güzəştlər tətbiq olunur. Bu stimullaşdırıcı tədbirlər nəticəsində ölkəyə idxal olunan elektromobillərin sayı ildən-ilə artmaqdadır".

Nazirlik rəsmisi qeyd edib ki, 2021-ci illə müqayisədə ötən il 19 dəfə çox elektromobil idxal olunub. Belə müsbət tendensiya növbəti illərdə də davam edərsə, ölkənin nəqliyyat parkında elektrik mühərrikli avtomobillərin payı ciddi şəkildə artacaq:

“Ölkəmizdə elektromobillərin sayının artması ilə paralel olaraq enerji doldurucularının sayında da artım müşahidə olunur. Elektromobilliyin daha da inkişafı məqsədilə Elektromobillik üzrə Milli Planın hazırlanmasına başlanılıb. Eyni zamanda, BMT-nin Ətraf Mühit Proqramı ilə birgə "Azərbaycanda tullantısız və az tullantılı elektrik nəqliyyatına keçid" layihəsi işlənilir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Anomal havalar aqrar sahəyə ciddi ziyan vurur" - Ekspert

Tikinti şirkəti sakinləri zorla evlərindən çıxarmaq istəyir? - Nəsimi rayonunda qalmaqal

Keçmiş əməkdaşı Dövlət Məşğulluq Agentliyini məhkəməyə verdi

"XƏMƏCOĞLU AGRO" cərimələnə bilər

"Microsoft" köhnə kompüterlərdə "Edge" vasitəsilə internetə çıxışı qadağan edəcək

“Hökumət evi”ndə 1 milyonluq təmir

Rusiyada qalan Avropa bankları mənfəətlərini üç dəfə artırıblar - Bloomberg

Dövlət qurumu ilə MTK üz-üzə

Alimlər günəş enerjisindən istifadə edərək 1000 °C-dən yuxarı temperatur əldə etdi

"Molokan" bağının ətrafı niyə "hasarlanıb"? - BŞİH açıqladı

"Kral Təbabət" əhalinin sağlamlıq hüququnu pozur

Ukrayna işığa həsrət qala bilər - YASNO çox çətin dövrün nə vaxt başlayacağını bildirdi

Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi

Nazir baş həkimi işdən çıxdı - Yeni təyinat

“Qafqaz Auto” məhkəmə qarşısında

Özəl xəstəxanalara nəzarət mexanizmi - Yeni qurum hansı işləri görəcək? (ŞƏRH)

Estoniya Rusiya aktivlərinin Kiyevə verilməsi haqqında qanun qəbul etdi

Bakının darboğazlarında hərəkətin yenidən təşkili üzrə layihələrin icrasına başlanılıb

Qarabağ Universitetinə mətbuat katibi axtarılır

Fidan Tofidi departament rəhbəri təyin edildi

Fidan Tofidi departament rəhbəri təyin edildi

Bolqarıstan "Qazprom"dan 400 milyon avro tələb edir

Nazirlikdən yarım milyonluq nəqliyyat sövdələşməsi

Qusarda ağacların kəsilməsinə görə bələdiyyə sədri həbs edildi

Sevdiyimiz, yoxsa gəlirli peşəni seçək?

Sabah güclü külək olacaq - SARI XƏBƏRDARLIQ

Ölkəyə gətirilən hibrid avtomobillərin qiyməti kəskin bahalaşıb

AK "Instagram" və "Facebook"la bağlı araşdırmaya başladı

Prezidentlər "Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri ilə tanış oldu

Sumqayıtda mənzil qiymətləri niyə bahalaşır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin